Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı...
06.12.2024 [10:12]
“Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale” adlı konfrans keçiriləcək
Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb.
Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə, eləcə də xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq konfrans təşkil edib. Yeri gəlmişkən, dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. “Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, parlamentin üzvləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edəcəklər.
Konfransda Fransa və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen Martin xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunacaq.
Qeyd edək ki, Sen Martin adası müstəmləkəçilik dövründə və ondan sonrakı müddətdə özünəməxsus xüsusiyyətləri ilə digər müstəmləkələrdən fərqlənir. Sen Martin adası həm Fransa, həm də Niderland tərəfindən müstəmləkə edilib və 1648-ci ildən bəri bu iki dövlət arasında bölünüb. Adanın fransız hissəsi Saint-Martin, Niderland hissəsi isə Sint Maarten adlanır. Bu iki imperiya adanın idarəçilik, mədəniyyət və hüquq sistemlərini özlərindən asılı vəziyyətə salıb. Adada müstəmləkəçilik irsi iqtisadi və siyasi sahələrdə davamlı olaraq təsirini göstərir. Fransa və Niderlandın güclü təsiri, Sen Martin xalqının öz müqəddəratını təyin etmək cəhdlərinə maneə yaradır.
Xatırladaq ki, Bakıda COP29 çərçivəsində də Fransa və Niderlandın Afrikadakı müstəmləkəs siaysətinə qarşı tədbir keçirilmişdi. “Müstəmləkəçiliyin Afrikada investisiya perspektivlərinə mənfi təsirləri” mövzusunda keçirilən tədbirdə Afrikada kolonial keçmişin yaratdığı dərin sosial-iqtisadi problemlər və onların qitədə investisiya imkanlarına mənfi təsiri müzakirə olunub. Tədbirdə Fransanın Afrikadakı keçmiş müstəmləkələrindən, digər fransız dənizaşırı ərazilərindən, Niderland koloniyalarından olan nümayəndələr, xarici və yerli jurnalistlər iştirak ediblər. Çıxışlarda müstəmləkəçilikdən miras qalan qeyri-bərabərlik, resursların ədalətsiz və qanunsuz istifadəsi, qitənin inkişafını ləngidən səbəblər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Tədbirdə müstəmləkəçiliyin hazırda planetimizin üzləşdiyi dağıdıcı iqlim böhranına mənfi təsirləri xüsusi vurğulanıb. Müstəmləkəçiliyin Afrika ölkələrinin, dənizaşırı ərazilərin artıq daha tez-tez üzləşdiyi dağıdıcı iqlim hadisələrinə dərin və davamlı mənfi təsirlərinin gözardı edilməsi şiddətlə qınanılıb. Müstəmləkəçiliyin Afrika ölkələrində, eləcə də dənizaşırı ərazilərdə bütün sahələrdə, o cümlədən iqtisadiyyatda, mədəniyyətdə, siyasətdə, ətraf mühitdə dərin mənfi izlər qoyduğu qeyd edilib. Bildirilib ki, müstəmləkəçiliyin bu ölkələrdə yaratdığı sosial və siyasi nizamsızlıq, iqtisadi istismar və yoxsullaşma, yerli xalqların mədəniyyətlərinin və milli kimliyinin itirilməsi, etnik bölünmə və icmalar arasında gərginliyin yaradılması siyasəti, ətraf mühitin deqradasiyası, iqtisadi və siyasi asılılığın mirası kimi bir çox mənfi təsirlər artıq dözülməz həddə çatıb.
Çıxışlarda qeyd olunub ki, müstəmləkəçiliyin əsas məqsədi Afrika ölkələrinin və dənizaşırı ərazilərin zəngin təbii ehtiyatlarını istismar etməkdir. Müstəmləkə istismarı ətraf mühiti çirkləndirən intensiv kənd təsərrüfatı və mədənçilik sahələrində daha ağır nəticələr doğurur. Monokultura torpağı tükəndirib, bəzi ölkələrdə və ərazilərdə səhralaşmaya səbəb olub. Müstəmləkə dövründə başlayan bu ekoloji deqradasiya bu gün də kənd təsərrüfatına və dolanışıq vasitələrinə təsir edir, ərzaq təhlükəsizliyi üçün ciddi təhdid yaradır.
Tədbir iştirakçıları Fransanın və Niderlandın müstəmləkəsi altında olan ölkə və ərazilərdə ətraf mühitə ziyan vuran bütün qeyri-qanuni fəaliyyətlərin dayandırılması, yerli xalqların hüquqlarına hörmətlə yanaşılması ilə bağlı çağırış etmişdilər.
Dekabrın 6-da keçiriləcək “Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale” adlı konfrans da Sen Martin xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18
Xəbər lenti
17 Yanvar 22:51
İdman
17 Yanvar 22:37
Xəbər lenti
17 Yanvar 22:15
Sosial
17 Yanvar 22:07
Sosial
17 Yanvar 21:59
İqtisadiyyat
17 Yanvar 21:34
İdman
17 Yanvar 21:13
Dünya
17 Yanvar 20:52
Sosial
17 Yanvar 20:36
İqtisadiyyat
17 Yanvar 20:11
İdman
17 Yanvar 19:58
Din
17 Yanvar 19:32
Sosial
17 Yanvar 19:15
YAP xəbərləri
17 Yanvar 18:52
YAP xəbərləri
17 Yanvar 18:35
YAP xəbərləri
17 Yanvar 18:27
YAP xəbərləri
17 Yanvar 18:26
YAP xəbərləri
17 Yanvar 18:25
YAP xəbərləri
17 Yanvar 18:24
Ədəbiyyat
17 Yanvar 18:22