Nə qastrola, nə məzuniyyətə... ancaq Bakıya musiqi bayramına
14.07.2016 [09:43]
Beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək bacarığı ilə tanınan Azərbaycan növbəti dəfə mühüm uğura imza atdı. İyulun 9-10-da Bakıda yay mövsümünün ən hərarətli hadisəsi “Jara” (“İsti günlər”) Beynəlxalq Musiqi Festivalı keçirildi. “Sea Breeze” istirahət mərkəzində təşkil olunan festival nəinki Azərbaycan, eləcə də Rusiyanın mədəni həyatında mühüm hadisəyə çevrildi. Təşkilatçılar festivalın yüksək səviyyədə baş tutması üçün hər bir xırda detalı nəzərə almışlar.
Festivalda Qriqori Leps, Polad Bülbüloğlu, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey Lazarev, Timati, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Emin, Aleksey Vorobyov, “MBAND”, Potap və Nastya dueti, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli, Burito, “A-DESSA” qrupu, Ciqan, Svetlana Loboda, Yeva Polna, N`everqrin, Vlad Sokolovski, Yulianna Karaulova və bir çox digər artistlər iştirak etdilər.
“Life.ru” saytı yazır ki, Rusiya artistləri qastrollarını və məzuniyyətlərinə ara verərək Bakıya gəldilər ki, çoxminli auditoriya qarşısında çıxış etsinlər.
Azərbaycan və Rusiyanın ən yaxşı artistləri parlaq nömrələri ilə festivalın qonaqlarına 2 gün ərzində unudulmaz anlar yaşatdılar. Aparıcılar həm səhnədə, həm də zalda işlədilər. Qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olundu. Çoxlu sayda yay musiqi festivallarının mövcudluğuna baxmayaraq, “Jara” festivalı musiqi həyatında həqiqətən əlamətdar hadisəyə çevrildi. Şübhəsiz ki, belə tədbirləri keçirmək üçün dövlətin dəstəyi ən mühüm məsələlərdən biridir. Bunu festivalın təşkilatçısı Emin də xüsusi vurğuladı: “Dövlət səviyyəsində kömək olmadan bu miqyasda tədbiri təşkil etmək mümkün deyil. Mən göstərdikləri yüksək diqqətə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, həmçinin Leyla Əliyevaya şəxsən dərin təşəkkürümü bildirirəm”.
“Multikulturalizm ili”nə dəyərli töhfə
Festival 2016-cı il Azərbaycanda elan edilən “Multikulturalizm ili”nə mədəniyyətlərarası dialoq baxımından dəyərli töhfə oldu. Müxtəlif xalqların nümayəndələrinin tədbirdə iştirakı, göstərilən diqqət və qayğı, onların özlərini evlərindəki kimi hiss etmələri ölkəmizdə mədəni müxtəlifliyə verilən növbəti qiymət idi. Qonaqlar Azərbaycandan, onun paytaxtı Bakıdan zəngin təəssüratla ayrıldılar. Jurnalistlərə müsahibələrində onlar xalqımızın qonaqpərvərliyindən, Xəzər sahilində istirahətlərindən danışdılar, Azərbaycana gəlmələrindən çox şad olduqlarını bildirdilər.
Rusiya KİV-ləri “Jara” festivalından yazır
Rusiyanın 70-dək KİV-i “Jara” festivalından söz açdı. “Lifenews”, “Spletnik”, “Woman”, “7days”, “Hello”, “Starhit”, “Woman’s day”, “OK!”, “Peopletalk”, “Komsomolskaya pravda” və digərləri, sosial şəbəkələr festivaldan bəhs etdi. Festivala dair foto və maraqlı məlumatlar KİV-lərin və sosial şəbəkələrin əsas səhifələrini, sözün yaxşı mənasında, zəbt etdi. Məqalələrdə vurğulandı ki, bu festival əsl musiqi bayramına çevrilməklə həm iştirakçıların, həm də qonaqların yaddaşında uzun müddət qalacaq. Bakıdakı xoş mühit, iqlim, dəniz, mətbəx, yüksək şərait festivalı yaddaqalan və unudulmaz etdi. Təşkilatçılardan biri Sergey Kojevnikov Rusiya KİV-lərinə müsahibəsində festivala göstərilən dəstəyə görə Prezident İlham Əliyevə və Onun ailəsinə səmimi minnətdarlığını bildirib.
Əminliklə deyə bilərik ki, müğənni və bəstəkar Emin, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovun təşkilatçılığı ilə keçirilən bu festival Azərbaycanda uğurla keçirilən daha bir beynəlxalq mədəni tədbir kimi tarixə düşdü. Bu möhtəşəm festivalın baş tutması Azərbaycanın bu cür tədbirləri keçirmək üçün geniş imkanlarını bir daha nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxDünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56

