/ / Əli Əhmədov: “Siyasi məhbus” məsələsi bəzi Avropa dairələrinin Azərbaycana təzyiq üsulundan başqa bir şey deyil
Əli Əhmədov: “Siyasi məhbus” məsələsi bəzi Avropa dairələrinin Azərbaycana təzyiq üsulundan başqa bir şey deyil
24.01.2013 [02:54]
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov dünən AŞPA-da müzakirə olunan “Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar” və Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlı hesabatlara münasibət bildirib. Əli Əhmədov APA-ya müsahibəsində hər iki hesabatda Azərbaycana qarşı iradları cavablandırıb.
Əli Əhmədovun sözlərinə görə, bir sıra beynəlxalq təşkilatlarda belə bir təəssürat yaranıb ki, Azərbaycanı kim tənqid edirsə o haqlıdır, kim isə Azərbaycanın mövqeyini müdafiə edirsə, haqsızdır: “Yəni, bu məntiqlə əgər Azərbaycanın əleyhinə hansısa hesabat varsa, bu, həqiqət sayılır. Bu cür yanaşma əsasında real həqiqəti ortaya çıxarmaq mümkün deyil. Belə yanaşma qərəzlidir”.
YAP-ın Sədr müavini bildirib ki, AŞPA-da hazırda təqdim olunan hesabatlarla əlaqədar dəfələrlə müzakirələr aparılıb: “Mən belə hesab edirəm ki, siyasi məhbuslar problematikası bəzi Avropa dairələrinin Azərbaycana təzyiq üsulundan başqa bir şey deyil. Azərbaycanda istər amnistiya aktı, istərsə də Prezidentin əfv sərəncamları ilə xeyli məhbus azadlığa buraxılıb. Qəribəsi ondadır ki, hər amnistiyadan, əfvdən sonra Azərbaycanda “siyasi məhbus”ların sayı artır. Yüzlərlə məhbus azad olunur, onlar arasında da ayrı-ayrı beynəlxalq təşkilatların guya “siyasi məhbus” hesab elədiyi adamlar da var, azadlığa buraxılanlar arasında onların da sayı heç də az olmur. Amma bu azadlığa buraxılmadan bir neçə gün sonra hazırlanan hesabatda Azərbaycandakı “siyasi məhbus”ların sayı onlara görə artır. Əslində bu müddət ərzində bəlkə də bütövlükdə Azərbaycanda o qədər adam həbs olunmayıb, məhkəmə qərarları çıxarılmayıb. Bax bunun özü “siyasi məhbus” problematikasının nə qədər mübahisəli, qeyri-obyektiv və qərəzli olmasını sübuta yetirir. Azərbaycan cəmiyyəti də bunu obyektiv olmayan reallıq kimi qəbul etməlidir”.
Əli Əhmədov hesab edir ki, Azərbaycana qarşı iradlardan ibarət həmin məruzələr ətrafında aparılan diskussiyaların özü Azərbaycan dövlətçiliyinə qarşı olan qüvvələrin apardığı mübarizənin bir elementidir. Onun sözlərinə görə, bu mübarizədə Azərbaycanda olan bəzi hüquq müdafiəçiləri, yaxud siyasi təşkilatlar da yaxından iştirak edirlər: “Yəni o məruzələrin hazırlanması üçün tutulan uydurma siyahılar üçün buradan materiallar göndərirlər. Təbii ki, bu, tam ədalətsizlikdir. “Siyasi məhbus” anlayışından bir dövlətə qarşı istifadə etmək ənənəsinə son qoyulmalıdır”.
Seçki Məcəlləsinə dəyişikliyin edilməsi ilə bağlı edilən tövsiyəyə də toxunan Əli Əhmədov deyib ki, Azərbaycanın Seçki Məcəlləsi ölkədə ədalətli və bərabər seçkilərin keçirilməsi üçün ciddi hüquqi baza yaradır: “Seçki Məcəlləsini təkmilləşdirməyə və yaxud da onun hansısa komponentlərində dəyişiklik etməyə elə də ciddi ehtiyac yoxdur. Seçki Məcəlləsini dəyişməklə kimlərinsə seçki ilə bağlı iddialarını və istəklərini həyata keçirmək mümkün deyil. Azərbaycanda seçki qanunvericiliyi ilə bağlı kifayət qədər təcrübə formalaşıb. İndi imkan vermək olmaz ki, Azərbaycanın seçki qanunvericiliyini bir poliqona çevirsinlər. Hansısa qüvvələr Azərbaycanda kimlərinsə hakimiyyətə gəlməyini istəyirsə, onların bu istəkləri üçün seçki qanunvericiliyi bir alətə çevrilə bilməz. Ona görə də hesab edirəm ki, Seçki Məcəlləsində hansısa bir dəyişikliyin edilməsi üçün əsas mövcud deyil. Seçkidə qələbə qazanmayan yeganə səbəbi insanların rəyidir. İndiki seçki qanunvericiliyi də buna kifayət qədər şərait yaradır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

