Türk dünyası birliyi güclənir
26.04.2024 [10:25]
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilib
Aprelin 25-də Milli Məclisdə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilib. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Şimali Kipr, Özbəkistan, Macarıstan və Qırğızıstan nümayəndə heyətləri iştirak edib.
Toplantının gündəliyində Xarici əlaqələr komitələrinin işinin əlaqələndirilməsi, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin dərinləşdirilməsi, eləcə də digər məsələlərin müzakirəsi daxil edilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsidir. Komitə sədri diqqətə çatdırıb ki, hazırda Türk dövlətləri ilə münasibətlər müxtəlif səviyyədə, eyni zamanda, parlament səviyyəsində davam etdirilir. Xalqlar və dövlətlər arasında əlaqələrin möhkəmlənməsində parlamentlərin rolu böyükdür.
“Türk dünyasının gücünü hiss edir, daha da gücləndiririk. Azərbaycanın gücü hər bir Türk dövlətinin gücüdür, hər bir Türk dövlətinin gücü də Azərbaycanın gücüdür”, - deyən Səməd Seyidov əlavə edib ki, Cənubi Qafqaz regionu indiki kimi heç vaxt sülhə bu qədər yaxın olmayıb: “Regionda sülhün bərqərar olması istiqamətində bütün səylər davam etdirilir. Biz artıq bir yerdəyik və daha da güclənəcəyik”.
Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay isə deyib ki, Bakıda keçirilən bu toplantı birgə əməkdaşlığımıza töhfə verəcək. “Qarabağ Zəfərindən sonra Qazax rayonunun 4 kəndinin geri qaytarılması bizi çox sevindirdi. Şimali Kiprin müşahidəçi qismində TDT-yə üzv qəbul olunması birliyimizi artırır”, - deyən Fuat Oktay qeyd edib ki, xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələrin parlament səviyyəsində də genişləndirilməsi çox önəmlidir.
Onun sözlərinə görə, türk dövlətlərinin ortaya qoyduğu vizyon 2040-cı ilə qədər mövcud imkanlar və potensial baxımdan iş birliyinin möhkəmləndirilməsində önəmli rol oynayır.
Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin Komitə sədri Yasemin Öztürk bildirib ki, bu yaxınlarda Azərbaycan parlamentində formalaşmış dostluq qrupu əlaqələrin daha da inkişafında mühüm rol oynayacaq. O, vurğulayıb ki, Şimali Kiprin müstəqillik mübarizəsi bütövlükdə Türk dünyasının mübarizəsidir.
Qazaxıstan Parlament Məclisinin Komitə sədri Aydos Sarım isə bildirib ki, son dövrlərdə irəli sürülən bütün təşəbbüslər Türk dövlətlərinin təşkilatlanmasını daha da artırmağa xidmət edir. Onun sözlərinə görə, Türk dünyasında mövcud olan bu ittifaq beynəlxalq təşkilatlarda da ortaq mövqe sərgiləmək baxımından çox önəmlidir.
Qırğızıstan nümayəndə heyəti adından çıxış edən Joqorku Keneşin komitə sədri Leyla Lurova isə Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfərinə toxunub. O bildirib ki, sözügedən rəsmi ziyarət Azərbaycanla əlaqələrin yeni mərhələyə çıxarılması baxımından vacibdir.
Çıxışlarda TÜRKPA çərçivəsində tərəfdaşlıq münasibətləri də daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsindəki əlaqələrin genişləndirilməsinin regionda sülh və sabitliyi daha da möhkəmləndirəcəyinə inam ifadə olunub.
Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin növbəti iclasının Türkiyədə keçirilməsi qərara alınıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:25
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15

