Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qubadlıya qayıdış – Zəfərin və dirçəlişin təntənəsi

Qubadlıya qayıdış – Zəfərin və dirçəlişin təntənəsi

21.10.2026 [12:20]

“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu fikirləri Qubadlı şəhərinin azad edilməsinin tarixi əhəmiyyətini, xalqımızın qələbə əzmini və torpaqlarımıza qayıdışın mənəvi gücünü ifadə edir. 25 Oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycan xalqının iradəsinin, qəhrəmanlığının və tarixi ədalətin təntənəsinin rəmzidir.

Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı zəngin təbiəti, əlverişli coğrafi mövqeyi və özünəməxsus tarixi ilə seçilən yurd yerlərimizdəndir. Bu diyarın hər qarışı xalqımızın yaddaşında doğma torpaq, milli kimliyimizin ayrılmaz parçası kimi yaşayır. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Qubadlı uzun illər işğal altında qalmış, şəhərin və rayonun yaşayış məntəqələri dağıntılara məruz qalmışdır.

İşğal dövründə Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, bölgənin demoqrafik mənzərəsini süni şəkildə dəyişdirməyə yönəlmişdi. Tarixi torpaqlarımızda qanunsuz məskunlaşma cəhdləri, milli-mədəni irsimizə vurulan zərər və doğma yurdlarından didərgin salınmış insanların yaşadığı ağrılar xalqımızın yaddaşında dərin iz buraxdı. Ancaq heç bir qanunsuz siyasət Azərbaycan xalqının öz torpaqlarına qayıtmaq əzmini sarsıda bilmədi.

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Qubadlının da azadlığına gedən yolu açdı. Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşımaqla yanaşı, düşmənin müqavimət imkanlarını zəiflətdi və böyük Qələbəmizi daha da yaxınlaşdırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində Qubadlı rayonu tamamilə işğaldan azad edildi.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin azad edilmiş Qubadlıya səfəri və şəhərdə Azərbaycan bayrağını ucaltması tarixi hadisə kimi yadda qaldı. Bu səfər dövlət suverenliyimizin, milli qürurumuzun və ərazi bütövlüyümüzün bərpasının parlaq təcəssümü idi. Qubadlı səmasında dalğalanan üçrəngli bayrağımız xalqımızın öz torpaqlarına sahib çıxmasının və gələcəyə inamla addımlamasının rəmzinə çevrildi.

Bu gün Qubadlıda yeni inkişaf mərhələsi başlanıb. İşğaldan azad edilmiş ərazilərin bərpası, müasir infrastrukturun qurulması, nəqliyyat əlaqələrinin genişləndirilməsi və dayanıqlı yaşayış mühitinin yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin 2023-cü il sentyabrın 5-də “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi və gələcək inkişafının sürətləndirilməsi baxımından mühüm addımdır. Bu layihələr Qubadlının iqtisadi potensialının reallaşdırılmasına, rayonun digər ərazilərlə əlaqələrinin möhkəmləndirilməsinə və Böyük Qayıdış prosesinin irəliləməsinə xidmət edir.

Qubadlının dirçəlişi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin tərkib hissəsidir. Məqsəd yalnız dağıdılmış şəhər və kəndləri yenidən qurmaq deyil, həm də insanların doğma yurdlarında təhlükəsiz, firavan və müasir həyat şəraitini təmin etməkdir. Hər yeni yol, hər bərpa olunan infrastruktur obyekti və hər quruculuq layihəsi torpaqlarımızda həyatın yenidən canlanmasına xidmət edir.

25 Oktyabr – Qubadlı Şəhəri Günü keçmişin ağrılarını Zəfərin qüruru ilə birləşdirən, milli birliyimizi və dövlətimizin qüdrətini nümayiş etdirən əlamətdar gündür. Qubadlıya qayıdış Azərbaycanın tarixi ədaləti bərpa etmək əzminin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin və qəhrəman Azərbaycan Ordusunun gücünün nəticəsidir. Bu gün Qubadlıda başlanan yeni həyat bir daha sübut edir ki, öz torpaqlarına sahib çıxan xalqın iradəsi qarşısında heç bir maneə dayana bilməz. Qubadlı yenidən dirçəlir, doğma sakinlərinin qayıdışı ilə öz gələcəyini qurur və Azərbaycanın Zəfər tarixinin parlaq səhifəsi kimi yaşayır.

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 34 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31