Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hakan Fidan “Great Sea Interconnector” layihəsinə alternativ təklif edib

Hakan Fidan “Great Sea Interconnector” layihəsinə alternativ təklif edib

21.10.2026 [20:57]

Ankara Yunanıstanın Krit adası ilə yunan Kiprinin enerji sistemlərini birləşdirəcək yüksək gərginlikli sualtı elektrik ötürücü xəttinin (“Great Sea Interconnector”) çəkilməsi layihəsinə qəti şəkildə qarşı çıxmır. Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında Nyu-Yorkda keçirilən görüşdə müzakirə olunub. Türkiyə tərəfi bu təşəbbüsü “dəyərli” hesab edir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Yunanıstanın “Ta Nea” qəzetinə müsahibəsində deyib.

Bununla yanaşı, nazir qeyd edib ki, uzunluğu iki min kilometrdən çox olan sualtı yüksək gərginlikli elektrik xəttinin çəkilməsinə Avropa fondlarından 2 milyard avrodan çox vəsait xərcləməkdənsə, Kiprdən cəmi 70 mil məsafədə yerləşən Türkiyədən elektrik enerjisi almaq mümkündür.

“Kipr sakinləri Türkiyədən şirin su, elektrik enerjisi və qaz ala bilərlər”, – deyə nazir vurğulayıb.

H.Fidan, həmçinin Afinanı regionda mövcud status-kvonu dəyişdirmək cəhdlərindən əl çəkməyə çağırıb və belə cəhdlərin “daha böyük problemlərə yol aça biləcəyini” bildirib.

 

Paylaş:
Baxılıb: 36 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31