Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Erməni siyasətçinin məğlubiyyət etirafı

Erməni siyasətçinin məğlubiyyət etirafı

14.01.2014 [08:52]

Nurlan Qələndərli

Armen Navasardyan: Azərbaycanla informasiya-təbliğat müharibəsində biz həmişə çətinlik çəkirik. Bütün dünyada biz işğalçının nümayəndələri kimi qəbul edilirik
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin xarici siyasət strategiyasının başlıca prioritetlərindəndir. Ölkəmiz bu istiqamətdə özünün bütün diplomatik resurslarından səmərəli istifadə etməkdədir. Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyi bir dönəmdə Azərbaycan informasiya müharibəsində əhəmiyyətli işlər görməkdədir ki, bu da öz uğurlu nəticələrini verir. Daha dəqiq desək, həm Ermənistanın işğalçı siyasətini ifşa edən, həm də ölkəmizə dair gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə görülən tədbirlər dünya erməniliyinin “qara piar” kampaniyasının neytrallaşdırılmasında xüsusi əhəmiyyət daşıyır.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində görülən işlərin səmərəli nəticəsi olaraq Meksika, Pakistan və Kolumbiyadan sonra 2013-cü ilin fevralında Çexiyanın və Bosniya və Herseqovinanın parlamentlərində də Xocalı soyqırımı rəsmən tanınıb. Ötən il həm də Xocalı faciəsini soyqırımı və ya qətliam kimi tanıyan ABŞ ştatlarının sırasına Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virciniya və Konnektikutun da daxil olması sayəsində onların sayı 13-ə çatıb.
Yeri gəlmişkən, Ermənistanın informasiya müharibəsində ölkəmizə məğlub olması işğalçı ölkənin nümayəndələri tərəfindən də etiraf edilir. Belə ki, bu kontekstdə son olaraq Ermənistanın xarici işlər nazirinin sabiq müavini, hazırda Rusiya-Ermənistan (Slavyan) Universitetinin kafedra müdirinin müavini Armen Navasardyan “1 in.am” informasiya portalına açıqlamasında ölkəsinin informasiya savaşında acınacaqlı durumda olduğunu bildirib: “Azərbaycanla informasiya-təbliğat müharibəsində biz həmişə çətinlik çəkirik. Bütün dünyada biz işğalçının nümayəndələri kimi qəbul edilirik”.
Sabiq nazir müavini Ermənistanın informasiya savaşında ciddi tənəzzülünü ölkəmizin məqsədyönlü siyasətinin nəticəsi kimi dəyərləndirib: “Bizə qarşı məqsədyönlü informasiya savaşı aparılır. Və bütün bunlara adekvat cavab verə bilmirik”.
Qeyd etmək lazımdır ki, informasiya müharibəsində düçar olunan uğursuzluq erməni lobbisi ilə Ermənistan hakimiyyəti arasındakı ziddiyyətləri daha da artırıb. Belə ki, Ermənistan hakimiyyətinin xaricdəki başlıca dayaq nöqtəsi olan erməni lobbisi də hazırki hakimiyyəti ciddi tənqid obyektinə çevirib. Fransa, Livan və ABŞ-da erməni lobbisi, demək olar ki, davamlı olaraq Serj Sarkisyan hakimiyyətinin əleyhinə tənqidi materiallar yayır, üstəlik, erməni lobbisinin nəzarəti altında fəaliyyət göstərən əksər mətbu orqanlar da saylarında Ermənistan hakimiyyətini tənəzzül mənbəyi adlandırırlar. Digər tərəfdən, erməni diasporu artıq əvvəlki kimi mövcud hakimiyyətin beynəlxalq aləmdəki təbliğat maşını funksiyasını yerinə yetirmir. Eyni zamanda, diaspor Sarkisyan hakimiyyətinə etdiyi maliyyə yardımlarını da tamamilə dayandırmaq haqqında məlumatlar yayır. Bundan savayı, erməni diasporu mövcud Ermənistan hakimiyyətinə qarşı açıq-aşkar siyasi və iqtisadi təzyiqlər də etməyə başlayıb. Bu isə “hakimiyyət-diaspor tandemi”nin tam mənada fiaskoya uğradığına dəlalət edir.
Beləliklə, bir neçə il bundan əvvəlki münasibətlərdən fərqli olaraq, artıq nə Ermənistan hakimiyyəti erməni diasporunun iqtisadi-siyasi dəstəyinə arxalanır, nə də ki, erməni diasporu mövcud hakimiyyəti ciddi şəkildə müdafiə edir. Erməni diasporunun qənaətincə, Serj Sarkisyan hakimiyyətinin tutduğu mövqe və sərgilədiyi fəaliyyət ermənilərin milli maraqlarına zərbə endirməklə yanaşı, ölkəni uçuruma doğru sürükləməkdədir. Erməni diasporunun yekun mövqeyi ondan ibarətdir ki, əgər Sarkisyan hakimiyyəti məhz bu cür “xəyanətkar” mövqeyini davam etdirəcəksə, bu zaman ölkədə hökm sürən iqtisadi-siyasi böhran daha da şiddətlənəcək. Yeri gəlmişkən, Ermənistanın “Tert.am” saytı erməni lobbisinin Sarkisyan hakimiyyəti barədəki mövqeyini ictimaiyyətə çatdıran informasiya yayıb. “Sarkisyan hakimiyyətinin atdığı addımlar Ermənistan dövləti və xalqının əleyhinə yönəlib. Bizim mövqeyimiz və tələbimiz ondan ibarətdir ki, bu hakimiyyət məhz bu cür dağıdıcı siyasətindən əl çəksin. Əks halda ölkəni çox böyük fəlakətlər gözləyir”.
Göründüyü kimi, Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan bütün layihələrdən təcrid olunduğu - blokada vəziyyətində olduğu kimi informasiya müharibəsində də ölkəmizə qarşı duruş gətirə bilmir...

Paylaş:
Baxılıb: 1345 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30