Ən kiçik ölkədə ən böyük səfirlik
09.04.2024 [10:36]
ABŞ Ermənistanı öz “düşərgəsi”nə çevirir
Uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan, regionda təzlükəsizliyin təminatına təhdid formalaşdıran Ermənistana nə ABŞ, nə Aİ tərəfindən təzyiq olmayıb, əksinə buna göz yumulub. İllərlə Azərbaycan ilə Ermənistan arasında problemin həllində “vasitəçi” rol oynamalı olan ATƏT-in Minsk qrupunun hərəkətsizliyi də bunun bariz sübutu idi - illər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan Qərb məqsədli şəkildə özünün fəaliyyətsizliyi ilə seçilirdi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan ABŞ-Fransa kimi qərb kontingentinin aparıcı üzvləri son nəticədə 2020-ci il Vətən müharibəsinin nəticələri ilə razılaşmalı oldular - korporativ maraqlara xidmət edən ATƏT-in Minsk qrupu isə tarixin arxivinə “yola salındı”. 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoymaqla yanaşı, “demokratiyanı” və “beynəlxalq hüququ” özü üçün prioritet elan etmiş Qərbin əsl simasını ortaya çıxardı. Yaşananlar onu göstərdi ki, beynəlxalq hüquq və ədalət prinsipi heç də iddia edildiyi qədər “qlobal xarakter” daşımır - tam əksinə, lokal maraqların hərəkətverici “lokomotivi” kimi çıxış edir.
ABŞ-ın İrəvana xüsusi “diqqəti”...
Bu gün də eyni prinsiplərin şahidi oluruq. Qərbin Ermənistan üzərindən bölgədə yaratmağa çalışdığı qeyri-standart situasiya çoxşaxəliliyi ilə seçilir - ən əsası isə bəzi addımların məntiqi izahı yoxdur. Məsələn, ABŞ-ın regionda 2 minlik kontingentdən ibarət ən böyük səfirliyi Ermənistanda saxlaması izaholunası deyil. Ermənistanın “siyasi vaciblik indeksi” hansı dərəcədədir ki, ABŞ kimi bir siyasi güc Cənubi Qafqazda məhz Ermənistanı özünün “diplomatik səngəri”nə çevirib.
Əslində burada xüsusi bir məqsədin olması bütün ştrixləri ilə ortadadır. Xüsusilə post-müharibə dövründə Ermənistana olan bu “maraq” Qərbin İrəvan üzərindən oyunlarını tam ifşa edir. Başqa sözlə, ABŞ regionun ən zəif iqtisadiyyatına malik, heç bir regional və ya qlobal layihələrdə iştirak etməyən, özünü Şərq-Qərb tranzit xəttindən kənarda saxlamaqla böyük bir logistik kəmərin hissəsinə çevrilə bilməyən, nəhayət, hərbi-siyasi durumuna görə ən aşağı yerlərdə sürünən Ermənistanda “nə tapdığını” izah edə bilmir. Ötən ilin sentyabrında ABŞ ilə birgə “hərbi təlim” keçəcəyini “bəyan edən”, sonradan isə bu kart üzərindən özünü Vaşinqtonun “müttəfiqi” kimi qələmə verən Ermənistan sonradan daha fərqli “donlarda” peyda oldu - Ermənistanda hazırda amerikalı hərbi instruktorların, Pentaqonun nəzarət etdiyi xüsusi hərbiləşdirilmiş strukturların olması “yeni planlar”dan xəbər verir. Görünən budur ki, Qərb, xüsusilə ABŞ Ermənistanı özünün hərbi plasdarmına çevirməkdə israrlıdır...
“Sevr”dən dərs çıxarmayan Ermənistan...
5 aprel görüşü ilə Ermənistan özünü geridönüşü olmayan tunelə salıb və Qərbdən asılı vəziyyətə düşüb. Ümumiyyətlə, fərqli dövlətlərin və güclərin oyuncağı olmaqda “peşəkarlaşmış” ermənilər tarixin bütün dönəmlərində bu kimi xəyanətlərdən özləri ziyanla çıxıb. Məsələn, tarixi “Sevr” müqaviləsindən sonra ermənilərin düşdüyü durum buna ən real nümunədir. Bəlli olduğu kimi, o zaman da ermənilər vədlər qarşılığında Osmanlıya qarşı müharibəyə girmişdi - amma həm məğlub oldu, həm də vəd olunanları almadı. “Vilson Ermənistanı” planı isə suya düşdü. Görünən budur ki, tarix dəyişsə də, Ermənistan dəyişmək istəmir - tarixdən nəticə çıxarmır və yenə özünü eyni tələyə salır. Ermənistandan yenə qonşu dövlətlərə qarşı istifadə olunur. Qərb həyata keçirdiyi planın əsas mahiyyəti olan “sülhsüz Qafqaz” prioritetini də məhz Ermənistanın əli ilə “reallaşdırır”. ABŞ Yaxın Şərqdə olduğu kimi Cənubi Qafqazda da münaqişə ocağı yaratmaqla regiona müdaxilə edəcəyini düşünür. Təsadüfi deyil ki, ABŞ ayrı-ayrı regionların sülh və təhlükəsizlik şəraitində yaşamasına ən böyük maneə kimi çıxış edir və bunu öz niyyəti uğrunda mübarizəyə çevirir. Qərbin iştirakı və birbaşa rolu əsasında başlanan İraq müharibəsi, Liviya çevrilişi, bütövlükdə, “Ərəb baharı”, Əfqanıstan hadisələri və saydıqca bitməyən qarşıdurmalar “virtual patronajlıq” hissinin görünən tərəfidir. Aylardır Qəzzada baş verənlərin ssenari müəllifi də Qərbdir. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan da məhz Qərb, konkret ABŞ-dır. Hazırki məqamda isə “dəstəkçi qrup” şəklində Cənubi Qafqazda sülhün formalaşmasına qarşı mövqe tutan ABŞ-Aİ cütlüyü regionun sülh və təhlükəsizlik müstəvisində inkişafına qarşıdır.
Müharibəni körükləyənlərin əsl məqsədi...
Hazırki məqamda ortaya qoyulan mövqe bunu deməyə tam əsas verir.
- Qərb dünyası Şərq-Qərb tranziti üzərində Ermənistanın sərhədləri hesabına özünün “stansiyasını” formalaşdırmaq istəyir;
- Yeni iqtisadi düzənin ən əsas logistik marşrutunu nəzarət altında saxlamağa çalışır;
- Qərbin ənənəvi siyasi alətinə çevrilmiş “qarşıdurmaları körüklə” metodundan istifadə etməklə Cənubi Qafqazı gərginlik altında saxlamağa niyyətlənir.
Beləliklə, ştrixlər tam şəkildə ortaya çıxır. Bu gün Azərbaycana qarşı müharibəni körükləyənlərin alt məqsədləri bəlli olur. ABŞ isə bu planın daha real mənzərəsini formalaşdırmaq üçün Ermənistanın “çəkisini” artırmaq uğrunda mübarizə aparır. Məhz 2 minə yaxın kontingentdən ibarət səfirliyin saxlanılması, hərbi mütəxəssislərin İrəvana yönələndirilməsi, “mülki missiya”nın missioner fəaliyyətinin genişləndirilməsi də buna xidmət edir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59

