Səsi bizimlədir...
09.06.2023 [11:20]
Ürəkləri fəth edən sənətkar
Yeganə BAYRAMOVA
İllərdir aramızda olmasa da, səsi həmişə bizimlədir. O, sadəcə, müğənni, musiqiçi deyildi, millətini, Vətənini ürəkdən sevən vətəndaş, ictimai xadim idi. Şöhrəti istedadı sayəsində onun ünvanını çox erkən tapmışdı. Bioqrafiyasında çoxlu sayda fəxri adlar, təltiflər var - Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri...
Söhbət Rəşid Behbudovdan gedir... İfa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilən sənətkarın vəfatından 34 il ötür.
Nə onun haqqında xatirələrə, nə yaxından tanıyanların məlumatlarına qulaq asasan, sadəcə səsini dinləyəsən. Xoş avazına məftun ola-ola oxuduğu mahnıların mətninə fikir verəsən. Əlbəttə, gözəl və məlahətli səs Allah vergisidir. Xoşbəxtlikdən, Rəşid Tanrının bu bəxşişinə layiq görülmüşdü. Amma İlahidən gələn bu varidatı Rəşid Behbudov məhz öz zəhməti ən başlıcası, məsuliyyəti ilə daha ustalıqla qorudu, onu eşidənlərə yüksək zövqlə, mədəniyyət və cazibədarlıqla təqdim etdi. Bəlkə də elə bu qabiliyyəti, məharəti, böyüklüyü ona bənzərsizlik və əbədiyaşarlıq bağışladı. Bu gün Rəşidin yeri görünür...
Musiqi fəaliyyətinə başlayanda cəmi 15 yaşı vardı. Sözün əsl mənasında, qeyri-adi, gözəl və zəngin çalarlı səsə malik olan Rəşid Behbudov nəinki Azərbaycana, eləcə də keçmiş sovet məkanına məxsus ifaçılıq məktəbinin görkəmli nümayəndələrindən biri olub. Bu faktdır, Rəşid Behbudovdan sonra ikinci elə bir sənətkarımız yoxdur ki, dünyada 50-dən artıq xalqın mahnısını öz dillərində ifa etsin. Səsinin ahəngində, nəfəsində qəribə bir həzinlik, məlahət vardı. Bu səsin cazibəsi, əfsunu elə güclü idi ki...
İstər xalq, istərsə bəstəkar mahnılarının yayılıb sevilməsində, populyarlaşmasında Rəşid Behbudovun xidmətləri əvəzsizdir. O, bu əsərləri, sadəcə, ifa etmirdi, elə nəğmələr var idi ki, ona öz möhürünü vururdu! Bu günün özündə də həmin mahnıları başqa ifalarda o qədər də qəbul edə bilmirik. Çünki Rəşiddən sonra bu ifalar bizə sönük təsir bağışlayır. Adətən, mahnının iki müəllifi olur: şair və bəstəkar. Amma həmin nəğmə o zaman qüdrətli və yaddaqalan olur ki, onun ifaçısı da müəlliflərin sırasına qoşulmaq şansını qazanır. Bu mənada, Rəşid Behbudovun nəfəsindən qopan nəğmələrə xalq arasında “Rəşidin nəğməsidir” deyiblər. Sənətçinin böyük şövq və məhəbbətlə oxuduğu “Ana” mahnısı nə qədər təsirli və unudulmazdır... Doğrudur, öz nəfəsində, öz səsinin imkanlarında bu məşhur mahnıya müraciət edənlər var. Çoxu “Ana”nı yanıqlı oxumağa çalışanlar oldu. Ancaq gəlin etiraf edək ki, Rəşid Behbudov kimi o möhtəşəmliyə, ucalığa qalxmaq çox çətindir. Və təbii ki, heç kim Rəşid ola bilməzdi. Nə sirrdirsə, hər dəfə Behbudovun bu mahnısına qulaq asanda adama elə gəlir ki, musiqinin ağuşunda qeyri-adi bir səs çırpınır.
Rəşid Behbudov nikbin ruhlu, həyat eşqli bir sənətkar idi. Oxuduğu bütün nəğmələrdə də bu coşğunluq var. Hətta ən kədərli, həzin mahnılarında belə yaşamaq həvəsi duyulur. Bu səbəbdən də, onu xatırlayanda xiffətlənməkdən çəkinirsən. Əslində, gözəl səs ölmür. Onu gəzdirən, Yer üzünü dolaşdıran varlıq dünyasını dəyişərək haqqa qovuşur. Bu gün Rəşidin səsi yenə də bizimlədir, cismi torpağa tapşırılıb. Bu yurdun, bu torpağın dağı, daşı kimi Rəşidin səsi də əbədidir...
Xəbər lenti
Hamısına baxSosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59

