Sosial-iqtisadi inkişafa dair yeni Strategiya hazırlanıb
26.09.2026 [12:40]
Böyük Qayıdışa dair II Dövlət Proqramı layihəsi dövlət başçısına təqdim olunub
Sentyabrın 24-də keçirilmiş İqtisadi Şuranın iclasında “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihələri müzakirə olunub. Şuranın sədri, baş nazir Əli Əsədov bildirib ki, hər iki strategiya sənədinin layihəsi üzərində son tamamlama işləri aparılıb və layihələr dövlət başçısına təqdim olunub.
Adıçəkilən dövlət sənədlərində ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlb edilməsinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi üçün uyğun siyasət və islahat istiqamətləri müəyyən edilib.
Strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
Azərbaycanın dayanıqlı iqtisadi inkişaf kursuna diqqət çəkən baş nazir bildirib ki, qlobal risklərə baxmayaraq cari ilin ötən dövründə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub, əsas makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Ümumilikdə, neft-qaz sektoru üzrə hasilatın və artım tempinin azalması şəraitində iqtisadi artım təmin olunub. 2026-cı ilin yanvar-avqust aylarında ÜDM real ifadədə 1,2 faiz artıb, o cümlədən, qeyri neft-qaz ÜDM-nin real artımı 2,1 faiz təşkil edib, əsas kapitala yönəldilmiş investisiyalar 10 faiz çoxalıb, inflyasiya isə 5,7 faizə bərabər olub.
Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dolları təşkil edir. Bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir. Birbaşa xarici dövlət borcumuzun səviyyəsi 1 sentyabr tarixinə 4,5 milyard dollar olmaqla proqnoz ÜDM-in 5,6 faizini təşkil edir. 2026-cı ilin 8 ayında xarici ticarət balansının müsbət saldosu 10 milyard dollarından çox olub.
Hökumətin 2026-cı il üzrə yenilənmiş makroiqtisadi proqnozlarına əsasən, qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı 1-2 faizlik artım tempi nümayiş etdirəcək. Proqnozlara görə, 2026-cı ilin sonunda ÜDM-in real ifadədə artımı 1,7 faiz olmaqla 138 milyard manata çatacağı fərz edilir. Qeyri-neft ÜDM-nin real ifadədə artımı 3,1 faiz olmaqla 100 milyard manata çatacağı gözlənilir. Yəni, ilin əvvəli ilə gözləntidə tikinti və turizm sektoru üzrə nəzərdə tutulandan aşağı artım templərinin fərz olunması ÜDM-in cüzi azalmasına səbəb olacaq. Bunun nəticəsində əvvəlki proqnoza nisbətən qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempi 5 faizdən 3,1 faizə enəcəyi ehtimal olunur. Ancaq bütün bunlara baxmayaraq ölkədə ilin sonunda yaradılacaq əlavə dəyərin 74-75 faizi qeyr-neft mənbələrinin üzərində cəmləşəcək. Bu, qeyri-neft sektorunun yenə də iqtisadi-fiskal bölmələrinin əsas drayveri olacağını yəqinləşdirir.
2030-cu ildə qeyri-neft ÜDM-nin 138,6 milyard manata çatacağı gözlənilir
Beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı nəzərə alınmaqla növbəti ildə orta illik inflyasiyanın 5,3 faizə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır. Yeni ssenariyə əsasən, 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat təşkil edəcəyi gözlənilir. Büdcə gəlirlərinin 43,4 faizi və ya 17 milyard 85 milyon manatı neft-qaz sektorunun, 56,6 faizi və ya 22 milyard 280 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. İlin əvvəlində təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərdə 650 milyon manat və 4 faiz, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106 milyon manat və ya 0,5 faiz artım gözlənilir.
Əli Əsədov qeyd edib ki, qarşıdakı 4 ilin sosial-iqtisadi inkişaf strategiyasına əsasən, qeyri-neft-qaz sektorunun orta illik artım tempinin 5,1 faiz olacağı gözlənilir. 2027-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 78,7 faizə, neft-qaz sektorunun payının isə 21,3 faizə bərabər olacağı proqnozlaşdırılır. Dəyər ifadəsi ilə qeyri-neft ÜDM-nin gələn il 109,1 milyard manata, 2028-ci ildə 118,3 milyard manata, 2029-cu ildə 128,1 milyard manata, 2030-cu ildə isə 138,6 milyard manata çatacağı fərz edilir. 2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının 82 faizə çatacağı gözlənilir.
Azad ərazilərdə quruculuğun yeni mərhələsi
Azad edilmiş ərazilərdə hazırda icra edilən Birinci Dövlət Proqramı çərçivəsində təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması, ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası, ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi istiqamətində işlər yekunlaşmaqdadır.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb.
2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 280 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Proqram çərçivəsində 34500 mənzil və fərdi yaşayış evi inşa ediləcək, 197 məktəbəqədər və ümumi təhsil müəssisəsi, 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsi tikilərək istifadəyə veriləcək. İlin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 26 avtomobil yolu layihəsi başa çatdırılacaq. Ərazilərdəki yaşayış məntəqələrində “ASAN Xidmət” və “DOST” mərkəzləri yaradılacaq, 49 Ailə Sağlamlıq Mərkəzi və 39 tibb məntəqəsi tikiləcək.
2026-cı ilin sonuna qədər “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min insanın Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Bütövlükdə “Böyük Qayıdış” proqramının birinci mərhələsində bütün azad olunmuş şəhərlər də daxil olmaqla, 100 yaşayış məntəqəsinin yenidən qurulması və məskunlaşdırılması nəzərdə tutulur.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” isə yeni hədəfləri nəzərdə tutur. Strategiyaya əsasən, bu ərazilərdə infrastruktur və kommunikasiyaların daha da genişləndirilməsi, yeni inşa ediləcək yaşayış sahələrinə davamlı köçürülmənin təmin edilməsi, insanların mülkiyyət hüququnun tanınması nəzərdə tutulub. Bu kurs üzrə “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu” yaradılacaq. Bölgədə dayanıqlı məşğulluq, iş yerlərinin yaradılması, ailə təsərrüfatları və biznes layihələrinin miqyasının artırılması və digər çoxistiqamətli tədbirlər nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36

