Daşkənddə Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı özbək dilində çap olunub
05.10.2018 [08:57]
Daşkənddəki “Kamalak” nəşriyyatında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və “Kaspi” Təhsil Şirkətinin birgə layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı özbək dilində çap olunub.
AZƏRTAC xəbər verir ki, “Dünya yuxutək əriyir...” şeirlər kitabının tərtibçisi və “Ön söz”ün müəllifi AMM-nin direktoru Samir Abbasov, tərcüməçisi Şəhla Qasımovadır.
“Ön söz”də deyilir ki, gənc yaşlarından öz yaradıcılığı ilə həssas oxucu auditoriyasının diqqətini çəkən və məhəbbətini qazanan şairə Leyla xanım Əliyeva bir çox şeir kitablarında qəlbinin incə notlarını kağız üzərinə köçürərək, insanlara təbiilik, sadəlik və humanistlik kimi ülvi hisslər aşılayır.
Tərtibçi qeyd edir ki, dünyanın adi gözlə görülməyən ilahi gözəlliklərinə vurğunluq həm şair, həm də rəssam olan Leyla xanımın əsərlərinin mayasını təşkil edir və bu əsərlərdə əsl həyat mənzərəsi canlandırılır.
“Ön söz”də vurğulanır ki, Leyla Əliyeva öz əsərlərində yaşadığı mühitdə baş verən hadisələri, yaşanan ağrıları, həyatın işığını və qaranlığını, xeyrini və şərini, sevincini və kədərini, yaxşılığı və pisliyi poeziyanın dili ilə oxucuya çatdırır.
Qeyd olunur ki, Leyla Əliyevanın Azərbaycan xalqının Ümummilli lideri, babası Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Elegiya” əsəri milyonlarla insanın qəlbinə yol tapıb. Bu şeirdə şairə ayrılıq, həsrət hissi ilə yanan incə qəlbinin çırpıntılarını dilə gətirir.
Nəşrdə müəllifin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və s. şeirləri ilk dəfə olaraq özbək oxucularına çatdırılır.
Kitabın tərtibçisi “Dünya yuxutək əriyir...” kitabının ruhu, mədəniyyəti, adət-ənənələri, dini, dili ilə Azərbaycan xalqına yaxın olan özbək auditoriyası tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edir.
Qeyd edək ki, Leyla xanım Əliyevanın şeirləri indiyə qədər “Kaspi” qəzeti və “Kaspi” təhsil şirkətinin “Azərbaycan ədəbiyyatını tanıdaq!” devizi altında həyata keçirdiyi layihələr çərçivəsində türk və fars dillərində İstanbul və Tehranda nəşr edilib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14

