Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əkrəm Əylisli öz xalqına xəyanət edib və Azərbaycanın “Xalq yazıçısı” fəxri adını daşımaq haqqına malik deyil

Əkrəm Əylisli öz xalqına xəyanət edib və Azərbaycanın “Xalq yazıçısı” fəxri adını daşımaq haqqına malik deyil

08.02.2013 [01:22]

Pərviz Sadayoğlu

Ziyalılar və ictimaiyyət nümayəndələri Prezident İlham Əliyevin Ə.Əylislinin “Xalq yazıçısı” adından məhrum edilməsi ilə bağlı Sərəncamını alqışlayırlar
Bildiyimiz kimi, yazıçı Əkrəm Əylislinin “Drujba narodov” jurnalında dərc olunan “Daş yuxular” romanı Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılandı. Dünən ölkə Prezidenti İlham Əliyev Əkrəm Əylislinin “Xalq yazıçısı” titulundan məhrum edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif edib. Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adını ləkələmiş bir şəxs kimi Əkrəm Əylislinin bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınıb. Bundan başqa, ölkə Prezidentinin digər Sərəncamı ilə Əkrəm Əylisli Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən də məhrum edilib.
Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan ictimaiyyətinin əksər hissəsi kimi bu romanla tanış olub və onun da məsələyə münasibəti birmənalıdır. Millət vəkili qeyd edib ki, Əkrəm Əylisli yazdığı bu romanla Azərbaycan xalqına qarşı mövqe tutub, tarixi faktlar saxtalaşdırılıb: “Damarında azərbaycanlı qanı axan, Azərbaycan vətəndaşı olan kimsə belə bir addım atmazdı. Yazdığı yalanlar, əslində, elə Əkrəm Əylislinin uydurduğu “yuxularıdır”. Bütün hər şey ortadadır. Onun yazdığı hər bir sətir Azərbaycan xalqına, türk millətinə, İslam dininə həqarətdir. Təbii ki, belə bir insan Azərbaycanın “Xalq yazıçısı” kimi bir titulu daşımağa layiq deyil. Azərbaycan torpaqlarının işğal altında olduğu, vətəndaşlarımızın elindən-evindən didərgin salındığı bir zamanda işğalçı erməniləri dəstəkləyən birisi Azərbaycanın “Xalq yazıçısı” ola bilməz. Bu baxımdan, möhtərəm Prezidentimizin belə bir Sərəncam imzalaması çox yerində verilmiş bir qərardır. Möhtərəm Prezidentimiz xalqın fikrini ifadə edib”.
Millət vəkili, professor Musa Qasımlı ölkə Prezidentinin imzaladığı sərəncamları yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu sərancamlar möhtərəm Prezidentimizin haqqın, ədalətin qoruyucusu olduğunu və Azərbaycan xalqının maraqlarının keşiyində dayandığını növbəti dəfə təsdiq etdi: “Azərbaycan xalqının iradəsinə zidd getmək olmaz. Tarixi saxtalaşdırmaq yolverilməzdir. Hesab edirəm ki, cənab Prezidentimizin bu Sərəncamı böyük əhəmiyyət daşıyır. Bu, təkcə Əkrəm Əylisliyə deyil, bundan sonra da Azərbaycan xalqının iradəsinə zidd getmək istəyənlərə, milli maraqlarımızı satmağa hazır olanlara bir görkdür. Xalqın çörəyini yeyərək, bu torpağın suyunu içərək, havasını udaraq xalqa xəyanət etmək olmaz. Bu baxımdan, mən cənab Prezidentimizin Sərəncamını ürəkdən bəyənirəm və dəstəkləyirəm”.
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əkrəm Əylislinin “Xalq yazıçısı” adından və Prezident təqaüdündən məhrum edilməsi haqqında imzaladığı sərəncamları alqışlayır. O, vurğulayıb ki, əslində, Əkrəm Əylisli Azərbaycanın əleyhinə böhtan, yalan və təhqir dolu “Daş yuxular” romanını yazmaqla özü-özünün “sərəncam”ını əvvəlcədən vermişdi: “Belə nankor və xəyanətkar şəxs təbii olaraq xalqın nifrətinə və qəzəbinə layiq olduğundan “Xalq yazıçısı” fəxri adını daşıya bilməzdi. Millət bu adı ona halal etməzdi və necə ki, etmədi. Qoy bu, başqalarına da bir dərs olsun”.
Millət vəkili Jalə Əliyeva bildirib ki, Əkrəm Əylislinin romanı ortaya çıxdıqdan bu yana xalqımızın bütün təbəqələri öz etirazlarını bildiriblər, bu məsələdən narahatlıqlarını ifadə ediblər: “Bu romanda Azərbaycan xalqına ləkə vurulub. Əkrəm Əylisli belə bir yazını qələmə almaqla Azərbaycan xalqına tarix qarşısında böyük bir ləkə vurmuş oldu, orada əks olunan yalanlar tarixin saxtalaşdırılmasıdır. Bu, xalqımıza qarşı arxadan vurulmuş bir zərbəyə bənzəyir. Əkrəm Əylisli Azərbaycanın “Xalq yazıçısı” titulunu daşıyırdı və əgər o, bu xalqı ləkələyirsə, bu adı daşımağa haqqı yoxdur. Çünki o xalqımızı dünyaya təhrif olunmuş şəkildə tanıtmağa cəhd göstərib. Təbii ki, möhtərəm Prezidentimizin bu qərarı düzgündür, xalqımızın mənafeyinin qorunmasına xidmət göstərir”.
Tanınmış yazıçı-publisist, AYB-nin katibi Rəşad Məcid bir neçə gün öncə Ə.Əylislinin adıçəkilən romanını oxuduğunu bildirib və böyük heyrət içində olduğunu deyib: “Bu gün də onun səbəblərini düşünürəm ki, nə üçün insan ömrünün bu yaşında bu cür addım atıb, belə bir roman yazıb. Onun hansı mövqedə olduğunu, onun dünya görüşünü, ruhi təfərrüatlarını fikirləşib cavab tapa bilmirəm. Yazıçılar Birliyi də bu barədə bəyanat verərək öz mövqeyini bldirib. Bu məsələdə münasibətimiz birmənalıdır. Ümumiyyətlə, bu romanın müdafiə üçün heç bir yeri yoxdur. Bizlərdə belə bir məsəl var ki, Allah insanı cəzalandıranda birinci ağlını əlindən alır. Əkrəm Əylisli hansı ağılla bu addımı atıb, xalqa, millətə arxadan zərbə vurub, bilmirəm. O baxımdan insanların da bu məsələdən narahat olması və emosionallıq nümayiş etdirməsi təbiidir və başa düşülməlidir. Möhtərəm Prezidentimizin bu Sərəncamı da xalqın iradəsinə zidd mövqe tutanlara ən gözəl cavabdır”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış publisist Elçin Mirzəbəyli Prezident İlham Əliyevin imzaladığı hər iki Sərəncamın tamamilə doğru və zamanında atılmış addım olduğunu söyləyib. Onun sözlərinə görə, Əkrəm Əylisli nə fəxri ada, nə də təqaüdə layiq deyil: “Bu fəxri ad Azərbaycan dövlətinin verdiyi fəxri ad idi. Əgər bir adam ki, öz xalqına, öz millətinə, öz dövlətinə qarşı çıxırsa, haqlı olan millətini haqsız çıxarmağa cəhd göstərirsə, Azərbaycan torpaqlarını işğal edən işğalçını dəstəkləyirsə və ermənilərin maraqlarına xidmət edən addımlar atırsa, təbii ki, ona xalq tərəfindən və dövlət tərəfindən belə bir münasibət bəslənilməlidir. Hesab edirəm ki, bunlar, Əkrəm Əylisli üçün kifayət qədər yüngül cəzadır. Azərbaycan Prezidentinin ölkə ictimaiyyətinin çağırışlarına diqqətlə yanaşması böyük önəm daşıyır və hesab edirəm ki, tamamilə doğru atılmış addımdır”.
E.Mirzəbəyli bildirib ki, dünya tarixində fərqli motivlərlə öz xalqına qarşı çıxan ayrı-ayrı adamlar olub. Onlar xalq tərəfindən öz cəzalarını alıblar. Amma özünü ziyalı sayan birisinin, yazıçının öz xalqına qarşı çıxış etməsi bəşər tarixində görünməmiş bir hadisədir: “Bu adam hər şeyi-bütün tarixi faktları, həqiqəti təhrif edib və sanki illərlə ermənilərin apardığı yalan təbliğatın təsiri altında bir roman yazıb. Hətta roman bədii cəhətdən də uğurlu deyil. Əkrəm Əylislini tarix bağışlamayacaq, gələcək nəsillərimiz isə onu indiki nəsildən daha çox lənətləyəcək”.

Paylaş:
Baxılıb: 1402 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

Sosial

İqtisadiyyat

MEDİA

Sosial

Aclıqla savaşmaq...

16 Oktyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31