Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Naxçıvan şəhər təşkilatının ƏPT-də YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlı bağlı silsilə tədbirlər davam edir

YAP Naxçıvan şəhər təşkilatının ƏPT-də YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlı bağlı silsilə tədbirlər davam edir

22.10.2026 [12:26]

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr mövzusunda “Nizami küçəsi 49” (Naxçıvan MR Gənclər və İdman Nazirliyi), "Heydər Əliyev prospekti 14" (Naxçıvan MR Dövlət Arxiv İdarəsi), "Cəlil Məmmədquluzadə küçəsi 42” (Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi), “ Nizami küçısi 18” (Naxçıvan MR Dövlət Statistika Komitəsi), “Heydər Əliyev prospekti 42A” (Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi)”, “Azərbaycan küçəsi 57” (Naxçıvan MR Avtomobil Yolları Dövlət Agentliyi PHŞ) və “Cəlil Məmmədquluzadə küçəsi 21” (Naxçıvan MR Maliyyə Nazirliyi)”  ünvanında yerləşən ərazi partiya təşkilatında tədbirlər keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə  çıxış edən natiqlər vurğulayıb ki, YAP-ın VIII qurultayının məhz yeni geosiyasi şəraitdə gerçəkləşməsi Zəfər tariximizin başlıca nəticələrinin real təhlili və qazanılan uğurların davamlılığının təmin olunmasını şərtləndirən prioritet vəzifələrin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Qurultayın Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirildiyini vurğulayaraq bu yeni geosiyasi reallığın arxasında xalqın dövlət və ordu ətrafında sıx birləşməsi, milli və dövlətçilik dəyərlərinə sədaqət, həmçinin qəhrəman şəhidlərimizin və qazilərimizin timsalında nümayiş etdirilən yüksək vətənpərvərlik amillərinin dayandığını bildiriblər.

Tədbirdə YAP fəallarının ölkənin inkişafındakı rolu yüksək qiymətləndirilib və qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminlik ifadə olunub.

Paylaş:
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31