COP29-a qarşı təxribat cəhdi...
14.06.2024 [10:28]
Lemkin İnstitutunun əsassız iddiası
Azərbaycanın irəli sürdüyü beynəlxalq təşəbbüslər, qlobal problemlərə qarşı birgə mübarizə metodları formalaşdırması hər zaman müsbət sonluqlarla nəticələnib. Təcrübə göstərir ki, ölkəmizin iştirakı və ya təşkilatçılığı ilə baş tutan demək olar ki, bütün məsələlər müsbət şəkildə yekunlaşır. Bu mənada, bir neçə aydan sonra Bakıda reallaşacaq COP29-un da mövcud problemlərə qarşı mübarizədə mühüm bir həlqəyə çevriləcəyinə ümid böyükdür. Artıq bir çox dövlətlər rəsmi Bakının ortaya qoyduğu bu müsbət davranışa dəstək verir, proses çərçivəsində yeni addımların atılması zərurətini səsləndirir, Azərbaycanın nümayiş etdirdiyi iradəni alqışlayır.
Təbii ki, Azərbaycanın moderatorluğu ilə baş tutacaq bu tədbirin qlobal dünyaya qazandıracağı üstünlüklər çox olacaq. Mövcud amil isə ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsində əsaslı yer tutacaq. Təssüfləndirici haldır ki, qlobal təhlükəsizliyə töhfə sayılan bu kimi addımlar yenə də erməni lobbisini, ermənipərəst dairələri narahat edir, bu xoş təşəbbüslərə qarşı əsassız kampaniyalar yaradılmasına çalışılır.
Erməni lobbisinin yeni narahatlığı...
Məsələn, ABŞ-da fəaliyyət göstərən Lemkin İnstitutu Azərbaycana qarşı növbəti şərləmə kampaniyasına başlayıb. Bakıda keçiriləcək COP29 erməniləri ciddi narahat edib. Yalançı soyqırım iddialarına söykənərək fəaliyyət göstərən Lemkin İnstitutu BMT-ni COP29-nun Azərbaycanda keçirilməsi ilə bağlı qərarını ləğv etməyə çağırıb. Bu barədə erməni mediası məlumat yayıb. Bu üzdəniraq təşkilat BMT-nin COP29 (BMT-nin illik iqlim dəyişikliyi sammiti) tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı qərarına qarşı olduğunu bəyan edib.
Göründüyü kimi, COP29-un Azərbaycanda keçirilməsi və uğur qazanma ehtimalının yüksək olması ABŞ-dakı erməni təşkilatlarını yenidən “hərəkətə gətirib”. Bayden administrasiyasına və Konqresə edilən yalan dolu müraciətlər isə bunun nəticəsidir. Amma bu müraciətlərə ciddi yanaşmanın sərgilənməməsi özü hər şeyi açıq şəkildə göstərir- ABŞ da daxil olmaqla bütün dünya bu tədbirin əhəmiyyətini yaxşı başa düşür və qəbul edirlər ki, Azərbaycan COP29-u yüksək səviyyədə ev sahibliyi edəcək.
Okampolu “Lemkin”...
Bəs bu təşkilat hansı qayə ilə yaranıb və hansı ideoloji xəttə malikdir? Qeyd edək ki, Lemkin İnstitutu 2021-ci ildə ABŞ-ın Pensilvaniya ştatında qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib. Təşkilat öz internet səhifəsində yaradılması ideyasının Şimali İraqda “İslam Dövləti” tərəfindən həyata keçirilən dini və etnik azlıqların soyqırımının nəticələrini müşahidə etməsindən qaynaqlandığını önə sürür - daha sonra onlar soyqırımının qarşısının alınması və hesabatlılıq üçün layihələr yaradıblar. İnstitutun həmtəsisçiləri Kin Ştat Kolleci və Stokton Universitetinin professoru Eliza fon Coden-Forci və beynəlxalq hüquq professoru, İndiana Universitetinin məzunu İrin Viktoriya Massiminodur. İnstitut öz “missiyası”nı soyqırımıların qarşısının alınmasının zəruriliyi ilə bağlı qlobal konsensus kimi “irəli sürür”.
Amma fəaliyyət spektrinə nəzər saldıqda, bu institutun əsas qayəsinin məhz Azərbaycana qarşı təxribatlar törətməsi, beynəlxalq miqyasda anti-Azərbaycan fəaliyyət olması ortaya çıxır. Məsələn, Lemkin İnstitutu 2022-ci ildə guya “Artsax əhalisi”nin məhv edilməsi təhlükəsi ilə bağlı “xəbərdarlıqlar” dərc edib. 2023-cü ildə isə o, bölgənin erməni əhalisinin “kritik təhlükə” altında olması ilə bağlı iki qondarma “SOS xəbərdarlığı” yayıb. Maraqlı bir fakt diqqəti cəlb edir - təşkilatın saytında bildirilir ki, Lemkin İnstitutunun hesabatlarından ixtisaslaşmış alimlər və tədqiqat mərkəzləri öz işlərində istifadə edirlər: siyahıya isə Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru, bədnam ermənipərəst Luis Moreno Okampo “başçılıq” edir. Bu fakt institutun nə dərəcədə “şəffaf” və “demokratik” fəaliyyət göstərdiyini ortaya qoyur.
Qeyd edək ki, Azərbaycanın öz suverenliyini bərpa etməsinin ardından 2023-cü ilin dekabrında institut ABŞ prezidenti Baydenə yalanlarla dolu açıq məktub göndərmişdi.
Beynəlxalq dəstək...
Bu kimi qondarma ermənipərəst yığanaqların Azərbaycana qarşı apardıqları kampaniyalar isə birmənalı şəkildə iflasa məhkumdur. Əslində, onların bu kimi yollara əl atması mövcud prosesin uğurlu inkişafının göstəricisidir - bütün dünya Azərbaycanın bu xoş məramını dəstəkləyir, “yaşıl dünya” quruculuğu yönündə Bakıya ümid etdiklərini bildirirlər. Məsələn, bir neçə gün öncə Almaniyanın Bonn şəhərində keçirilən BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi kimi bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini təqdir edən bəyanat yayıb və bəyanata 31 ölkədən 102 QHT təmsilçisi və ictimai fəal imza atıb. Bəyanatda vətəndaş cəmiyyəti təşkilatları qlobal ictimaiyyəti davamlı və “yaşıl gələcəyə” doğru istiqamətləndirmək kimi mühüm vəzifəyə rəhbərlik edən COP29 Sədrliyinə və tədbirə ev sahibliyi edəcək Azərbaycana öz dəstəyini ifadə edir, COP29-a sədrlik və ev sahibliyi edəcək Azərbaycanın bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığın təşviqində rolunu əhəmiyyətli sayır. Bonn bəyanatında Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inam əks olunur.
Bu dəstək isə yalnız Bonn bəyanatı ilə yekunlaşmır. Son dörd ayda 50-dən çox ölkəni təmsil edən 360-dan artıq QHT və ictimai fəal birgə bəyanatlar yayaraq, Azərbaycanın COP29 üzrə qlobal liderliyini təqdir edib. Bu təşkilatlar arasında inkişaf etməkdə olan regionların təmsilçilərinin üstünlük təşkil etməsi də müşahidə olunur.
Azərbaycan nümunəsi...
Bəli, Azərbaycan hər zaman iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına qoşulan ölkələr sırasında ən önəmli yerlərdən birini tutub. İllərdir ki, önə çəkdiyimiz, təşfiqini apardığımız “Yaşıl dünya” şüarı ümumi inkişaf prosesimizin ən ümdə ştrixlərini özündə birləşdirir - bu gün dünyanın bir sıra regionlarının enerji təminatçıları sırasında yer alan Azərbaycan yeni dövr üçün yeni prioritetlər müəyyənləşdirir və bu prioritetlərin həyata keçirilməsi prosesində böyük cəsarət, qətiyyət nümayiş etdirir. Başqa sözlə, Azərbaycan yaşıl hədəflərini inkişaf etdirərək iqlim dəyişikliyinə qarşı mübarizədə özünün iradəsini ortaya qoyur. Bu amil isə bütün dünya üçün həm örnək sayılır, həm də əsas prioritetlərdən birinə çevrilməyi bacarır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMüsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33

