Milli musiqimizin mahir ifaçısı...
29.11.2013 [09:03]
Mirzə Babayev milli estrada sənətimizin korifeyi kimi bu gün də sevilməkdədir
Onun milli estrada sənətimizin inkişafında xüsusi xidmətləri olub. Oxuduğu mahnıları ilə könüllərə taxt quran bu ifaçı öz zəngin yaradıcılığı və bənzərsiz səsi ilə musiqi mədəniyyətimizin, kino sənətimizin əbədiyaşar simalarından biri kimi tarixə düşüb. Söhbət estrada musiqimizin tanınmış simalarından biri olan Mirzə Babayevdən gedir. O Mirzə Babayevdən ki, bu il pərəstişkarları onun anadan olmasının 100 illiyini qeyd edirlər.
Memar müğənni...
Mirzə Babayev 1913-cü il iyulun 16-da Bakıda anadan olub. Yaradıcılığı, qurub yaratmağa duyduğu güclü meyil əvvəlcə onu Bakı Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) memarlıq fakultəsinə aparıb çıxarır. 1940-cı ildə institutu müvəffəqiyyətlə bitirən Mirzə Babayev gənc memar kimi fəaliyyət göstərməyə başlayır. Artıq hamı onu gələcəyin gənc bir memarı kimi görür, ona dərin inam hissi ilə yanaşırdı. Lakin dərin təxəyyülü, güclü müşahidəsi, yaradıcılıq düşüncəsi, rəssamlıq istedadı olan bu gəncin gələcəkdə böyük memar olacağını düşünənlər hardasa yanılırdılar. Çünki, o, ancaq musiqi ilə məşğul olmaq istəyir, oxumaq eşqi ilə yanıb tutuşurdu. İçində qaynayıb daşan bulaq kimi bərrak səsi Mirzə Babayevi nəhayət bir gün konservatoriyaya gətirib çıxardı. 1948 - ci ildə qədim - qayım musiqi məbədinin vokal şöbəsinə professor Bülbülün sinfinə daxil olaraq bu çətin və eyni zamanda gözəl sənətin dərinliklərinə yiyələndi. Böyük Bülbül bu gəncin gələcəyinə dərin inam hissi ilə yanaşırdı və ürəyəyatımlı yumşaq səsi, gözəl ifa tərzi, yüksək musiqiduyumu ilə seçilən tələbəsinə inanırdı. Ona da əmin idi ki, Mirzə Babayev gələcəkdə mütləq tamaşaçıların dərin rəğbətini, sevgisini qazanaraq sevilən müğənnilərdən birinə çevriləcək.
Oxuyur Mirzə Babayev...
Bəli, Bülbül bu fikrində yanılmamışdı. Hələ konservatoriyada təhsil aldığı illərdə Mirzə Babayev öz ifası ilə diqqət çəkərək az müddət ərzində respublikamızda tanınmağa başlamışdı. O, istər bəstəkar musiqilərini, istərsə də, xalq mahnılarını öz ürəyəyatımlı səsi ilə elə ifa edirdi ki, dinləyicilər həm onun səsinə, həm də yeni oxu tərzinə məftun olmaya bilmirdilər.
Bu da bir faktdır ki, Mirzə Babayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində ayrıca və xüsusi bir mərhələdir. Azərbaycan bəstəkarlarının 500-dən artıq mahnısı məhz onun ifasında populyarlaşmışdır. Bu mənada o dövrdə yaşamış bir çox bəstəkar hər əsər bəstələyəndə ürəyindən keçirirdi ki, kaş, bu əsəri Mirzə Babayev səsləndirəydi. Çünki onlarla müğənninin ifasında yaddaşlara köçməyən mahnılar olub ki, məhz Mirzə Babayevin məharəti sayəsində sevilərək həyata vəsiqə qazanıb.
Azərbaycan Dövlət Caz Orkestrinin ilk solistlərindən olan Mirzə Babayev müxtəlif illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Dövlət Filarmoniyasında, Dövlət Konsert Birliyində çalışmışdır. Müxtəlif bəstəkar nəğmələri ilə yanaşı, xalq mahnılarının da mahir ifaçısı olan Mirzə Babayev əsasən üç böyük bəstəkarımızla işləməyi çox sevirdi: Rauf Kazımov, Tofiq Quliyev və Emin Sabitoğlu. Bu bəstəkarların elə mahnıları var ki, onlar ancaq Mirzə Babayevin ifasında tamaşaçı tərəfindən qəbul edilir və sevilir. Mirzə Babayevin həmkarları arasında da dərin hörməti vardı. Onu hamı sevirdi. Bu unudulmaz sənətkarla duet oxumayan az qadın müğənni tapmaq mümkündür. Əlbəttə ki, hər kəs bu cəsarəti özündə tapmazdı. Çünki Mirzə Babayevlə bir yerdə oxumaq üçün sənin həm gözəl səsin, yüksək musiqi duyumun, səhnə mədəniyyətin və digər məziyyətlərin olmalı idi.
Səhnəyə gəldiyi ilk gündən ömrünün sonuna kimi Mirzə Babayev səsinin gözəlliyinə, məlahətinə, qəlbə təsiredici ahənginə qətiyyən xələl gətirmədi. Bu, bir tərəfdən Allah vergisi sayılsa da, digər tərəfdən Mirzə Babayevin özünün sənətinə məsuliyyətinin, səhnə mədəniyyətinin gücündən irəli gəlirdi. Hər bir mahnını özünəməxsus məharətlə ifa edən müğənnimiz son dərəcə enerjili, həyatsevər, yaşamaq eşqi ilə seçilən dahi sənətkarımız idi. Gəncliyinin ilk illərində də, ömrünün son dövrlərində də Mirzə Babayev elə Mirzə Babayev kimi səhnədə görünməyə üstünlük verirdi. Məhz elə bu səbəbdən də, tamaşaçılar Mirzə dayını daha çox sevirdilər. Onun nəğmələri dillər əzbəri idi.
O, həm aktyor, həm də istedadlı rəssam idi
Mərhum sənətkarın kino sənətimizin inkişafında da böyük əməyi olub. Mirzə Babayevin 30-dan artıq filmdə yaratdığı müxtəlif xarakterli obrazlar tamaşaçıların yaxşı yadındadır. “Aygün”, “Alma almaya bənzər”, “Bir ailə”, “İstintaq”, “Qaynana”, “Qəm pəncərəsi”, “Sən niyə susursan?”, “Qaraca qız”, “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”, “Dərviş Parisi partladır”, “Romeo mənim qonşumdur”, “Dəli Kür”, “Bəyin oğurlanması”və s. filmlərdə özünün aktyorluq məharətini nümayiş etdirən Mirzə Babayev bu lentlərin yaddaşında əbədiyyət qazanıb. Elə filmlər də var ki, özü orada olmasa da, xoş səsi, şux nəğmələri eşidilməkdədir. Hətta bəzən bu mahnılar o qədər təsirli alınaraq yerinə düşüb ki, həmin filmlər o səsə, o nəğmələrə görə daha çox yadda qalıb. Məsələn, “Onu bağışlamaq olarmı?”, “Ulduz”, “Gün keçdi” və s. filmlərdə biz bunun şahidi oluruq.
Çoxşaxəli yaradıcılıq yolu keçən Mirzə Babayev sənətə memar kimi başlamışdı. Onun bu sahədə də xalqımıza töhfələri vardı. O, Azərbaycan Memarlıq İnstitutunun üzvü idi. Mirzə Babayev Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin tərtibatında yaxından iştirak etmişdi. Bu ədəbiyyat məbədinə yolu düşənlər bir daha Mirzə Babayevin rəssamlıq istedadının şahidi ola bilərlər.
Xalq tərəfindən böyük məhəbbətlə sevilən, hər yerdə rəğbətlə qarşılanan Mirzə Babayevin milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb, Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Respublika Prezidentinin fərdi təqaüdçüsü olub, bir sıra orden və medallarla, o cümlədən, “Şöhrət” ordeni ilə təltif edilib.
Mirzə Babayevin çox məşhur olan “Kimlər gəldi, kimlər keçdi...” adlı bir mahnısı var. Dahi sənətkarın oxuduğu bu mahnı bir növ onun nəğmələrinin simvolu idi. Sanki o, ifa etdiyi bütün əsərlərə o mahnıdan gələn bir zəriflik, eyni zamanda, incə bir həzinlik bağışlayırdı.
Oktay
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42

