Kosmosda yeni yaranan qalaktikalar aşkar edilib
23.11.2023 [12:21]
Keçən il fəaliyyətə başlayan “James Webb” kosmik teleskopu kainatın ən erkən qalaktikalarından bəziləri ilə bağlı əsaslı müşahidələr aparıb. Astronomlar yeni yaranan bu qalaktikalar haqqında daha geniş məlumatlar əldə ediblər və onları “yeniyetmələr” adlandırırlar.
AZƏRTAC “Astrophysical Journal Letters” nəşrinə istinadla xəbər verir ki, tədqiqatçılar kainatı formalaşdıran və təxminən 13,8 milyard il əvvəl - Böyük Partlayış hadisəsindən təxminən 2-3 milyard il sonra yaranan qalaktikalara diqqət yetiriblər. Tədqiqat zamanı 23 “yeniyetmə” qalaktikanın xüsusiyyətlərinin mürəkkəb mənzərəsini çəkmək üçün onların kimyəvi tərkibindən yayılan müxtəlif dalğa uzunluqlarında işıq selindən edilən məlumatlar qiymətləndirilib.
İllinoys ştatının Şimal-Qərb Universitetinin fizika və astronomiya professoru Allison Strom deyir: “Bu “yeniyetmə” qalaktikaların çox unikal kimyəvi DNT-si var ki, bu da onların xeyli sayda ulduz əmələ gətirdiyini göstərir. Onlar artıq kifayət qədər böyüyüblər, lakin inkişaf prosesi hələ də davam edir”.
Tədqiqatçıların fikrincə, onlar hələ tam formalaşan qalaktikalar kimi görünmür və ya hərəkət etmir. Karneqi rəsədxanalarında aparılan tədqiqatın rəhbəri Qven Rudi deyir: "Onlar bu zaman ərzində bəzi mühüm proseslərdən keçirlər, biz hələ bir çoxunu başa düşmürük və tezliklə daha yaxşı anlayacağımıza ümid edirik”.
“Yeniyetmə” qalaktikaların ulduz əmələ gətirən bölgələrində aşkar edilən qaz bugünkü qalaktikalarda müşahidə ediləndən daha çoxdur və temperatur təxminən 13.350 dərəcə Selsidir. Onların tərkibində səkkiz element - hidrogen, helium, oksigen, azot, kükürd, arqon, nikel və silikon olduğu aşkar edilib. Allison Strom bildirir ki, bu qalaktikalarda oksigen olması diqqətəlayiqdir və o, həm də kainatda (hidrogen və heliumdan sonra) üçüncü ən çox yayılmış elementdir. Onun sözlərinə görə, onların tərkibində nikelin olması təəccüblüdür, çünki, hətta çox yaxın qalaktikalarda belə onu görmək müşkül olur. “Hidrogen və heliumdan daha ağır elementlər əsasən ulduzlarda əmələ gəldiyi üçün qalaktikaların nədən ibarət olduğunu bilmək bizə onların keçmişdə neçə ulduz əmələ gəldiyini və bunun nə qədər tez baş verdiyini öyrənməyə kömək edir”, - deyə Strom bildirib.
2021-ci ildə istifadəyə verilən və keçən il məlumat toplamağa başlayan “James Webb” teleskopu ilkin kainat anlayışını yenidən formalaşdırır. Yeni araşdırma uzaq qalaktikaların kimyasını araşdırmaq üçün ondan istifadə edən CECILIA tədqiqatının ilkin nəticələrini təqdim edir.
Astronomlar qeyd edirlər iki, kosmik teleskopun ilk qalaktikalardan bəzilərini görmək imkanı verməsi həyəcanvericidir, amma onlar haqqında çox şey söyləmək imkanı məhduddur.
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01

