Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanda layiq görüldüyü
24.01.2013 [02:54]
“Humanizm simvolu-2012-ci ilin adamı” mükafatının təqdimat mərasimi keçirilib
Xəbər verdiyimiz kimi, Pakistanın nüfuzlu “Daily times” qəzeti və Qadın Könüllülər Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı “Humanizm simvolu-2012-ci ilin adamı” elan edib. Yanvarın 22-də İslamabadın “Serena” mehmanxanasında mükafatın təqdimat mərasimi keçirilib.
Tədbirdə Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi, Senatın sədr müavini Sabir Bəluc, Milli Assambleyanın humanitar məsələlər üzrə komitəsinin sədri, nazir Rubina Saadat Kaimxani, Senatın məlumat və yayım komitəsinin sədri Hacı Qulam Əli, müdafiə və müdafiə sənayesi komitəsinin sədri Müşahid Hüseyn, xarici əlaqələr komitəsinin sədri Hacı Adil, intizam komitəsinin sədri Seyid Məshədi, daxili işlər komitəsinin sədri Məhəmməd Talha Mahmud, senator Osman Seyfulla Khan, İslamabad Şəhəri İcra Hakimiyyətinin başçısı Tarik Pirzada, Pakistanın sabiq daxili işlər naziri, senator Vasim Xan, Milli Assambleyanın deputatı Humayun Seyfulla Xan, İslamabad Sənaye və Ticarət Palatasının sədri Zəfər Bəxtəvəri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, nüfuzlu universitetlərin rektorları, jurnalistlər, bir sıra ölkələrin İslamabaddakı səfirləri iştirak ediblər.
Qadın Könüllülər Təşkilatının sədri xanım Samina Şah Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələr haqqında geniş məlumat verib. Qeyd edilib ki, 2007-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, 2012-ci ildə isə həmin təhsil ocağı əsaslı təmir edilib, orada yenidənqurma işləri aparılıb. Fond tərəfindən Pakistanda silsilə humanitar yardım proqramları çərçivəsində “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləmə aparılıb, Peşavar şəhərində “Akbar Care” Serebral Paraliç İnstitutunda, həmçinin Xeybər Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edilib, İslamabad şəhərinin “Kulsum İnternational” klinikasında açıq ürək əməliyyatları maliyyələşdirilib, Həmzə Fonduna (Peşavar) müasir qanköçürmə avadanlığı və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım avtomobili və 2 min ədəd qanköçürmə paketi hədiyyə edilib, Xeybər Göz Fondunun yeni binasının inşası üçün maddi yardım göstərilib, Pakistanın bütün əyalətlərində Ramazan ayında iftar süfrələri təşkil edilib, Qurban bayramında Lakki Marvat bölgəsində və Pəncab əyalətində qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılıb.
Xanım Samina Şah deyib ki, “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı bütün bunları nəzərə alaraq Mehriban xanımı “Humanizm simvolu-2012-ci ilin adamı” elan edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın nəcib və xeyirxah fəaliyyətini, rəhbərlik etdiyi Fondun Pakistan da daxil olmaqla xarici ölkələrdə həyata keçirdiyi xeyriyyə tədbirləri barədə videoçarx nümayiş etdirilib.
Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistandakı fəaliyyətini qardaş ölkələrimiz arasında dostluq münasibətlərinin əyani göstəricisi kimi qiymətləndirib. O, Mehriban xanım Əliyevanın uşaq və qadınların problemlərinin həlli ilə yaxından məşğul olmasının Pakistanın böyük qızı Bənazir Bhuttonun ideyaları ilə üst-üstə düşdüyünü xüsusi vurğulayıb.
F.K.Kundi Pakistan ilə Azərbaycan arasında inkişafda olan qardaşlıq əlaqələrindən danışaraq, bu münasibətlərin həyatın bütün sahələrini əhatə etdiyini bildirib.
Pakistanda hökumətin sosial problemlərin həlli istiqamətində atdığı addımlardan, humanitar, səhiyyə və təhsilin inkişafına yönəltdiyi diqqətdən danışan Fəsəl Kərim Kundi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində keçirilən humanitar tədbirləri iki xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirildiyini vurğulayıb.
Sonra Fəsəl Kərim Kundi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu “Humanizm simvolu- 2012-ci ilin adamı” mükafatını Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarova təqdim edib.
Səfir Daşqın Şikarov “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatının rəhbərliyinə və əməkdaşlarına təşkil olunmuş tədbirə və Azərbaycanın birinci xanımını yüksək mükafatla təltif etdiklərinə görə minnətdarlığını bildirib.
Diplomat bu mükafatın Pakistan parlamentinin sədri vəzifəsini icra edən şəxs tərəfindən təqdim olunması faktının xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Mərasim məktəblilərin və tanınmış instrumental qrupun ifasında konsert proqramı ilə başa çatıb.
Təqdimat mərasimi Pakistanın nüfuzlu mətbuat orqanlarında - “Pakistan Observer”, “The News”, “Daily Times” qəzetlərində və “The Nation”, “DNA News”, “Centreline”, həmçinin PTV, DRY News, Vakt TV, CNBC və digər yerli kanallarda geniş işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15

