Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

24.09.2026 [23:32]

Qazaxıstanda Aktau qarnizonunda təlim zamanı hərbçilərin ölümü ilə bağlı cinayət işi açılıb və təhqiqat aparılır.

AZƏRTAC Qazaxıstan Baş Prokurorluğuna istinadla xəbər verir ki, fakt üzrə istintaq qrupu yaradılıb. Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri və Prokurorluq əməkdaşları hadisə yerindədirlər.

Hadisənin bütün hallarını hərtərəfli, tam və obyektiv şəkildə müəyyən etmək üçün bir sıra istintaq hərəkətləri aparılır. Lazımi məhkəmə-tibbi ekspertizaları təyin edilib.

İstintaqın gedişatı xüsusi nəzarət altındadır.

Qazaxıstan Müdafiə Nazirliyi sentyabrın 24-də Xəzər dənizi sahilindəki Manqistau bölgəsində keçirilən hərbi dəniz təlimi zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən dəniz dalğalarının 19 hərbçini apardığını bildirmişdi.

Nazirliyin məlumatına görə, doqquz hərbçi həlak olub, üçü xilas edilib, o cümlədən biri xəstəxanaya yerləşdirilib. Qalan şəxsi heyətin axtarışı davam edir.

Paylaş:
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30