Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / "Dəli Kür" kitabı Türkiyə türkcəsində təqdim olunub

"Dəli Kür" kitabı Türkiyə türkcəsində təqdim olunub

24.07.2009 [12:51]

Dünən Atatürk Mərkəzində yazıçı İşmayıl Şıxlının “Dəli Kür” əsəri Türkiyə türkcəsində təqdim olunub. SİA-nın verdiyi məlumata görə, kitabı Türkiyə türkcəsinə tərcüməçi Yasemin Bayer çevirib.
Tədbiri giriş sözü ilə Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov açıb. O, qeyd edib ki, bu il İsmayıl Şıxlının 90 illik yubileyi ərəfəsində belə bir kitabın nəşr olunması yüksək nəaliyyətdir. N.Cəfərov bildirib ki, sözügedən əsər rus dilinə də tərcümə olunub.
Daha sonra tədbirdə əsəri Türkiyə türkcəsinə tərcümə edən Yasemin Bayer çıxış edib. Tərcüməçi öz çıxışında İsmayıl Şıxlı yaradıcılığına böyük məhəbbət və heyranlıq duyduğunu vurğulayıb və əlavə edib ki, o, ilk dəfə İsmayıl Şıxlının “Namərd gülləsi” əsərini oxuduqdan sonra yazıçının poeziyası ilə dərindən maraqlanmağa başlayıb.
Bundan başqa tədbirdə xalq şairi Sabir Rüstəmxanlı, Slavyan universitetinin rektoru Kamal Abdulla, professor Qulu Məhərrəmli, Oktay Mirqasımov və başqaları çıxış edərək, İsmayıl Şıxlının əsərlərindən və bu şəxsiyyətə bəslədikləri hörmətdən bəhs ediblər.
Tədbirin sonunda yazıçının oğlu, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı çıxış edərək kitabın ərsəyə gəlməsinidə rolu olan tərcüməçi-yazıçı Y.Bayerə minnətdarlığını bildirib.

Paylaş:
Baxılıb: 1757 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30