“123-cü Saziş” - yeni təhdid, nüvə qarşıdurması...
28.08.2024 [10:35]
Sazişə qoşulmaq üçün müraciət edən İrəvan müttəfiqinə yenidən xəyanət edir
Metsamor AES siyasi oyun predmetinə çevrilir
Ermənistan Amerika Birləşmiş Ştatlarından mülki nüvə texnologiyasına çıxış üçün müraciət edib. Bununla bağlı ABŞ Dövlət Departamentinin mətbuat katibinin CivilNet-ə verdiyi yazılı şərhdə bildirilib ki, Vaşinqton Ermənistanın “123-cü Saziş”ə qoşulmaq üçün müraciətini öyrənir. Bu müraciət təsdiq olunacağı təqdirdə Ermənistan Amerikanın mülki nüvə texnologiyasını ala biləcək. ABŞ federal qanunlarına əsasən, hökumət mülki nüvə texnologiyasının digər ölkələrə ötürülməsi üçün lazımi şərtləri müəyyən edən ABŞ Atom Enerjisi Agentliyi Aktının 123-cü maddəsini imzalamalıdır. Dövlət Departamentinin 2022-ci il məlumatlarına görə, ABŞ-ın 48 ölkə və ərazi ilə oxşar müqavilələri var. “Əgər müraciət müsbət cavablandırılarsa, Ermənistan Amerikanın mülki nüvə texnologiyasını əldə edə biləcək”, - ABŞ Dövlət Departamentinin İrəvanın müraciəti ilə bağlı şərhində deyilir.
Qızıl standartlı 123-cü saziş...
Qeyd edək ki, “123-cü Saziş” öz adını Amerika Atom Enerjisi Aktının maddə nömrəsindən alıb. “123-cü Saziş”ə qoşulmaq ABŞ Prezidenti tərəfindən təsdiq edilir. Bundan sonra isə o qərar ABŞ Konqresi tərəfindən ratifikasiya edilməlidir, sonra isə müvafiq şərtlərlə əməkdaşlıq sazişi imzalanır. Vaşinqton İrəvanla bu məsələ barədə danışıqlar prosesinin təfərrüatlarını gizli saxlayır. Lakin “demək olar ki, Dövlət Departamenti Ermənistanın sazişə qoşulmaq istəyinə lazımi diqqət yetirir və bu sahədə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını alqışlayır.
Xatırladaq ki, ABŞ-ın 1954-cü ildə qəbul olunan Atom Enerjisi Aktının “Başqa Millətlərlə Əməkdaşlıq” başlığa altında tövsif edilən 123-cü maddə ABŞ və hər hansı digər dövlət arasında nüvə sazişləri üçün ilkin şərt kimi əməkdaşlıq müqaviləsi sayılır. Obama administrasiyası tərəfindən 2009-cu ildə Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış 123-cü müqavilə “123 Sazişi”nin “qızıl standartı” adlandırılır.
Ermənistan Metsamor AES-i borc qarşılığında təhvil vermişdi
Ermənistanın sazişə qoşulması isə bölgədəki onsuz da yüksək sayılan emosiyaları daha da artıra bilər. Bu amil regiondakı güc balansına təsirsiz ötüşməyəcək - çünki Metsamor AES ilə bağlı məsələ illərdir ki, Rusiya ilə tənzimlənir. Bu AES Rusiyanın köhnə VVER-440 reaktoru ilə təchiz edilən iki enerji blokundan ibarətdir. Hər blokun istilik gücü 1375 MVt, elektrik enerji gücü isə 440 MVt-dır. Mövcud təhlükəsizlik problemlərindən dolayı enerji blokunun 1995-ci ildə yenidən işə salınmasından sonra enerji blokunun enerji gücü nominal gücün 92 MVt-ə qədər məhdudlaşdırılmışdı, yəni enerji blokunun icazə verilmiş istilik gücü 1240 MVt-dan (və ya elektrik gücü 375 MVt-dən) çox olmamalı idi. İrəvanın Moskvaya uran yanacağına görə yaranan 53 milyon dollarlıq borcu müqabilində AES-in idarə edilməsi 2003-cü ildə Rusiyanın İnter RAO şirkətinə həvalə edildi. Stansiyanın idarə edilməsi 2012-ci ildə yenidən Ermənistan dövlətinin nəzarətinə keçdi. Qeyd edək ki, 1989-cu ilə qədər stansiyada istifadə olunmuş nüvə yanacağı qalıqları o zamankı RSFSR-ə aparılırdı. Sonradan meydana gələn bütün yanacaq tullantıları Metsamor AES-də Fransanın AREVA şirkəti tərəfindən tikilmiş xüsusi saxlama anbarında, istifadə olunmayan ilk enerji blokunun reaktorunda, həmçinin yanacaq saxlanma hovuzunda saxlanılırdı.
Moskvadan Vaşinqtona uzanan erməni hiyləgərliyi...
Metsamor AES-in ilkin istismar müddəti dizayna əsasən 2016-cı ildə başa çatıb. Ermənistan hökuməti stansiyanın ikinci blokunun təmir vasitəsilə istismar müddətini 10 il daha, 2026-cı ilə qədər uzatdı. Metsamor AES-in təmirinin maliyyələşdir??məsi barədə razılaşma isə Ermənistan və Rusiya arasında 2014-cü ildə imzalanıb. Ermənistan Rusiya hökumətindən alınmış maliyyə ilə Metsamor AES-də yenilənmə işləri həyata keçirməyə başladı - Rusiyadan alınmış bu maliyyəyə isə 15 illik müddətə verilən 270 milyon dollar kredit və 30 milyon dollar qrantdan ibarət idi. Lakin sonradan Ermənistan təmir müddətinin uzadılması üçün əlavə kreditdən imtina edərək bunu daxili resurslar hesabına maliyyələşdirmək qərarına gəldi. Rusiyanın “Rosatom” şirkətinin idarəetməsi altında olan “Rosatom Servis” şirkəti atom stansiyasının əsaslı təmirini həyata keçirən baş podratçı şirkət idi. Təmir əsasında 2018-ci ildə başlayan AES-dəki təmirdə generatorlu turbinləri dəyişdirildi - amma bu da Metsamor AES-in təhlükə mənbəyi olmasının qarşısını ala bilmədi. Ermənistanın hazırda apardığı “kompaniya” isə bölgəsəl siyasi qarşıdurmaları daha da körükləmək xarakteri daşıyır. Çünki ABŞ-ın Ermənistanın müraciətini müsbət qarşılayacağı təqdirdə sovet dövründə tikilmiş AES əvəz ediləcək və Amerika texnologiyasından istifadə etməklə Ermənistanda yeni atom elektrik stansiyasının layihələndirilməsinə və tikintisinə başlanılacaq. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin noyabrında bəyan etmişdi ki, Ermənistanın qarşısında yeni AES bloku tikmək vəzifəsi durur və məsələ ilə bağlı Rusiya, ABŞ və Cənubi Koreya ilə danışıqlar aparılır. Demək ki, İrəvan hər zaman olduğu kimi bölgəsəl qarşıdurmadan öz maraqları üçün istifadə etməyi qərara alıb.
AES tikintisi, yoxsa siyasi “cığallıq”...
Avqustun əvvəlində Ermənistanın Nazirlər Kabineti Metsamor Atom Elektrik Stansiyasını əvəz edəcək yeni atom enerji blokunun tikintisi üçün dövlət şirkəti yaradıb. Gözlənilirdi ki, yaxın iki il ərzində şirkət yeni AES-in hansı ölkənin texnologiyası və hansı gücdə tikiləcəyi ilə bağlı öz proqramını təqdim edəcək - amma son baş verənlər artıq bu məsələni də gündəmdən çıxarır. Ermənistan özünün çətirini dəyişməklə yenidən atom təhlükəsi formalaşdırır. Burada əsas amillərdən biri isə bölgədəki sülh prosesinə mane olmaqdır. Bəllidir ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə həm də qlobal diqqətin Cənubi Qafqaza yönlənməsinə nail olur. Ermənistanın ekoloji fəlakət yaratmaq üçün ortaya qoyduğu cəhdlər isə paralel olaraq həm də siyasi “cığallıq”la müşayiət olunur. Ermənistan AES tikintisi məsələsi ilə regionda sülh üçün aparılan ardıcıl siyasəti tormozlayır - eyni zamanda, yenidən qonşuları ilə münasibətdə mənfi çalarlara üstünlük verdiyini ortaya qoyur. Nəticə etibarı ilə, Ermənistanın tutduğu mövqe sülhdən çox qarşıdurmaya aparan amil kimi xarakterizə olunur.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

