Sülhün vaxtı çatsa da...
24.07.2024 [10:20]
Son vaxtlar Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesi ilə bağlı müzakirələr intensivləşib. Bu günlərdə tənzimləmə prosesində fəal şəkildə yer almağa çalışan Vaşinqtondan növbəti nikbin məzmunlu açıqlama gəlib. “Azərbaycan və Ermənistan sülh sazişi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməkdə davam edir”. Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O bildirib ki, ABŞ prosesi dəstəkləmək işinə sadiqdir. “Artıq sülhün vaxtıdır. Biz bu sazişə nail olmaq üçün çalışmağa davam edirik”, - deyə Metyu Miller qeyd edib. Əlbəttə, sülhyaratma prosesi ilə bağlı nikbin məzmunlu bəyanatlar eşitmək xoşdur. Ancaq o həqiqət də ortadadır ki, sülhə Vaşinqtonda və yaxud digər paytaxtlarda nail olunmayacaq. Prosesin dinamikası və substantiv nəticələnməsi ilk növbədə tərəflərin - Azərbaycanın və Ermənistanın yanaşmalarından, sülhə sözdə deyil, reallıqda sadiq qalmalarından asılıdır. Prezident İlham Əliyev bu günlərdə keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən maraqlı müqayisə aparıb. “...hansı Cənubi Qafqazda yaşamaq istəyirik. Hamı deyəcək ki, biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik. Lakin bu, badə qaldıranda gözəl kəlamlardır, real siyasət üçün belə deyil”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan sülh üçün real yollar axtarır
Həqiqətən də real siyasət üçün şərtlər tamam fərqlidir. Sülh istəyən dövlət öz öhdəliyini yalnız bəyanatlar səsləndirməklə bitmiş hesab etməməlidir, ardıcıl və qətiyyətli mövqedə dayanmalıdır. Müharibəni Zəfərlə bitirən Azərbaycan məhz belə yanaşma sərgiləyir. Qalib Azərbaycan o mövqedən çıxış edir ki, onilliklər ərzində davam edən münaqişə artıq həllini tapıb, işğal faktına son qoyulub, ölkəmizin suverenliyi tam təmin edilib. Bundan sonra qarşıda duran əsas məsələ iki ölkə arasında münasibətlərin normallaşmasına nail olmaqdan ibarətdir. “Bizim ölkə və şəxsən mən sülh sazişi üzərində işləməyi təklif etdim”, - deyə Prezident İlham Əliyev bildirib.
Müharibə başa çatdıqdan sonra Azərbaycanın mövqeyi, sülh istəyi açıq şəkildə bəyan edilib. Ancaq Ermənistandan bir cavab gəlməyib. Bir müddətdən sonra qalib Azərbaycan sülh üçün zəruri saydığı prinsiplərini elan edib. Bildirildiyi kimi, bu, beş prinsipdir, təməl prinsipləridir, beynəlxalq hüququn prinsipləridir. Yenə də Ermənistana çox uzun müddət lazım oldu ki, bu prinsiplərlə razılaşsınlar. “Yəni o zamandan etibarən danışıqlar bizim təşəbbüsümüzlə başladı. Həmin danışıqlar bir müddət davam etdi və burada heç bir ciddi irəliləyiş olmadı. Bunun bir xüsusi səbəbi var idi, çünki Ermənistan həmin sülh sazişinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz bunun qəti əleyhinə idik. Çünki bu, bizim daxili məsələmizdir. Daxili məsələlər müzakirə mövzusu ola və təbii ki, sazişə də daxil edilə bilməz. Bu məsələ açıq qaldıqca digər məsələlər haqqında, o qədər də əhəmiyyətli olmayan məsələlər haqqında danışmağın mənası yox idi. Azərbaycan öz suverenliyini ötən ilin sentyabrında bərpa etdikdən sonra biz daha üç ay gözlədik ki, Ermənistan nəhayət, danışıqlara yenidən başlasın. Yəni, praktiki baxımdan mahiyyət etibarilə real danışıqlar altı aydır - dekabr ayından başlayaraq gedir və o, xarici işlər nazirləri səviyyəsində həyata keçirilir. Müxtəlif ölkələrdə bir neçə görüş keçirilibdir”, - deyə Prezident İlham Əliyev keçilən yolu xatırladıb.
Qalib statusuna rəğmən, hər hansı bir üstünlüyə nail olmaq niyyətindən uzaq olması Azərbaycanın sülh prosesinə sadiqliyinin əyani göstəricisidir. Sülh prosesində indiyədək əldə olunan müəyyən irəliləyişlər də məhz respublikamızın qətiyyətli yanaşması və təşəbbüsləri sayəsində mümkün olub. Verilən məlumata görə, sülh sazişinin mətninin 80-90 faizi razılaşdırılıb.
Ermənistan sülhdən qaçır
Tənzimləmə prosesinin digər tərəfi olan Ermənistan isə açıq-aşkar sülhdən qaçır. Baş nazir Nikol Paşinyan və digər yüksəksəviyyəli rəsmilər artıq neçənci dəfədir ki, “bir ay ərzində sülh sazişini imzalaya bilərik” deyirlər. Reallıq isə bunun tamam əksidir. Açıq demək lazımdır ki, Ermənistan rəsmiləri xarici havadarlarından aldıqları tezislərə uyğun qaydada sülh prosesini manipulyasiya predmetinə çeviriblər. Onlar müxtəlif auditoriyalar qarşısında fərqli, bir-birini təkzib edən açıqlamalar verirlər. Sülhə sadiqlikdən danışan N.Paşinyan bu günlərdə Londonda Avropa Birliyinin sammitində Azərbaycan Prezidentinin növbəti görüş təklifindən imtina etdi. Sual olunur: Niyə? Axı iki ölkə arasında sülyaratma prosesi çətin gedir. Məhz sıx təmaslarla onu irəli aparmaq mümkündür. Londonda baş verənlərə aydınlıq gətirən dövlətimizin başçısı deyib: “Bununla yanaşı, mətn üzərində danışıqlar davam edir. Deyə bilmərəm ki, xarici işlər nazirləri növbəti görüşü nə zaman keçirəcək? Bu gün mən daha az nikbinəm. Çünki bildiyiniz kimi, baş nazir Paşinyan mənimlə Britaniyada görüşməkdən imtina etdi. Bu, Britaniya Hökumətinin təşəbbüsü idi. Təklif o idi ki, bizim aramızda belə bir görüş keçirilsin, həmin Oksford tədbiri çərçivəsində. Ermənistan tərəfi bu təklifi rədd etdi”.
Şübhə yoxdur ki, N.Paşinyanın Londonda sülh naminə görüş təşəbbüsünə “yox” deməsinin göstərişi məhz sammitə qatılan Makrondan gəlib. Çünki sammit öncəsi Ermənistan KİV-lərində Azərbaycan və Ermənistan liderlərinin Londonda görüşəcəklərinə dair razılaşmanın əldə olunduğunu özündə ehtiva edən məlumatlar yayılırdı. N.Paşinyan Londonda Makronla görüşdükdən sonra isə görüş təklifini geri çevirdi.
Ekspertlərin qənaəti ondan ibarətdir ki, Makron Londonun proseslərə qoşulmaq niyyətinə qısqanclıqla yanaşır, buna görə də forpost ölkənin liderini görüşdən imtinaya çağırıb və sonuncu da bunu qəbul edib.
Azərbaycanın sülh üçün iki mühüm şərti
Tənzimləmə prosesinə sadiqlik nümayiş etdirən Azərbaycanın qalıcı sülh üçün iki mühüm şərti var. Ermənistan həmin şərtləri yerinə yetirməlidir.
Birinci şərt: Azərbaycan reallıqdan çıxış edərək Ermənistana artıq ölü quruma çevrilmiş Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət ünvanlamağa çağırış edir. Ermənistan isə müxtəlif bəhanələr gətirməklə bunu etməyə tələsmir. “Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq”.
İkinci şərt: Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar yer alır. Həmin müddəalar əsas qanunda qaldıqca sülh sazişinin imzalanması mümkün deyil. Buna görə də Ermənistan real olaraq sülh istəyirsə mütləq qaydada ölkəmizə qarşı ərazi iddialarına konstitusional əsasda son qoymalıdır. “Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:12

Dünya
13 İyun 20:02

Dünya
13 İyun 19:50

YAP xəbərləri
13 İyun 19:37

YAP xəbərləri
13 İyun 19:13

Dünya
13 İyun 19:07

Siyasət
13 İyun 18:59

YAP xəbərləri
13 İyun 18:36

YAP xəbərləri
13 İyun 18:04

YAP xəbərləri
13 İyun 17:57

YAP xəbərləri
13 İyun 17:45

YAP xəbərləri
13 İyun 17:11

YAP xəbərləri
13 İyun 17:00

YAP xəbərləri
13 İyun 16:56

YAP xəbərləri
13 İyun 16:53

YAP xəbərləri
13 İyun 16:50

Dünya
13 İyun 16:41

YAP xəbərləri
13 İyun 16:37

Dünya
13 İyun 16:34

YAP xəbərləri
13 İyun 16:23

YAP xəbərləri
13 İyun 16:10

YAP xəbərləri
13 İyun 16:07

YAP xəbərləri
13 İyun 15:44

MEDİA
13 İyun 15:44

Dünya
13 İyun 15:36

Dünya
13 İyun 15:28

Dünya
13 İyun 15:28

YAP xəbərləri
13 İyun 14:39

Dünya
13 İyun 14:32

Sosial
13 İyun 14:21

Hərbi
13 İyun 14:19

Dünya
13 İyun 14:19

Dünya
13 İyun 14:17

Sosial
13 İyun 14:15

İqtisadiyyat
13 İyun 14:12

YAP xəbərləri
13 İyun 13:26

Dünya
13 İyun 12:47

Sosial
13 İyun 12:30

Siyasət
13 İyun 12:05

Xəbər lenti
13 İyun 12:03

Sosial
13 İyun 12:01

Sosial
13 İyun 11:55

YAP xəbərləri
13 İyun 11:41

Siyasət
13 İyun 11:04

Dünya
13 İyun 11:04

İqtisadiyyat
13 İyun 10:44

Gündəm
13 İyun 10:40

Siyasət
13 İyun 10:24

YAP xəbərləri
13 İyun 10:12

Siyasət
13 İyun 09:55

Sosial
13 İyun 09:53

YAP xəbərləri
13 İyun 09:46

İqtisadiyyat
13 İyun 09:38

Dünya
13 İyun 09:37

İqtisadiyyat
13 İyun 09:36

Sosial
13 İyun 09:36

Dünya
13 İyun 09:36

Dünya
13 İyun 09:35

İqtisadiyyat
13 İyun 09:20

MEDİA
13 İyun 09:11

Analitik
13 İyun 08:58

Analitik
13 İyun 08:46

Ədəbiyyat
13 İyun 08:32

Sosial
13 İyun 08:14

Mədəniyyət
13 İyun 08:03

Siyasət
13 İyun 07:23

YAP xəbərləri
12 İyun 23:49

Dünya
12 İyun 23:30

YAP xəbərləri
12 İyun 23:11

İdman
12 İyun 22:59
