Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəmkirdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirildi

Şəmkirdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirildi

22.10.2026 [14:05]

Şəmkirdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirildi.

Müşavirədə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir Rayon Ağsaqqallar Şurasının və hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ziyalıları iştirak etdilər.

Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.

Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan müşavirədə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərini və qarşıda duran əsas vəzifələri müəyyənləşdirdiyini bildirdi. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan güclü, müstəqil və beynəlxalq nüfuzlu dövlətə çevrilib. Ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra dövlət müstəqilliyinin qorunması, milli təhlükəsizliyin möhkəmləndirilməsi və iqtisadi inkişafın davam etdirilməsi əsas prioritetlər olaraq qalır.

Rəşad Tağıyev ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunması və gələcək inkişafın təmin edilməsi üçün iqtisadi sabitliyin, yerli istehsalın, kənd təsərrüfatının və ərzaq təhlükəsizliyinin gücləndirilməsinin, əhalinin sosial rifahının yüksəldilməsinin vacibliyini vurğulayaraq, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin, Böyük Qayıdış prosesinin Azərbaycanın iqtisadi imkanlarını və müstəqil inkişaf potensialını nümayiş etdirdiyini bildirdi.

İcra başçısı ideoloji təhlükəsizliyin təmin olunmasının, xüsusilə uşaqların və gənclərin zərərli informasiya və ideoloji təsirlərdən qorunmasının mühüm vəzifə olduğunu qeyd edib, bu istiqamətdə ailə, məktəb və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinin, milli-mənəvi dəyərlərin, dini dözümlülük və multikulturalizm ənənələrinin qorunmasının əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, maarifləndirmə tədbirləri formal xarakter daşımamalı, real ehtiyaclara və konkret nəticələrə əsaslanmalıdır.

Rəşad Tağıyev çıxışında aidiyyəti qurumların qarşısında duran vəzifələrə toxunaraq məktəblərdə şagird və valideynlərlə maarifləndirici görüşlərin keçirilməsinin, ailələrin müraciət və qayğılarının vaxtında araşdırılmasının, uşaqların təhsil hüquqlarının qorunmasının vacibliyini bildirdi. O, eyni zamanda, əhali arasında düzgün və dolğun məlumatlandırmanın təmin edilməsini, yanlış məlumatlara faktlara əsaslanan izahlarla aydınlıq gətirilməsini vurğuladı.

İcra başçısı qeyd etdi ki, qurultayda müəyyənləşdirilən vəzifələrin yerinə yetirilməsi bütün aidiyyəti qurumların əlaqəli fəaliyyətini tələb edir. Hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər təşkilatların öz səlahiyyətləri çərçivəsində sistemli iş aparması, gənclərlə maarifləndirici fəaliyyətin gücləndirilməsi və müraciətlərə həssas yanaşılması vacibdir.

Rəşad Tağıyev ağsaqqalların, ziyalıların və müəllimlərin gənc nəslin dövlətçilik ruhunda, milli-mənəvi dəyərlərə və vətənpərvərlik prinsiplərinə bağlı tərbiyə olunmasında rolunu xüsusi qeyd etdi. O, aidiyyəti qurumların rəhbərlərini qarşıya qoyulan vəzifələrin məsuliyyətlə, əlaqəli və nəticəyönümlü şəkildə icrasını təmin etməyə çağırdı.

Müşavirədə çıxış edən YAP veteranı, Partiyanın VIII Qurultayının iştirakçısı Fəxrəddin Vəliyev qurultayın siyasi əhəmiyyətindən, Azərbaycanın dövlətçilik tarixində əldə etdiyi nailiyyətlərdən və YAP-ın cəmiyyətin ictimai-siyasi həyatındakı rolundan danışdı. O, partiya üzvlərinin dövlətçilik prinsiplərinin və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin təbliğində fəal iştirak etmələrinin vacibliyini vurğuladı.

Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin tərbiyəsində ağsaqqalların roluna toxunaraq, ailə, məktəb və ictimaiyyət arasında əlaqələrin möhkəmləndirilməsinin, gənclərə milli tariximizin və dövlətçilik ənənələrimizin aşılanmasının əhəmiyyətini qeyd etdi.

Vətən müharibəsi şəhidi kapitan Hafiz Əbdürrəhmanovun həyat yoldaşı, tarixçi Ülviyyə Əbdürrəhmanova şəhidlərin qəhrəmanlıq irsinin yaşadılmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirərək, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin, şəhid ailələrinə göstərilən diqqət və qayğının davam etdirilməsinin əhəmiyyətini vurğuladı.

Çaparlı Sərdar Məmmədov adına tam orta ümumtəhsil məktəbinin direktoru,  Qurultay iştirakçısı Sona İsayeva isə təhsil müəssisələrinin şagirdlərin dünyagörüşünün formalaşmasında və vətənpərvərlik tərbiyəsində rolundan danışdı. O, valideynlərlə əməkdaşlığın gücləndirilməsinin, uşaqların təhsil hüquqlarının qorunmasının və informasiya mühitində qarşılaşdıqları təsirlərə düzgün münasibət formalaşdırılmasının vacibliyini qeyd etdi.

Müşavirədə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsi, dövlətçilik və milli-mənəvi dəyərlərin qorunması, ideoloji maarifləndirmə işinin gücləndirilməsi və aidiyyəti qurumların bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə olundu.

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31