/ / Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Qala qəsəbəsində silsilə tədbirlər təşkil olunub
Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Qala qəsəbəsində silsilə tədbirlər təşkil olunub
02.10.2018 [09:15]
Paraqvayın məşhur “Recycling” orkestri Qalada geniş konsert proqramı ilə çıxış edib
Sentyabrın 30-da “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” üçüncü Beynəlxalq Heykəltəraşlıq Simpoziumu çərçivəsində yaradılan əsərlərin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.
Builki simpoziumda 17 ölkədən 20 heykəltəraş iştirak edib. Azərbaycan, Belçika, İtaliya, Türkiyə, Hindistan, Ukrayna, İspaniya, Misir, Meksika, Rumıniya, İran, Norveç, Yunanıstan, Sloveniya, Argentina, Suriya və Gürcüstandan olan sənətkarlar əsərlərini Nəsimi yaradıcılığına həsr ediblər. Heykəltəraşlar əsərlərini aqlay daşından Qala qəsəbəsində açıq səma altında yaradıblar.
Sonra qonaqlar “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VII Beynəlxalq “Tullantıdan sənətə” sərgisinə baxıblar.
Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə təşkil edilən sərgidə 12 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rumıniya, Bəhreyn, Oman, İran, Latviya, Bosniya və Herseqovinadan olan 27 incəsənət nümayəndəsinin əsərləri nümayiş edilib. Məişət tullantılarından istifadə olunaraq hazırlanan sənət nümunələri maraqla qarşılanıb.
Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.
Sərgi çərçivəsində Paraqvayın məşhur “Recycling” orkestri konsert proqramı təqdim edib. Uşaq və yeniyetmələrdən ibarət bu orkestrin unikal cəhəti onun tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən istifadə etməsidir. Orkestrin rəngarəng çıxışı iştirakçılarının böyük marağına səbəb olub.
Sonra Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsi təqdim olunub.
Layihə səkkiz yerli və xarici “urban art” (şəhər mühitində incəsənət) rəssamın iştirakı ilə reallaşıb.
Sərginin ekspozisiyasında Azərbaycan, Braziliya, Belçika, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların binanın divarları üzərində yaratdığı sənət əsərləri nümayiş edilib.
Qeyd edək ki, Bakının Qala qəsəbəsində təşkil olunan bu silsilə tədbirlər Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində reallaşıb.
Xəbər lenti
Hamısına baxGündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28

