Marionet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının tamaşası göstərilib
29.12.2016 [10:01]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tamaşaya baxıb
Dekabrın 28-də Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının marionet tamaşası göstərilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tamaşaya baxıblar.
Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan Marionet Teatrı artıq öz tamaşaçılarını qarşılayır. Marionet Teatrı tamaşaçılarla görüşə milli bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə gəlib.
Teatrın bədii rəhbəri Tərlan Qorçu 1987-1988-ci illərdə - Azərbaycanda marionet teatrı mövcud olmadığı bir vaxtda bir neçə nəfərlə “Arşın mal alan” operettasının marionet tamaşası üzərində çalışmağa başladıqlarını bildirib. Tamaşanın premyerasının 1990-cı ildə Fransada keçirildiyini deyən teatrın bədii rəhbəri həmin çətin dövrdə teatrın yalnız xaricdə çıxış etdiklərini təəssüflə vurğulayıb. Bildirib ki, son illərdə tarixi və mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlər həyata keçirilib. Tərlan Qorçu marionet tamaşalarının hazırlanması üçün adətən 3-5 il vaxtın lazım olduğunu deyərək, “Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlədiklərini diqqətə çatdırıb. Bildirib ki, ümumiyyətlə, bu teatrın məqsədi dahi Üzeyir bəyin musiqisinin bütün dünyada təbliğidir. Teatrın növbəti layihəsi isə “O olmasın, bu olsun” operettasının marionet tamaşası olacaq.
Sonra marionet kuklaların ifasında Üzeyir Hacıbəylinin Məhəmməd Füzulinin eyniadlı poeması əsasında ərsəyə gətirdiyi “Leyli və Məcnun” operası başlayıb.
Qədim Şərq folkloruna məxsus incə və faciəli məhəbbət əfsanəsi olan “Leyli və Məcnun” orta əsrlər dövrü ədəbiyyatının ən məşhur mövzusu olub, 50-dən çox şair, o cümlədən dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli mövzuya eyniadlı poemalar həsr ediblər. Dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını yazıb. “Arşın mal alan” operettası və “Leyli və Məcnun” operası hazırda Marionet Teatrının repertuarında xüsusi yer tutur.
Marionet Teatrı dünyada yetərincə maraqlı və populyar olan, ən çətin başa gələn və eyni zamanda, ən maraqlı və cəlbedici janrdır. Çətin olduğuna görə əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil. Hansısa ölkədə Marionet Teatrının mövcud olması həmin xalqın zəngin milli mədəniyyətindən xəbər verir və bu teatr janrı ölkənin tanıdılmasında əvəzsiz rola malikdir. Bütün yaş qrupundan olan insanların heyranedici rəğbətinə səbəb olan bu teatr janrı xalqımızın zəngin, çoxşaxəli mədəni irsinin ən müxtəlif sahələrini - memarlıq, milli geyim, musiqi, dilimizin nitq melodikası, məişət və bayramlarımız, naxışlar və rəqslərimizi özündə birləşdirir.
Tamaşaçıların alqışları və aktyorları təkrarən səhnəyə dəvət etmələri bu tamaşanın qəlblərin ən incə tellərinə toxunduğunu nümayiş etdirib.
Xəbər lenti
Hamısına baxSosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20

