Qədimlik rəmzi, Oğuz möhürü - Şərur yallısı
05.03.2016 [11:17]
Şərur Naxçıvan Muxtar Respublikasının üçüncü böyük rayonu, Azərbaycanın qədim tarixə və mədəniyyətə malik bir diyarıdır. Onun qədimliyi təkcə arxeoloji maddi-mədəniyyət nümunələri ilə ölçülmür. Şərur həm də mədəniyyətimizin incisi və qədim folklor rəqsləri - yallıları ilə öyünür.
AZƏRTAC xəbər verir ki, Naxçıvan istər Qafqaz, istər Yaxın və Orta Şərq, istərsə də Avropa xalqları arasında yallının vətəni kimi tanınıb. Ulu öndər Heydər Əliyev yallıları “Naxçıvanın tacı” adlandırıb. Yallılara Şərurun qədimlik rəmzi, Oğuz möhürü də deyirlər. Dahi bəstəkar Üzeyir Hacıbəyli Şəruru Azərbaycan folklor mədəniyyətinin beşiyi adlandırırdı. Xalq artisti Əminə Dilbazi isə xatirələrində yazırdı ki, “Yallı mənbəyimiz Naxçıvanda, Şərur torpağındadır”.
Şərur yallısının 100-dən çox növü var
Yallını Şərurda xüsusi ustalıqla və həvəslə oynayırlar. Burada Xalq Yallı Ansamblı fəaliyyət göstərir. Şərurda yallının yarandığı yer Çərçiboğan kəndi hesab olunur. “Nurani” rəqs qrupu bu kəndin ağsaqqallarından təşkil edilib. Qrupda ən cavan ifaçının 61, ən qocaman ifaçının isə 80 yaşı var.
Yaşı 60-ı keçmiş Əməkdar mədəniyyət işçisi Səttar Əhmədov Şərur Xalq Yallı ansamblının “Nurani” rəqs qrupunun üzvüdür. Qocaman rəqqas hazırda bu qədim rəqsin sirlərini gənclərə öyrədir.
Şərur toylarını yallısız təsəvvür etmək çətindir. Bu rəqsi yeddidən yetmiş yeddiyə hər kəs böyük həvəslə oynayır. Ansamblın direktoru Kimya Babayeva deyir: Şərurda hətta elə kəndlər var ki, sakinləri arasında yallı oynamağı bacarmayan bir-iki nəfər ola bilər.
Bir vaxtlar burada yallının 100-dən artıq növü olub: “Çolağı”, “Üç addım”, “Köçəri”, “Dönə Yallı”, “Qaz-qazı”, “El Yallısı”, “İki ayaq”, “Qaladan-qalaya”, “Şəranı” və s. Adlarını saymaqla bitməyən bu yallıların çoxu yenidən bərpa olunaraq ansamblın repertuarına salınıb.
Folklor irsimiz yallı bu gün də yaşadılır
Neçə illərdir ansamblın əsas yükünü çəkənlərdən biri, nağaraçalan İsgəndər Əliyev deyir ki, bu sərvətin itib-batmaması üçün kəndbəkənd, oba-oba gəzib, qədim rəqsləri, yallıları toplayaraq repertuara daxil ediblər. Bu gün yallılar nota alınır, qədim folklor incimiz kimi qorunub saxlanılır.
Ansamblın əsası 1924-cü ildə qoyulub. Daha sonra böyük səhnəyə qədəm qoyan ansambl el-el, oba-oba gəzib dolaşıb. Bədii rəhbər Əfsər Novruzov deyir ki, kollektiv dünyanın bir çox ölkəsində keçirilən bədii özfəaliyyət festivallarında iştirak edib, diplom və mükafatlara layiq görülüb.
Yallı adi rəqs deyil. O həm də birlik rəmzidir. Bu rəqslər xalqımızın dünəninin, bu gününün, milli adət-ənənələrimizin ifadəsidir. Qədimlik rəmzi, Oğuz möhürü adlandırılan, əsirlərin o üzündən ötürülə-ötürülə müasir günümüzədək gəlib çıxan bu folklor irsimizi qoruyub saxlamaq böyük zəhmət tələb edir. Biz də bu yolda zəhmət çəkən hər kəsə uğurlar arzulayır, “yorulmayasınız” deyirik.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43

