Azərbaycanın qeyri-neft sektorunda yeni mərhələ
25.09.2026 [15:12]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə ölkənin qeyri-neft sektorunun inkişafında mühüm istiqamətlərdən birinin qarşıdakı dövr üçün prioritetlərini müəyyənləşdirib. Sentyabrın 22-də keçirilən müşavirədə dövlət başçısı dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatı üçün perspektivli sahə olduğunu vurğulayaraq, bu istiqamətdə sistemli və uzunmüddətli inkişafın vacibliyinə diqqət çəkib.
Dövlət Proqramının əsas məqsədlərindən biri Azərbaycanın zəngin mineral resurslarından daha səmərəli istifadə etməklə xammalın hasilatından emalına və yüksək əlavə dəyər yaradan məhsulların istehsalına qədər bütöv dəyər zəncirinin formalaşdırılmasıdırCənab Prezidentin çıxışında qeyd olunduğu kimi, bu sahənin inkişafı yalnız sənaye istehsalının artırılması ilə məhdudlaşmır. Proqramın icrası eyni zamanda qeyri-neft sektorunun gücləndirilməsinə, ixrac imkanlarının genişləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına və yeni iş yerlərinin yaradılmasına xidmət edəcək.
Proqram üzrə 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiyanın yönəldilməsi nəzərdə tutulur. Bu vəsaitin dövlət büdcəsi, dövlət müəssisələri və özəl sektor hesabına formalaşdırılması planlaşdırılır. Sənəddə əsas hədəflərdən biri də sektorun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılmasıdır.
Bu layihələrin reallaşdırılması Azərbaycanın ixrac strukturunda qeyri-neft sənayesinin payının artırılması baxımından da əhəmiyyətlidir. Hazırda ölkənin iqtisadi inkişaf siyasətində əsas istiqamətlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin genişləndirilməsidir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı bu baxımdan yeni sənaye zəncirlərinin yaradılmasına imkan verə bilər.
Möhtərəm Prezident çıxışında regionların inkişafı məsələsinə də xüsusi diqqət yetirilib. Dağ-mədən layihələrinin böyük hissəsinin regionlarda həyata keçirilməsi həmin ərazilərdə iqtisadi fəallığın artmasına, məşğulluğun genişlənməsinə və müasir infrastrukturun inkişafına əlavə imkanlar yaradır. Eyni zamanda, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması yerli podratçı və təchizatçı şirkətlərin inkişafına, logistika və yükdaşıma xidmətlərinə tələbatın artmasına şərait yaradacaq.
Proqramın digər mühüm istiqaməti insan kapitalının inkişafıdır. Sənayedə yeni müəssisələrin və istehsal güclərinin yaradılması peşəkar və ixtisaslı kadrlara olan tələbatı artıracaq. Bu isə texniki bilik və bacarıqların inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqi və elmi potensialın istehsal proseslərinə daha fəal cəlb olunması üçün yeni imkanlar formalaşdırır.
Beləliklə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin yeni mərhələyə keçirilməsini nəzərdə tutur. Proqramın əsas xəttini mineral ehtiyatlardan səmərəli istifadə, yeni istehsal güclərinin yaradılması, emal imkanlarının genişləndirilməsi, ixrac potensialının artırılması və regionların iqtisadi inkişafına töhfə təşkil edir. Qarşıdakı illərdə bu istiqamətdə həyata keçiriləcək layihələr Azərbaycanın sənaye potensialının genişləndirilməsinə və qeyri-neft iqtisadiyyatının daha da gücləndirilməsinə yönəlmiş mühüm addımlar kimi qiymətləndirilir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Mədəniyyət
16 Oktyabr 10:04

