Azərbaycanı gələcəkdə daha böyük uğurlar gözləyir
23.10.2009 [09:23]
“Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Miri Qəmbərov www.yap.org.az saytına müsahibə verib:
- Miri müəllim, son illər ölkəmiz sürətlə inkişaf etməkdədir. İnkişaf prosesində iqtisadi amili xüsusi vurğulamaq lazımdır. İstərdik ki, ilk olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, iqtisadi siyasətin uğurları haqqında fikirlərinizi bildirəsiniz...
- Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadiyyatını əsaslı şəkildə inkişaf etdirib, ölkəmizin dünya arenasındakı yerini möhkəmləndirib, əhəmiyyətini artırıb. Təsadüfi deyil ki, son illərdə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının, o cümlədən, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətlərlə bir sırada yer alır. Bu uğurlar təbii ki, Prezident İlham Əliyevin mükəmməl siyasi və iqtisadi idarəetmə qabiliyyətinin məntiqi qanunauyğunluğu sayəsində mümkün olub. Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyas, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tətbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib. Bu mükəmməl idarəetmə kursu Azərbaycanın müstəqil iqtisadi modelinin formalaşması üçün də əsaslı təməllər yaratmış olub.
Hər bir ölkənin maliyyə və makroiqtisadi sabitliyi, iqtisadi inkişafı və inkişaf indikatorları ilk növbədə, siyasi sabitliyin möhkəm olması və davamlılığı ilə sıx bağlı olduğundan, onun mühüm sıçrayışlara və tərəqqiyə nail olmasının məntiqi nəticəsi həmin komponentlərə söykənir. Prezident İlham Əliyev ən yeni tarixin ortaya çıxardığı siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi stabilliyin möhkəmlənməsinə baza yaratmaqla, iqtisadi tərəqqi erasının təməlini də qoymuş olub. ölkədə hökm sürən sabitliyin qorunmasının və möhkəmlənməsinin inkişafın əsas indikatoru olduğunu başlıca şərt hesab edən dövlət başçısı bu meyarın qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Respublikamız makroiqtisadi sabitlik, yüksək milli yığımlar, eləcə də, inflyasiya tempi, bazarların səmərəliliyinin artırılması ilə bağlı göstəricilərə görə, bir sıra inkişaf etmiş dövlətləri qabaqlamaqda davam edir. Əsas indikatorlardan biri olan əmək bazarında islahatların aparılmasına görə Azərbaycan hər il öz vəziyyətini daha da yaxşılaşdırır. Yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsi ilə bağlı hökumətin strateji addımlarının məntiqi nəticəsi öz bəhrəsini verməkdədir.
- Hətta dünyanın ən böyük və güclü iqtisadiyyata sahib olan dövlətlərinə ciddi ziyan vuran və iqtisadiyyatlarında dərin fəsadlar yaradan beynəlxalq maliyyə böhranı Azərbaycana elə də ciddi təsir göstərmədi...
- Mən bunu birbaşa Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin səmərəliliyi ilə əlaqələndirərdim. Məhz bu gün həyata keçirilən iqtisadi kurs Azərbaycanın iqtisadiyyatını mənfi presedentlərdən qoruyur. Bu gün dünyanın qabaqcıl analitik mərkəzləri Azərbaycandakı uğurların səbəblərini araşdırırlar. Doğrudan da, çox böyük hadisədir, qlobal iqtisadi böhran bütün dünya dövlətlərinin iqtisadiyyatını ciddi şəkildə zəiflətdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub saxladı. Xüsusən, böhranın ən çox özünü göstərdiyi bu ilin birinci yarısında Azərbaycanda ümumi daxili məhsul 3,6 faiz artıb. İqtisadiyyatın bütün sahələrində yüksək dinamika qeydə alınıb, sosial məsələlərin həlli uğurla davam etdirilib, inflyasiya çox aşağı səviyyədə saxlanılıb. Bilirsiniz ki, bu ilin birinci yarısında ölkəmizdə inflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 19 faiz, orta əməkhaqqı 15 faiz artıb. Eyni zamanda, mən onu da qeyd etmək istəyirəm ki, cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycanın əldə etdiyi nailiyyətlərin kökündə həm də ölkədəki siyasi sabitlik, vətəndaşlarla hakimiyyət arasındakı sarsılmaz birlik də həlledici rol oynayır.
Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət dövlətimizi yalnız inkişafa aparır, Azərbaycanı gələcəkdə daha böyük uğurlar gözləyir.
- Təbii ki, bu uğurlar həm də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müvəffəqiyyətlə icra olunmasının nəticəsidir. ümumiyyətlə, sizcə, bu Dövlət Proqramı ölkəmizə daha hansı dividentləri qazandırıb?
- Dövlət Proqramının uğurlarından bəhs edərkən ilk olaraq, bir neçə göstəriciyə diqqət yetirmək lazımdır. Belə ki, bu Proqramın icra olunduğu 5 ildə ölkəmizdə 760 mindən artıq yeni iş yeri yaradılıb. Bunun da əksəriyyəti məhz regionlarda yerləşir. Bu qədər iş yerinin yaradılması regionlarda yaşayan vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına, yoxsulluğun aradan qaldırılmasına xidmət edib. Proqramın icrası nəticəsində respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, onların güzəranının xeyli yaxşılaşdırılması təmin olunub. Regionlarda infrastrukturun, o cümlədən, elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə infrastrukturu, sosial infrastruktur əhəmiyyətli dərəcədə inkişaf etdirilib. Rayonlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi bütün rayonların simasının dəyişməsinə səbəb olub. Beləliklə də, Dövlət Proqramının uğurlu icrası nəticəsində regionların sosial-iqtisadi inkişafı yeni mərhələyə qədəm qoyub.
- Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü kimi bu sahənin inkişafı ilə bağlı görülən tədbirlər haqqında nə deyə bilərsiniz?
- Bildiyimiz kimi, aqrar sahənin inkişafı Azərbaycan dövlətinin əsas prioritetlərindən birini təşkil edir. Bu məqsədlə də mütəmadi olaraq müxtəlif effektiv tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq “Aqrolizinq” ASC-nin yaradılmasıdır. Bu gün kənd təsərrüfatı əmtəə istehsalçılarının maddi-texniki resurslara olan tələbatının ödənilməsində bu qurum əhəmiyyətli rol oynamaqdadır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2005-ci il tarixli qərarına uyğun olaraq, Azərbaycan Respublikasının ərazisinə gətirilən və kənd təsərrüfatında istifadə olunan bəzi mallar əlavə dəyər vergisindən azad olunub. Həmçinin, mütəmadi olaraq, kənd təsərrüfatına maliyyə yardımları edilir ki, bu da olduqca mühüm tədbirlərdən birini təşkil edir. Bilirsiniz ki, kənd təsərrüfatı istehsalçılarının yanacaq və motor yağlarından istifadəyə görə sərf etdikləri xərclər dövlət tərəfindən kompensasiya edilir. Artıq kənd təsərrüfatı istehsalçılarına maliyyə yardımlarının göstərilməsi aqrar sahənin dövlət tənzimlənməsinin maliyyə mexanizminin mühüm tərkib elementinə çevrilib. Taxıl istehsalının artırılmasının ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində bilavasitə rolunu nəzərə alaraq, Nazirlər Kabinetinin 16 noyabr 2007-ci il və 13 iyun 2008-ci il tarixli qərarları ilə buğda və çəltik istehsalçılarına dövlət büdcəsi hesabına hər hektar əkin sahəsinə görə 40 manat əlavə ödəniş tətbiq edilir. Eyni zamanda, Nazirlər Kabinetinin 4 mart 2007-ci il və 13 iyun 2008-ci il tarixli qərarlarına müvafiq olaraq buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz, meyvə və üzüm bağlarının məhsullarının sığortalanmasına müqavilə üzrə hesablanmış sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin edilib. Görülən bütün bu və digər işlər isə kənd təsərrüfatının qeyri-neft sektorunda çəkisinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmaqdadır. 2009-cu ilin birinci yarısında kənd təsərrüfatında 2 milyard 500 milyon manata yaxın məhsul istehsal olunub. Bu dövrdə aqrar bölmədə məhsul istehsalında 4 faizə yaxın artım qeydə alınıb. Aqrar bölmədə mövcud inkişaf tendensiyası ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatında mühüm rol oynamaqdadır. Bu sahədəki inkişaf tendensiyası əhalinin ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsində həlledici rola malik olub. Respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsulları hesabına yerli tələbatı ödəməklə yanaşı, xarici dövlətlərə bu növ məhsulların ixracını həyata keçirmək mümkün olub.
- Kənd təsərrüfatının inkişafı yönündə atılan addımlar mülkiyyətçilərin də əkinə marağını gücləndirib...
- Bu, özünü bitkilərin əkin strukturunda göstərib. Belə ki, son 5 ildə bitkilərin əkininin strukturunda mühüm dəyişikliklər baş verib. Bu, daha çox dənli-paxlalı bitkilərin, xüsusilə də, buğdanın istehsalında müşahidə olunub. Belə ki, dənli bitkilərin əkin sahələrinin ümumi həcmi son illərdə iki dəfəyə yaxın artıb. Əgər 2000-ci ildə bu növ bitkilərin əkin sahəsi ümumi əkinçilikdə 51,7 faiz təşkil edirdisə, hazırda 84 faizə çatmaqdadır. Onu da qeyd edək ki, son illərdə taxıl əkini ilə yanaşı, digər kənd təsərrüfatı məhsullarının da əkin sahələri artıb. 2009-cu ildə 66 min 200 hektar sahədə kartof, 79 min 900 hektar sahədə tərəvəz, 31 min 100 hektar sahədə bostan bitkiləri, 1200 hektar sahədə tütün əkilib. Bu isə həmin məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında ən başlıca amillərdən biri taxıl təminatının həll olunmasıdır. Dünya maliyyə böhranı açıq şəkildə bütün dünya dövlətləri qarşısında bu reallığı ortaya qoymuş oldu ki, hansısa ölkənin zəruri qida resursları ilə təminatda problemlərlə üzləşməsi onun iqtisadi tənəzzülünə səbəb olacaq. Ərzaq məhsulları, xüsusilə də, taxıl ilə özünü etibarlı şəkildə təmin edən ölkələr isə davamlı inkişaf yolu ilə irəliləyəcək. Azərbaycan məhz o ölkələrdəndir ki, böhran şəraitində nəinki kənd təsərrüfatını sabit və dayanıqlı şəkildə qoruyub saxlaya bilib, həm də bu sahəni inkişaf etdirərək ən yüksək həcmdə istehsal göstəriciləri əldə edib. Bu isə davamlı inkişafın başlıca elementlərini təşkil etməkdədir.
- Bir millət vəkili kimi, yəqin ki, seçicilərinizlə tez-tez təmasda olursunuz. Seçildiyiniz bölgədə ümumi vəziyyət necədir? İnsanları hansı məsələlər düşündürür?
- ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan Respublikası Milli Məclisi kifayət qədər operativ, effektiv, səmərəli işləyən qurum kimi xarakterizə olunmalıdır. Parlamentin son bir neçə ildə qəbul etdiyi qərarlar Azərbaycan qanunçuluğunun tarixində inqilab kimi qiymətləndirilə bilər. O cümlədən, ötən ilin sonlarında Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı qəbul etdiyi Qanun, “Təhsil haqqında” Qanun dövlətimizin gələcəyi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Qanunların qəbul olunması zamanı millət vəkillərimizin göstərdiyi iradə, sərf etdiyi əmək qənaətbəxş hesab oluna bilər.
Mən təkcə özümün deyil, ümumilikdə parlamentin üzvlərinin fəaliyyətini iki istiqamətdə səciyyələndirmək istərdim. Birinci qanunvericilik təşəbbüsləridir. Bilirsiniz ki, mən ikinci və üçüncü çağırış Milli Məclisinə deputat seçilmişəm. Bu müddət ərzində ilk olaraq, qanunvericilik bazasının yaradılmasında, Milli Məclisdə qəbul olunmuş qanunların hazırlanmasında yaxından iştirak etmiş, qanunların müzakirələri zamanı müxtəlif təkliflərlə çıxış etmişəm. Həmçinin, Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun rəhbəri kimi müxtəlif görüşlər keçirmiş, qarşılıqlı səfərlərdə iştirak etmişəm. İkinci istiqamət isə şübhəsiz, deputatın vəzifəsi iqtisadi problemləri, üzləşdikləri çətinlikləri aradan qaldırmaq, eyni zamanda, seçildiyi seçki dairəsinin problemlərinin həllində iştirak etmək, bu yöndə effektiv təkliflər irəli sürməkdir. Bu mənada da geridə qalan 4 il ərzində müxtəlif tədbirlərin həyata keçirilməsinə çalışmışam. Millət vəkili seçildiyim Lerik və Lənkəran rayonlarında mütəmadi olaraq seçicilərimlə görüşlər keçirir, onların problemləri haqqında yerindəcə məlumat alıram. Hesab edirəm ki, bu görüşlərin əhəmiyyəti olduqca böyükdür. Bu illər ərzində Lerik və Lənkəran rayonlarında görülmüş işləri, dövlətin bu rayonlar üzrə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirirəm. Vurğulamaq istərdim ki, son bir neçə il ərzində Azərbaycanın hər bir guşəsində olduğu kimi, Lerik və Lənkəranda da çox böyük işlər görülüb, yeni xidmət sahələri yaradılıb, iş yerləri açılıb, böyük zavodlar və müəssisələr istifadəyə verilib, yollar, nəqliyyat, infrastruktur yenilənib, məktəblər, səhiyyə ocaqları təmir olunub, yeniləri tikilib. Bu işlərin bu gün də davam etdirilməsi bu bölgəni təmsil edən bir millət vəkili kimi məni olduqca sevindirir.
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
