Kürmükoba bayramı
23.11.2023 [11:48]
Sahib
Bu gün "Kürmükoba" bayramı qeyd olunur.
Kürmükoba bayramı — Azərbaycan və gürcü xalqlarının nümayəndələri bir araya gələrək yaz və payızın gəlişini birgə el mərasimlərilə qeyd etməsidir. Ənənəvi olaraq Qax rayonunun Kürmük deyilən ərazisində təşkil olunur. Hazırda mayın 6-da və noyabr ayında dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı Kürmük məbədini ziyarətə gəlir. Zəvvarların sırasında başqa bölgələrdən, qonşu ölkələrdən gələnləri də görmək mümkündür.
Bu bayramın tarixçəsi əslində Kürmük məbədi və onun yerləşdiyi ərazi ilə sıx bağlıdır. Bayramın tarixi köklərinin qədim olması, bayramda bir çox adətlərin və fərqli dinlərə malik ayinlərin işlənməsi ilə xarakterikdir. Bayramın kökündə fərqli inanclar durur. Diqqəti çəkən məqamlardan biri bayramın yaz və payız aylarında keçirilməsidir. "Kürmük Oba Bayramı" məbəd yolundan başlayır və məbədin ziyarətilə başa çatır. Əsas məbədə aparan yolun üstündə, iri qapını xatırladan nəhəng qara daş var. Qara daşın üzərində olan bu çökəklə bağlı əfsanəyə görə bura hələ İsa Məsihin sağlığında kilsə olub. Peyğəmbər çarmıxa çəkiləndə qapılar daşa çevrilərək, birdəfəlik bağlanıb. Başqa bir inanc isə bizə Zərdüştlükdən xəbər verir. Zərdüştlük cizgiləri daşıyan başqa bir inanca görə isə qara daşın içində qızıl xoruz yaşayır. İldə bir dəfə, payızda, noyabr ayında gecə göydən enən mələk qara daşın qapılarını aralayır. Səhər isə yenidən bağlayır. Səhərə qədər o mağaraya girə bilən adam xoşbəxtlik və ölümsüzlük qazanır.
Müasir araşdırmalar nəticəsində əldə olunan digər nəticələrdən biri də bu ərazinin müqəddəs yer olmasına səbəb Kitabi Dədə Qorqud qəhrəmanı Bəkilin dastanda göstərildiyi ərazinin məhz Qaxın bu ərazisi olmasıdır.
İlisu sultanlığını işğal edən Çar Rusiyası xristianlığı yaymaq üçün qədim məbədin üzərində yeni kilsə Müqəddəs Georgi kilsəsini tikmişdir. Kilsənin inşa tarixi 1873-cü ilə aiddir. Kilsənin inşasında əsas məqsəd insanların qədim adət və inanclarından istifadə edərək xiristianlığı geniş yayılmasına nail olmaq idi.
Bu gün insanlar evlərində yemək tədarükü görür, bir qismini isə məbədə gətirir. Onlar xoruz və ya qoyun qurbanlarını buraya gətirir. Bu gün nəhəng qara daşın əlçatan yerlərində yandırılan şamların qara hisi, daşın his basmış, yapışqanlı səthi insanların hələ də bu yerə olan etiqadlarını qoruyub-saxladıqlarından xəbər verir. Qara daş aralananda oradan qızıl xoruzun çıxacağına, uçub hansısa bəxtəvərin çiyninə qonacağına inanan əhali hələ də gətirib məbədin həyətinə xoruz buraxır və ya xoruz qurban kəsir. Maraqlı adətlərdən biri də diləklərinin həyata keçməsi üçün məbədə gedən yolu insanlar ayaq yalın getməsidir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

