Rusiya mətbuatı Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsindən sitatlar dərc edib
08.01.2025 [18:12]
Rusiyanın bir çox mətbu orqanı Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən sitatlar dərc edib.
AZƏRTAC xəbər verir ki, “TASS” agentliyinin materiallarında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın silahlandırılmasını region üçün yeni gərginliyə səbəb olacaq təhlükə mənbəyi hesab etdiyi bildirilir. Agentlik ölkə rəhbərinin Azərbaycanın Ermənistanın silahlanmasına kənardan baxmayacağına və bu prosesi dərhal dayandırmağı tələb etdiyinə dair sözlərinə diqqət çəkilib. “Fransa və onu silahla təmin edən digər ölkələr bu müqavilələri ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qaytarılmalıdır. Bu, bizim şərtimizdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
“İnterfaks” Azərbaycan Prezidentinin müsahibəsindən sitatlarla material dərc edib ki, burada dövlət başçısı Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə danışıqların növbəti raundunu elan edir.
“Veçernyaya Moskva” nəşri Prezident İlham Əliyevin sözlərinə istinadən qeyd edir: “İrəvandakı hakimiyyət dərk etməlidir ki, Azərbaycan Ermənistan üçün təhlükə yaratmır – Bakı Cənubi Qafqazda sülh və əməkdaşlığa yönəlib, ona mane olmaq lazım deyil”.
“Qazeta.ru” yazır ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında münasibətlərin birbaşa danışıqlar yolu ilə normallaşdırılmasını vacib hesab edir.
“Vestnik Kavkaza” agentliyi Azərbaycan Prezidentinin respublikanın D-8 təşkilatına qəbul edilməsinin əhəmiyyəti barədə sözlərinə diqqət çəkib. Nəşrin yazdığına görə, Azərbaycan 2024-cü ilin sonunda “İslam Səkkizliyi”nə qoşulub və təxminən 30 ildən sonra təşkilata daxil olan ilk ölkə olub. Prezident İlham Əliyev qeyd edib ki, bu qərar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu göstərir.
“News.ru” portalı “Əliyev Fransa rəhbərliyini “yetişmədiyinə” görə tənqid edib” sərlövhəli materialında Azərbaycan liderinin Fransanın hazırkı rəhbərliyinin siyasi cəhətdən yetişməmiş olması ilə bağlı sözlərindən sitat gətirir. Prezident İlham Əliyev Fransanın siyasi səhnəsində azərbaycanofobiyaya əsaslanan konsensusa diqqət çəkib, deyə materialda qeyd olunur. “Bu, həm Avropa ölkəsinin indiki hakimiyyətləri, həm də onların əleyhdarları arasında müşahidə olunur. Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda, Parisin Azərbaycana münasibətdə siyasəti erməni lobbisinin təsirini formalaşdırır. Beləliklə, onlar Fransada erməni icmasının dəstəyini əldə edirlər”, - deyə nəşr yazır.
“Hərbi icmal” nəşrindəki materialda bildirilir ki, Azərbaycan Prezidenti Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyini bəyan edib. O əlavə edib ki, Ermənistan Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi çıxış etməməlidir. “Zəngəzur dəhlizi açıq olmalıdır və olacaq. Onlar bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”, - deyə nəşr Prezident İlham Əliyevin sözlərindən sitat gətirir.
“PRAYM” saytı Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsinə istinadən yazır ki, ölkə 2025-ci ildə “Azəri-Çıraq-Günəşli”də “dərin” qaz layihəsi çərçivəsində ilk qazı əldə etməyə ümid edir. Materialda qeyd olunur ki, Azərbaycan dövlətinin başçısı “Abşeron” yatağında qaz hasilatını 1,5 milyard kubmetrdən 5 milyard kubmetrə çatdırmaq üçün tərəfdaşlarla işləmək planlarını açıqlayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54

