Kamança və çəqanənin Munisi
19.04.2022 [10:36]
Xalq artisti, Qədim Musiqi Alətləri Dövlət Ansamblının rəhbəri Munis Şərifovun 60 illik yubileyidir.
Onun çalğılarına qulaq asanda hiss olunur ki, kamançanı özünəməxsus tərzdə ifa edir. Üslubu heç kiminkinə bənzəmir. O çalınca hiss edirsən ki, kamançanın dilində danışır, kamançanın tellərindən ürək sözləri tökülür. Kamançanın sirdaşıdır, munisidir Munis Şərifov.
Vaxtı ilə böyük Bülbül yazırdı: “Azərbaycan klassik muğamlarının inkişaf tarixi onların ifaçıları ilə sıx əlaqədardır”. Munis Şərifovun kamançasında “Azərbaycan musiqi dilinin lüğəti” olan muğamlar öz ahəngləri, rəngləri və ifaçılıq yolları ilə fərqlənir. O, xalq mahnılarını, təsnifləri xüsusi ustalıqla səsləndirir, ifa etdiyi musiqinin bitkinliyinə çalışır, dinləyicilərə bütöv sənət məhsulu təqdim edir. Xalq musiqisinin milli ruhunu dərindən duyan sənətkar çaldığı hər hansı bir muğamı, havanı əvvəlcədən kamil öyrənir, tamaşaçılara yüksək səviyyədə çatdırır. Onun çalğısında yabançı meyillər hiss olunmur.
Munis Şərifov əsl musiqiçilərə xas olan ədəb-ərkan sahibidir. Onun yüksək səhnə mədəniyyəti, davranışı, el içində qazandığı hörmət-izzəti bunu sübut edir. Onun sənəti bir dinləyici kimi şəxsən məni məftun edir. Saysız-hesabsız dinləyicilərin də onun sənətinə heyran olduğuna əminəm.
Munis Şərifov 1962-ci ildə Ağdaşda anadan olub. O, 1977-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. O, 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim vəzifəsində çalışır. Habelə Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının işçisidir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmiş, ansamblın ifasında UNESKO tərəfindən kompakt-disk buraxılmışdı.
2005-ci il Düşənbədə “Qəlblərin səsi” festivalında, İstanbul şəhərində “İslam ölkələrinin mədəniyyət həftəsi” çərçivəsində təşkil edilmiş mədəni proqramlarda ölkəmizi yüksək səviyyədə təmsil etmişdi. 7 dəfə Prezident Mükafatına, 2016-cı ildə isə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Xalq artisti fəxri adına layiq görülüb.
Munis Şərifov 1993-1995-ci illərdə Tehran Musiqi və Mədəniyyət mərkəzində kamança müəllimi kimi çalışıb, 1986-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin tərkibində Qədim Milli Musiqi Alətləri Dövlət Ansamblının yaradılmasında xidmət göstərib. Munis müəllim həmin ansamblın konsertmeysteri, aranjemançısı və solistidir. Eyni zamanda, həmin ansamblda minillik tarixi olan çəqanə alətində çalır.
Munis Şərifov kamança və çəqanəni Hindistan, BƏƏ, Almaniya,Türkiyə, İrlandiya, Ukrayna, Özbəkistanda sevdirmiş, müxtəlif ölkələrdə ustad dərsləri vermişdi. O, bütün qastrollarda, bütün konsertlərdə milli musiqimizi və milli alətimiz olan kamançanı yüksək səviyyədə təbliğ və tərənnüm edib.
İndiana Universitetinin müəllimi və İpək Yolu ansamblının direktoru Şahyar Danesqa o zamanlar mədəniyyət naziri işləyən Polad Bülbü?oğluna göndərdiyi məktubda yazırdı:
“Cənab Munis Şərifovun konsertlərdə iştirakı bizim məqsədimizi işıqlandırmış və bizə Mərkəzi Asiya, Orta Şərq musiqisinin real təsvirini təqdim etmişdir. Konsert verdiyimiz hər yerdə cənab Munis Şərifov davamlı alqışlarla qarşılanmış, kamançasının ecazkar ifası ilə auditoriyanı heyran etmişdir... Sizin ölkə Munis Şərifov kimi kamança ustadına malik olduğu üçün həqiqətən çox xoşbəxtdir”.
Qərb musiqi akademiyalarında Munis Şərifov “Şərqin möcüzəsi” kimi qiymətləndirilmiş, Amerika Universitetində “Fəxri professor” adı almışdı.
Bu gün ustad sənətkarın 60 yaşı tamam olur. O kamançaya, kamança ona şöhrət gətirib. Bu ayrılmaz ikiliyə hələ uzun illər birlikdə olmağı, ecazkar musiqi ilə könülləri fəth etməyi arzulayır, onu sevənlərin sırasına qoşularaq, Xalq artistini yubiley münasibətilə təbrik edirəm.
Xeyrəddin QOCA, Yazıçı
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

