Dünyanın beyin mərkəzləri Azərbaycanda!
26.04.2024 [10:45]
30 ölkədən olan nümayəndə forumda iştirak edib
Ölkəmiz malik olduğu imkanları beynəlxalq aləmdə tanıtmaq üçün davamlı olaraq müxtəlif formatlarda mühüm tədbirlər, konfranslar, forumlar, sərgilər təşkil edilir. Məlumdur ki, hər bir beynəlxalq tədbirin əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan da xüsusi diqqət çəkir. Bu da Azərbaycanın istənilən məsələyə beynəlxalq baxışını və həmin məsələnin həllinə verə biləcəyi töhfəni ortaya qoymaq imkanı yaradır. Bütün bunlar ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Təbii ki, bu uğura əsas verən amil ölkələr arasında əlaqələrin inkişafında mühüm faktor olan etimad mühitinin qorunması və inkişafıdır.
Aprelin 23-də ADA Universitetinin 6-cı Siyasət Forumunun təşkil etdiyi “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum da bu qəbildən olan tədbirlərdəndir. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı təcrübələrini bölüşüblər. Həmin ekspertlər aprelin 23-də beynəlxalq forumda iştirak edərək Prezident İlham Əliyevə suallar ünvanlayıblar. Forum aprelin 24-də Laçın rayonunda davam edib. Forumda 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edib.
Azad olunan ərazilərin gələcək inkişaf strategiyası
Laçında baş tutan panel müzakirələrdə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusuna xüsusi diqqət yetirilib. Bundan başqa, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühüm addımlar müzakirə edilib. Artıq Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan ərazilərin gələcək inkişaf strategiyasında “yaşıl enerji”nin mühüm rol oynayacağı öz əksini tapıb. Digər tərəfdən Azərbaycan qlobal iqlim dəyişikliyinə, həmçinin qlobal enerji təhlükəsizliyinin dayanıqlılığının daha etibarlı şəkildə təmin edilməsi baxımdan alternativ və bərpa olunan enerji sahəsində ciddi layihələrin icrasına start verib. Bu istiqamətlərdə meqalayihələr həyata keçirilməyə başlanılıb.
Azərbaycan alternativ və bərpa olunan enerji sahəsində çox böyük potensiala, eyni zamanda münbit investisiya mühitinə malik olduğundan xarici investorlar ölkəmizə sərmayə qoymağa maraq göstərirlər.
Bölgədə yeni regional əməkdaşlıq formatı
COP29 Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin və sıx əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaratdığı reallığa uyğun olaraq bölgədə yeni regional əməkdaşlıq formatları təqdim etməkdədir. Bu əməkdaşlıq formatı təkcə Azərbaycanın deyil, bütövlükdə region ölkələrinin sıx əməkdaşlığına və davamlı inkişafına xidmət edir. Bakının hədəfi bölgəni vahid bir orqanizm kimi inkişafını təmin etmək niyyətindədir. Məhz bu sıx əməkdaşlıq bölgə ölkələri arasında qarşılıqlı etimad və mehriban qonşuluq münasibətləri yaratmaqla yanaşı, təhlükə və təhdidlərə qarşı da birgə müdafiə etmək imkanı yaradacaq. Son aylarda İrəvanla Bakı arasında sülh danışıqları istiqamətində gedən proseslər bunun əyani sübutudur. Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi təkcə bölgə ölkələrinin inkişafı, əmin-amanlığı baxımdan deyil, bütövlükdə Avrasiya coğrafiyasında və Afrika ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması baxımdan mühüm əhəmiyyət kəsb edir. COP 29-un Bakıda keçirilməsi və Azərbaycanın belə bir mötəbər tədbirə sədrlik etməsi İrəvanla Bakı arasında sülh prosesinin sürətlənməsinə və digər sadaladığımız məsələlərin həllinə öz töhfəsini verəcək.
Azərbaycanın gördüyü işlərə beynəlxalq baxış...
Mühüm məqamlardan biri beynəlxalq toplantı və forumların işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur torpaqlarında keçirilməsidir. Bununla Azərbaycan həm Ermənistanın işğalçılıq siyasətinin yaratdığı nəticələrini, həm işğaldan sonra ölkəmizin həyata keçirdiyi abadlıq-quruculuq işlərini nümayiş etdirir. Dövlətimiz heç bir beynəlxalq dəstək almadan təkbaşına gördüyü işlərlə gücünü, qüdrətini, həm də həmin bölgələrin potensialını əyani şəkildə beynəlxalq aləmə göstərir.
Forumda iştirak edən dünyanın müxtəlif ölkələrinin beyin mərkəzlərinin əməkdaşları real vəziyyətlə yerində tanış olublar.
Bu forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması baxımından vacibdir. Tədbir ölkəmizdə külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öz töhfəsini verəcək.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

