Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qarabağda mina təmizləyən qadınlardan bəhs edən Azərbaycan filmi Rumıniyada nümayiş etdirilib

Qarabağda mina təmizləyən qadınlardan bəhs edən Azərbaycan filmi Rumıniyada nümayiş etdirilib

21.10.2026 [23:52]

Rumıniyanın Sibiu şəhərində keçirilən beynəlxalq “Astra Film Festival” çərçivəsində azərbaycanlı rejissor Fəriz Əhmədovun Qarabağda mina təmizləmə işləri ilə məşğul olan qadınlardan bəhs edən “Səssiz addımlar” sənədli filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın “Europa FM” radiostansiyasının rəsmi saytında dərc olunan məqalədə Azərbaycan və Polşanın birgə istehsalı olan 2026-cı il istehsalı sənədli filmə xüsusi diqqət ayrılıb.

Festivalın dördüncü günündə “Astra Film Cinema”da nümayiş etdirilən ekran əsəri müharibə nəticəsində minalarla çirklənmiş Qarabağ ərazilərində çalışan qadınların həyatından bəhs edir.

Filmdə tamaşaçılara qadınların həm təhlükəli mina təmizləmə əməliyyatları zamanı gördükləri iş, həm də ailə və gündəlik həyatları təqdim olunur.

“Europa FM”in jurnalisti Mihnea Qolea festival haqqında hazırladığı məqalədə ekran əsərinin tamaşaçıları Qarabağda mina təmizləyən qadınların az tanınan dünyası ilə tanış etdiyini vurğulayıb. Məqalədə filmin qəhrəmanlarının təhlükəli peşələrinə baxmayaraq, qadınlıq xüsusiyyətlərini və ailə dəyərlərini qoruyub saxlamalarına diqqət çəkilir. Qəhrəmanlardan biri, hətta, mina təmizləyərkən də səliqəli və zərif görünməyin vacibliyini bildirir. Digər qadın isə insanların onların mina təmizləməsinə təəccübləndiyini, lakin qadınlar üçün ən çətin və məsuliyyətli işlərdən birinin analıq olduğunu vurğulayır.

Rumıniyalı jurnalist bu fikirləri filmin ən təsirli məqamları kimi qiymətləndirərək, sənədli ekran əsərinin tamaşaçıları gündəlik həyatda az qarşılaşdıqları reallıqlar haqqında düşünməyə vadar etdiyini yazıb.

Qeyd edək ki, “Astra Film Festival” Rumıniyanın ən uzun tarixə malik sənədli film festivallarından biridir. Builki proqramda 70-dən çox sənədli film və 200-dən artıq kino tədbiri yer alıb. Festival çərçivəsində müxtəlif ölkələrdən olan rejissorların əsərləri nümayiş etdirilir, aktual sosial və mədəni mövzulara dair müzakirələr təşkil olunur.

Paylaş:
Baxılıb: 28 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31