Milli Məclisdə “Diplomatiya Könüllüləri” ilə görüş keçirilib
19.12.2024 [15:17]
Dekabrın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitə üzvləri Xarici İşlər Nazirliyinin “Diplomatiya Könüllüləri” qrupu ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən komitə sədri Səməd Seyidov Azərbaycanın əldə etdiyi uğurlar və bu nailiyyətlərin qorunub inkişaf etdirilməsində gənclərin rolu barədə fikirlərini bölüşüb. O, ərazi bütövlüyümüzün təmin edilməsi ilə ölkəmizin yeni mərhələyə qədəm qoyduğunu vurğulayaraq deyib ki, bu, böyük nemətdir və bunu qorumaq, inkişaf etdirmək gənclərin üzərinə düşür.
Səməd Seyidov Azərbaycan diplomatiyasının əldə etdiyi nailiyyətlərə diqqət çəkərək bildirib ki, bu, gələcəkdə gənclər tərəfindən uğurla davam etdirilməlidir. O, gəncləri daha fəal olmağa, ölkənin inkişafı üçün verilən imkanlardan maksimum yararlanmağa çağırıb.
Komitə sədri Prezident İlham Əliyevin ölkənin qarşısında dayanan məsələlərlə bağlı verdiyi mesajların əhəmiyyətini vurğulayaraq, gənclərin bu istiqamətdə fəal iştirakı üçün geniş imkanların yaradıldığını qeyd edib.
Görüşdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəis müavini Vasif Əliyev bildirib ki, “Diplomatiya Könüllüləri” proqramı 2019-cu ildən fəaliyyət göstərir və artıq beş ildir uğurla davam edir. Bu proqram çərçivəsində nazirlikdə 250-dən çox gənc təcrübə keçib. Proqramın seçim prosesi kifayət qədər rəqabətli şəraitdə keçirir və hər il böyük maraq doğurur.
O qeyd edib ki, 2024-cü il üzrə seçim prosesinə 300-ə yaxın namizəd müraciət edib. İlk mərhələdə meyarlara uyğun olaraq 140 nəfər seçilib. Daha sonra bu namizədlər Xarici İşlər Nazirliyinin struktur bölmələrinin nümayəndələrindən ibarət komissiya tərəfindən müsahibədən keçirilib. Nəticədə 60 nəfər proqramda iştirak hüququ qazanıb və hazırda onlar nazirliyin müxtəlif bölmələrində təcrübə keçirlər. Altı ay davam edəcək bu proqram oktyabrda başlayıb və fevralda yekunlaşacaq. Bu müddət ərzində iştirakçılar həm nəzəri, həm də praktiki biliklər qazanır, müxtəlif təlimlərdə iştirak edirlər. Proqram çərçivəsində aidiyyəti dövlət qurumlarına və strateji obyektlərə səfərlər təşkil olunur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Rizvan Nəbiyev, Qaya Məmmədov və Zaur Şükürov çıxış edərək, gənc diplomatlarla bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, son illərdə Azərbaycanda könüllülük hərəkatı geniş vüsət alıb və müxtəlif sahələrdə böyük əhəmiyyət qazanıb. Könüllülər artıq bir çox dövlət qurumlarının fəaliyyətində fəal iştirak edir və müxtəlif tədbirlərdə mühüm rol oynayırlar. Gələcəyin diplomatları, deputatları və qərar verən liderləri olan gənclərin bu prosesdə iştirakı xüsusi önəm kəsb edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan üçün son illər diplomatiya sahəsində parlaq bir dövr olub. Ölkəmiz COP29-a ev sahibliyi etməklə yanaşı, beynəlxalq arenada öz mövqeyini gücləndirib.
Eyni zamanda, bildirilib ki, 44 günlük Vətən müharibəsində ölkəmiz ədaləti bərpa etdi və hazırda regionda mövqelərimiz daha güclənib. Lakin mübarizə hələ də davam edir və Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması istiqamətində parlamentin, həmçinin diplomatların üzərinə böyük yük düşür.
Görüş sual-cavab formatında davam edib.
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18

