Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tarixi Zəfərin qəhrəmanları daim qəlbimizdədir

Tarixi Zəfərin qəhrəmanları daim qəlbimizdədir

25.09.2026 [15:07]

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm dərin hüzn, həm də böyük qürur hissi ilə yaşayan əlamətdar tarixdir. Bu gün Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunur. Azərbaycan xalqı uzun illər ərzində torpaqlarının işğalı ilə barışmayaraq doğma yurdların azadlığına olan inamını qoruyub saxladı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə bu inamın gerçəyə çevrildiyi tarixi mərhələnin başlanğıcı oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq nümayiş etdirərək işğal altındakı torpaqlarımızı azad etdi. Dövlət başçısının qətiyyətli siyasi iradəsi, ordunun yüksək döyüş hazırlığı və xalqımızın sarsılmaz həmrəyliyi tarixi Zəfərin əsasını təşkil edən mühüm amillər sırasında oldu. Şuşanın azad edilməsi ilə Vətən müharibəsinin taleyi müəyyənləşdi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyuldu. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünün bərpasına nail oldu.

Bu böyük Qələbənin əldə edilməsində şəhidlərimizin qəhrəmanlığı xüsusi yer tutur. Onlar Vətən qarşısında ən müqəddəs borclarını canları bahasına yerinə yetirərək tariximizin qəhrəmanlıq salnaməsinə öz adlarını yazdılar. Məhz buna görə 27 Sentyabr – Anım Gününün təsis edilməsi şəhidlərimizin xatirəsinə göstərilən dövlət və xalq ehtiramının mühüm ifadəsidir. Hər il bu tarixdə onların xatirəsinin yad edilməsi, ailələrinə göstərilən diqqət və qayğı onların fədakarlığının daim yaşadılmasının göstəricisidir.

Vətən müharibəsindən sonra Zəfər parkının və Zəfər Muzeyinin yaradılması da xalqımızın tarixi yaddaşının qorunmasına xidmət edir. Bu məkanlar 44 günlük müharibənin şərəfli salnaməsini, Azərbaycan əsgərinin qəhrəmanlığını və şəhidlərimizin müqəddəs xatirəsini gələcək nəsillərə çatdıran mühüm ünvanlardır. 2021-ci ildə Anım Günündə Bakıda keçirilən yürüş və həmin gün Zəfər Muzeyinin təməlinin qoyulması da bu ehtiramın əyani ifadələrindən biri olmuşdur.

27 Sentyabr hər bir azərbaycanlı üçün şəhidlərimizin qarşısında ehtiramla baş əydiyimiz, onların Vətən naminə göstərdikləri fədakarlığı xatırladığımız gündür. Bu tarix bizə bir daha göstərir ki, milli birlik, dövlətçilik əzmi və Vətən sevgisi ən ağır sınaqların belə dəf edilməsinə imkan verir. Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri isə şəhidlərimizin uğrunda can verdiyi torpaqlarda yeni həyatın qurulduğunu nümayiş etdirir. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30