Səhnəmizin Gəray bəyi...
23.02.2024 [10:55]
Həsənağa Turabovun anım günüdür
Yeganə BAYRAMOVA
Onun istər teatr, istərsə də kino sənətində oynadığı bütün rollar maraqla qarşılanıb. Saysız hesabsız və yadda?lara həkk olunmuş bu rollar əvəzolunmaz sənətkarımız, aktyor Həsənağa Turabova uğur gətirib, şöhrət qazandırıb. Ən əsası isə onun adını həmişəlik Azərbaycan mədəniyyəti tarixinə yazıb. Bu gün aktyorun ölümündən 21 il ötür.
Həsənağa Turabov 1938-ci ildə dünyaya göz açıb. Azərbaycan tetar və kino sənətində tanınıb, sevilib, məşhurlaşıb. Mərd, sözübütöv, qətiyyətli və ağayanalığı ilə hər yerdə özünə hörmət qazanıb. Elə adına ağa sözünü? sonralar ağayanalığına görə hörmət əlaməti olaraq əlavə edildiyi də bildirilir.
Uşaqlıq illərində atası onu və qardaşını tez-tez teatra aparıb. Səhnəyə marağı, sevgisi həmin illərdə formalaşır. Orta məktəbdə oxuduğu illərdə teatr dərnəklərinə getməyə başlayır. 18 saylı orta məktəbdə təhsilini başa vurur və sənədlərini Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsinə verib. İmtahanlardan uğurla keçib. Mehdi Məmmədovun kursuna daxil olub. Tələbə ikən Teatr İnstitutunda “Hacı Qara” tamaşasında oynayıb. Tamaşanı izləyən Adil İsgəndərov ona: “Sən komik rollar yox, dramatik rollar oynamalısan”, - deyib. Bu məsləhətdən sonra dramatik rollar oynamağa həvəs göstərib.
İfa etdiyi rollar..
İstedadı və xarici görünüşü ilə tezliklə kinorejissorların da diqqətini cəlb edib. “Babək”də Afşin, “Yeddi oğul istərəm”də Gəray bəy, “Axırıncı aşırım”da Xəlil, “Ürək... Ürək...”də Murad, “Sevinc Buxtası”nda Əlizadə, “Çarvadarların izi ilə”də Adil, “Qəm pəncərəsi”ndə Mirzə Cəlil və Cəlilin atası, “Dantenin yubileyi”ndə Kəbirlinski, “Bəyin oğurlanması”nda Əsəd, “Mən mahnı qoşuram”da Xudayar kişi, “Qorxma, mən səninləyəm”də Üçgöz Cəfər, “Qaçaq Nəbi”də Qaçaq Nəbi və digər rolları böyük məharətlə canlandırıb.
Böyüklüyündən, kiçikliyindən, xarakterindən asılı olmayaraq, oynadığı bütün rollar Həsənağa Turabova şöhrət gətirir. Lakin onun kino yaradıcılığında “Yeddi oğul istərəm” xüsusi yer tutur. Həmin filmə çəkiləndə aktyor 32 yaşında olub. Gəray bəy roluna yaşlı aktyor axtarıblar. Həsənağa Turabovu Adil İsgəndərovun məsləhəti ilə sınaqdan keçirirlər və ilk sınaqdan sonra qərar verilir - Gəray bəy rolu cavan aktyora həvalə edilir. Bu seçimin nə qədər doğru olduğu tezliklə hər kəsə bəlli olub.
Aktyorun son arzusu...
1987-ci ildə isə uzun illər çalışdığı Akademik Milli Dram Teatrının seçki yolu ilə seçilən ilk direktoru olur. Sənət aləmində böyük nüfuzu olan Turabov həm də gözəl ailə başçısı idi. Sevdiyi xanımla ailə qurmuşdu. Üç övlad atası idi. Oğlanları Daşqın və Yalçın, qızı Sevinc Həsənağa Turabovun adına layiq idilər. Onların üçü də ali təhsil almışdı. Qızı anasının yolunu seçib alman dili müəllimi olub. Oğlanları Mədəniyyət və İncəsənət Universitetində oxusalar da, atalarının sənətini davam etdirməyiblər. Hər ikisi polis sistemində çalışıb.
...1997-ci ildə Narkomaniyaya qarşı Mübarizə İdarəsinin rəisi kimi təyinatla Siyəzənə göndərilən böyük oğlu, polis kapitanı Daşqın martın 10-da Siyəzəndə əməliyyat zamanı vurulur. Həbs etmək istədikləri cinayətkarın açdığı güllə ona dəyib. Otuz beş yaşlı Daşqın həlak olur. Bu faciədən sonra Həsənağa Turabova təsəlli vermək mümkünsüz olub, o, oğluyla birlikdə yaşamaq sevincini, həyat eşqini itirib. O vaxtadək səhhətindən şikayətlənməyən Həsənağa Turabov xəstəlik tapıb.
Teatr rəhbərliyindən gedişi də qəfil olub. 2001-ci ildə tutduğu vəzifədən ayrılıb. Teatrdan getdikdən sonra Teatr Xadimləri İttifaqında işləyib. Ömrünün son illərində meylini oğlu Daşqının adını verdiyi nəvəsinə salıb. Beş yaşlı nəvəsinin məktəbə gedəcəyi günlərin xəyalını qurub. Bir arzusu da qalıb. Yaxın dostu, Yuğ Teatrının direktoru, rejissor Vaqif İbrahimoğlu ilə birlikdə “Şah Qacar” tamaşasını hazırlayacaq, Məhəmməd şah Qacar rolunu oynayacaqdı. Amma qismət olmayıb. Xalq artisti Həsənağa Turabov altmış dörd yaşında, 2003-cü ilin 23 fevralında uzun sürən xəstəlikdən sonra vəfat edib. O, ömrünün son anında da “Daşqın!” deyib.
Fəxri xiyabanda dəfn olunması barədə qərar veriləndə həyat yoldaşı Həsənağa Turabovun son istəyini bildirib. Sən demə, ömrünün sonuna yaxın bir gün yenə oğlu Daşqının şəklinə baxa-baxa vəsiyyətini etmişdi Həsənağa Turabov. Söyləmişdi ki, ölsəm, məni Fəxri xiyabanda yox, Daşqının yanında dəfn etsinlər. Onu öz vəsiyyəti ilə “Qurd qapısı”nda dəfn ediblər. Bununla da oğlu ilə məzar qonşusu olan sənətkarın həsrəti sona çatıb...
Xəbər lenti
Hamısına baxDünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54

