Azərbaycan-Almaniya: Yaxşı məcrada inkişaf edən əməkdaşlıq
26.04.2024 [10:35]
Azərbaycan Avropa İttifaqına (Aİ) üzvlüyü hədəfləməsə də, qurumda təmsil olunan ayrı-ayrı dövlətlərlə yüksək səviyyəli münasibətlər qurub. Ölkəmizin Aİ məkanında ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri də Almaniyadır. Respublikamız bu ölkə ilə əlaqələrin inkişafına ciddi önəm verir. Azərbaycanın qısa müstəqillik tarixində Almaniya ilə müxtəlif sahələrdə qurduğu əlaqələr böyük perspektivlər vəd edir.
Qarşılıqlı iqtisadi maraqlar
Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri var. XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Azərbaycanda ilk alman koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri) salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb. Sonradan isə almanlar bu ərazilərdə yayılaraq Gəncə və Qazax qəzalarında Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Ayxenfeld (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld (Tovuz şəhəri) və Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni koloniyalar yaradıblar. Növbəti dönəmlərdə almanlar Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak ediblər.
Almaniya Azərbaycanın müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulub. Ötən dövrdə qarşılıqlı maraqlar əsasında qurulan əlaqələr hər iki tərəfin mənafeyinə uyğundur. Prezident İlham Əliyev bu günlərdə ADA Universitetində baş tutan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda sualları cavablandırarkən vurğulayıb ki, hazırda bizim əməkdaşlığımız yaxşı məcrada inkişaf edir. “Burada qarşılıqlı iqtisadi maraq mövcuddur. Bu yaxınlarda mən Almaniyanın işgüzar dairələrini təmsil edən bir qrup nümayəndə - Alman İqtisadiyyatının Şərq Komitəsinin üzvləri ilə görüşmüşəm. Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planlar var. Əlbəttə ki, siyasi təməl hər zaman vacibdir. İstər Azərbaycanda, istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri qiymətləndirir və ölkələrarası əlaqələr sabitdirsə, biznes bunu rəhbər tutur. Hətta deyərdim ki, hazırda biz ikitərəfli münasibətlərimizin ən fəal dönəmlərindən birindəyik və bunu çox müsbət qiymətləndiririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycandakı davamlı siyasi sabitlik və əlverişli investisiya mühiti Almaniyanın işgüzar dairələrinin ölkəmizə artan marağını şərtləndirən əsas amillər qismində çıxış edir. Sənaye, tikinti, bərpaolunan enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, İKT, maliyyə, hüquq, konsaltinq və digər sahələrdə əməkdaşlıqda maraqlı olan alman şirkətlərinin ölkəmizə böyük nümayəndə heyəti ilə səfəri Azərbaycan Prezidentinin Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsidir və iqtisadi-ticarət əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq. Qeyd edək ki, 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 45,4faiz artaraq 1,8 mlrd. ABŞ dolları təşkil edib. Hazırda Azərbaycanda 180-ə yaxın alman şirkəti uğurla fəaliyyət göstərir. Məlumdur ki, müasir dövlət kimi inkişaf edən Azərbaycan innovativ əsaslı iqtisadiyyat quruculuğunu hədəfləyib. Bu cəhətdən Almaniya şirkətlərinin respublikamızın tələblərini qarşılamağa geniş texniki imkanları var.
Mövcud geosiyasi gərginliklər fonunda qoca qitə enerji təhlükəsizliyi baxımından böyük çətinliklərlə üzləşib. Azərbaycan isə həm zəngin enerji resurslarına, həm də Avropayadək uzanan müasir nəql marşrutuna malikdir. Ölkəmiz həmçinin enerji siyasətini siyasi təzyiq vasitəsinə çevirməkdən uzaqdır. Bu kimi səbəblərə görə də Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasınada artan rolunu yüksək dəyərləndirir.
Fəal təmaslar
İki ölkənin iqtisadi və siyasi maraqları fonunda yüksəksəviyyəli rəsmilərin fəal təmaslar qurmaları da diqqət çəkir. “Azərbaycan-Almaniya əlaqələrinə gəldikdə deyərdim ki, son ay ərzində biz daha fəal təmaslar görürük. Mən ötən ilin martında Almaniyaya dəvət edilmişdim və bu səfər baş tutdu. Prezident və Kanslerlə görüşlərim oldu. Kanslerlə biz, həmçinin fevral ayında Münxendə görüşdük. Bu dəfə isə mən COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunmuşam. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur”, - deyə Prezident İlham Əliyev bildirib.
Yeri gəlmişkən, iqlim çağırışları ilə bağlı da Azərbaycanla Almaniyanın maraqları və baxışları üst-üstə düşür. Hazırda Avropada iqlim dəyişiklikləri fonunda enerji transformasiyası gündəlikdə duran çox vacib məsələdir. Xəbər verildiyi kimi, Avropa Komissiyası “REPowerEU” adlı “xilas planı” hazırlayıb. Sənəddə bərpaolunan enerjiyə sürətli keçidin təmin olunması nəzərdə tutulub. Hesab olunur ki, enerji transformasiyası yanacaq idxalının azalmasına və qiymətlərin aşağı düşməsinə müsbət təsir göstərəcək. Bu məqsədlə hidrogen və biometan istehsalının artırılması, müəyyən kateqoriyalı binalarda Günəş enerjisi panellərinin quraşdırılması, külək enerjisi sektorunun rəqabət qabiliyyətinin artırılması, Günəş, külək və termal enerji texnologiyaları üzrə dəyər zəncirlərinin gücləndirilməsi, icazə sisteminin sadələşdirilməsi və digər tədbirlər nəzərdə tutulur.
Azərbaycan da zəngin “yaşıl enerji” potensialına malik olan ölkədir. Digər tərəfdən, respublikamız öz iqtisadiyyatında, xüsusilə də neft sənayesində 2050-ci ilədək olan dövr üçün qarşısına “sıfır emissiya” hədəfini qoyub. COP29 tədbirinə ev sahibliyi etməsi də ölkəmizin öz gündəliyinə sadiq qaldığını bir daha təsdiqləyir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55

