Dövlət gənclər siyasətinin həyata keçirilməsində fərqlənmiş gənclərə mükafatlar təqdim edilib
05.02.2013 [01:16]
Fevralın 2-də “Buta Palace”da 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif sahələrdə fərqlənən gənclər və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Ümummilli lider Heydər Əliyev daim gənclərə qayğı göstərib, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verib. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb.
Nazir qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artırılmasına olduqca müsbət təsir göstərdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Mədəniyyət və incəsənət, elm, texnika və təhsil sahəsində nailiyyətlər qazanan, respublikamızı xarici ölkələrdə, beynəlxalq miqyaslı tədbirlərdə yüksək səviyyədə təmsil edən gənclərin sayının ildən-ilə artması məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir.
Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülən işlər barədə məlumat verən A.Rəhimov qeyd edib ki, hazırda gənclər ölkədə aparıcı qüvvədir. Onlara sağlam və fəal həyat mövqeyi aşılanması, geniş fəaliyyət şəraiti yaradılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2 fevral - Azərbaycan Gəncləri Gününün təməlinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Qeyd edib ki, 1997-ci ildə Ulu öndər Heydər Əliyevin təsis etdiyi bu bayram günündə hər il Azərbaycanın ən layiqli və istedadlı gəncləri təltif olunur. Qoy gənclərimiz dövlətimizin başçısının onlar üçün yaratdığı şəraitdən istifadə edərək indiki nəsildən özlərinin fəallıqları ilə daha da fərqlənsinlər. Qoy Azərbaycan gəncləri bizdən bir neçə addım irəli getsinlər və dövlətimizi, millətimizi layiqincə təmsil etsinlər. Bu zalda toplanan gəncliyə baxarkən bir daha əmin oluruq ki, sözün həqiqi mənasında belə də olacaq və bundan sonrakı nəsil dövlətimizi bizdən daha yaxşı təmsil edəcək.
Sonra dövlət gənclər siyasətinin əsas istiqamətləri kimi həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərmiş gənclər ənənəvi olaraq 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı” ilə təltif ediliblər.
Tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin “Azərbaycanın gənclər paytaxtı” elan edilməsi nəzərdə tutulub. “Azərbaycanın gənclər paytaxtı”nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.
Aparılan sorğu nəticəsində səslərin 36 faizini toplayan Biləsuvar şəhəri 2013-cü ildə “Azərbaycanın gənclər paytaxtı” elan olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39

