Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağstafada “27 sentyabr - Anım Günü” münasibətilə dəyirmi masa keçirilib

Ağstafada “27 sentyabr - Anım Günü” münasibətilə dəyirmi masa keçirilib

25.09.2026 [15:23]

25 sentyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Ağstafa GEM”, “Ağstafaçay HQİİ”, “Ağstafa şəhər Təhsil işçiləri”, “Yol İstismarı idarəsi”, “Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi” və “Dəmiryolları” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “27 sentyabr - Anım Günü” münasibətilə dəyirmi masa keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisinin təcəssümü kimi əbədi yaşayır. Bu gün Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla anıldığı gündür.

Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa şəhər 1 №-li tam orta ümumtəhsil məktəbin müəllimi Arif Muradov, “Ağstafa GEM” Ərazi Partiya Təşkilatının fəal üzvü Mehriban Nəbiyeva, Vətən müharibəsi iştirakçısı Uday Mustafazadə və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli geniş çıxış edərək bildiriblər ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi və dövlətimizin qətiyyəti sayəsində tarixi Zəfərlə nəticələndi. Qəhrəman oğul və qızlarımız müqəddəs torpaqlarımızın azadlığı naminə misilsiz igidlik göstərərək adlarını xalqımızın şanlı tarixinin qızıl səhifələrinə yazdılar. Bu gün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirir və onların Vətən qarşısındakı xidmətlərini minnətdarlıqla xatırlayırıq. Şəhidlərimizin qanı ilə yazılan Zəfər tariximiz gələcək nəsillər üçün vətənpərvərlik və milli birlik nümunəsi olaraq qalacaqdır.

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30