Tarix qalibləri yadda saxlayır!
16.10.2025 [11:15]
Əsrlərlə danışılacaq 44 günlük mübarizə...
2020-ci ilin payızında Azərbaycan xalqı tarixi bir mübarizənin şahidi oldu. 27 sentyabrda başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi yalnız torpaqlarımızın azadlığı ilə nəticələnmədi, bu, həm də milli birliyin, xalq iradəsinin, haqqın və ədalətin parlaq təntənəsi idi. Azərbaycan tarix boyu öz suverenliyi uğrunda apardığı savaşda qələbə qazandı. Bu qələbə yalnız silah gücü ilə yox, xalqın ruhu, şəhidlərin qanı və Prezident İlham Əliyevin siyasi iradəsi ilə qazanıldı.
30 illik ədalətsizliyə son
Ermənistanın 1990-cı illərin əvvəlində işğal etdiyi Qarabağ və ətraf rayonlar 30 il boyunca beynəlxalq hüququn, BMT qətnamələrinin pozulması fonunda tapdalanmışdı. Lakin 2020-ci ildə bu ədalətsizliyə son qoyuldu. Azərbaycan Ordusu mərdliklə, planlı şəkildə bir-bir torpaqları azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, və nəhayət, Qarabağın tacı olan Şuşa - hər biri qəhrəman əsgərlərimizin qanı, canı bahasına geri alındı.
Şuşanın azad edilməsi təkcə strateji yox, həm də mənəvi zirvə idi. 8 noyabr 2020-ci il tarixi artıq hər bir azərbaycanlının yaddaşında bir zəfər simvoludur.
Ermənistanın müharibə cinayətləri
Müharibə özlüyündə fəlakətdir. Amma haqq savaşında belə bir düşmənin necə qeyri-insani üsullara əl atdığını dünya gördü. Ermənistan ordusu cəbhə bölgəsindən uzaqda yerləşən, mülki əhalinin yaşadığı şəhərləri - Gəncə, Bərdə, Tərtər kimi bölgələri ballistik raketlərlə atəşə tutdu. Bu hücumlar nəticəsində onlarla günahsız uşaq, qadın, qoca həyatını itirdi. Tərtər praktiki olaraq hər gün atəş altında idi. Bərdəyə raket zərbəsi isə xüsusi qəddarlıq nümunəsi idi, o zaman klaster bombalardan istifadə edilmişdi. Bu, beynəlxalq hüquqa zidd, birmənalı şəkildə hərbi cinayətdir.
Ermənistan həm də işğal dövründə törətdiyi vandallıqla mədəni irsimizə qarşı vəhşiliklə özünü ifşa etdi. Azad edilən torpaqlarda dağıdılmış məscidlər, talan edilmiş muzeylər, yerlə-yeksan edilmiş kəndlər aşkarlandı. Bu, sadəcə müharibə nəticəsi deyildi, planlı şəkildə həyata keçirilmiş soyqırımı idi.
İkili standartlara qarşı haqqın səsi
Azərbaycan 44 gün ərzində həm hərbi, həm siyasi, həm də informasiya cəbhəsində misilsiz uğurlar qazandı. Prezident İlham Əliyevin apardığı diplomatik mübarizə nəticəsində dünya ictimaiyyəti ilk dəfə reallıqları açıq şəkildə görməyə başladı. Artıq torpaqları işğal olunmuş ölkə yox, qalib dövlətik. Bu statusu bizə heç kim bağışlamadı, biz onu haqqımızla, qurbanlarımızla qazandıq.
Ölkə başçısı müharibə zamanı dünyanın aparıcı media orqanlarına verdiyi müsahibələrdə bu cinayətləri birbaşa faktlarla ifşa etdi. Xarici jurnalistlər Gəncəyə, Bərdəyə, Tərtərə gətirildi. Onlar hadisə yerindən canlı görüntülərlə dünyaya reallıqları çatdırdılar. Bu, informasiya müharibəsinin mühüm bir cəbhəsi idi və Azərbaycan bu müharibədə də qalib gəldi.
Ancaq təəssüf ki, beynəlxalq ictimaiyyətin bəzi dairələri bu cinayətlərə ya laqeyd yanaşdı, ya da bərabərlik prinsipi adı altında həm qurbanı, həm cinayətkarı eyni tərəzidə tutmağa çalışdılar. Amma biz susa bilməzdik. Hər bir şəhidimizin, mülki vətəndaşımızın qanı haqq səsimizə çevrildi. İkili standartlara qarşı tək dayandıq, amma susmadıq. Azərbaycan öz səsini dünyaya çatdırmağı bacardı.
Həqiqəti susdurmaq olmaz...
Bu gün qarşımızda dayanan məsələ təkcə Qarabağın yenidən qurulması deyil, eyni zamanda ədalətin bərpasıdır. Ermənistanın törətdiyi müharibə cinayətləri unudulmamalı, unudulmasına imkan verilməməlidir. Bu, yalnız hüquqi məsələ deyil, həm də əxlaqi məsələdir. Azərbaycan bu həqiqətləri təkcə öz müdafiəsi üçün deyil, həm də dünya ədalət sistemi adına söyləyir.
Ermənistanın müharibə cinayətləri təkcə 44 günlə məhdudlaşmır, bu, illərlə davam edən işğal idi. Azərbaycan həmin cinayətləri sənədləşdirməklə, ifşa etməklə və beynəlxalq tribunallara daşımaqla həm öz haqqını müdafiə edir, həm də tarix qarşısında borcunu yerinə yetirir. Çünki həqiqəti susdurmaq olmaz...
Yeganə
Xəbər lenti
Hamısına baxGündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30

