37 yaşlı “dişlənmiş alma”
01.04.2023 [11:40]
Biri avtomobilini, digəri isə bahalı kalkulyatırını satıb balaca maşın qarajında dünyanın ən tanınmış şirkətlərindən birini qurdu. Söhbət bu gün 37 yaşını qeyd edən “Apple” kompaniyasından gedir. Qərargahı ABŞ-ın Kaliforniya ştatındakı Kupertino şəhərində yerləşir. 100 mindən çox işçisi olan “Apple” hazırda “iPhone” smartfonları, “iPad” planşetləri, “iMac” kompüterləri, “MacBook” noutbukları və digər yüksək texnologiyalı avadanlıqlar istehsal edir. Sözügedən şirkət 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biridir.
Cazibə qanunu, yoxsa meyvə sevdası?
Şirkəti qurmazdan öncə tərəfdaşlar “Atari” firmasında tanış olublar. Şirkətin ilk məhsulu Voznyak tərəfindən hazırlanmış və əl istehsalı olan “Apple” I kompüteridir. Tanındıqdan qısa müddət sonra 666,66 ABŞ dollarına satışa çıxdı. Voznyak daha sonra 666 rəqəmində təsadüfi işarəsindən xəbərsiz olduğunu və “təkrarlanan rəqəmləri” xoşladığı üçün bu qiymətə satdığını söylədi. Taxta qutuda olan və hələ də işlək vəziyyətdə olan nadir “Apple 1” kompüteri o vaxt istehsal olunan 200 cihazdan biridir. “Apple”-nın ilk istehsal etdiyi o kompüterlərdən biri Amerikada hərracların birində nə az nə çox, düz 905 min dollara satıldı. İlk vaxtlar kompüter istehsalı ilə başladığı üçün şirkət adında “kompüter” sözünü daşıyırdı, lakin istehsal şəbəkələrinin genişlənməsindən sonra bu vəziyyət dəyişdi. Adının “Apple” olması insanlarda maraq yaradır. Səbəbi isə Stivdir. Belə ki, Stiv “Apple” şirkətini qurduğu zamanlarda fruktorian (yalnız meyvə ilə qidalanan) idi. Ən çox sevdiyi meyvə isə alma olub. Şirkətin bu ada layiq görülməsinin ikinci səbəbi almanın cazibə simvolu olmasıdır. Üçüncü səbəb isə ondadır ki, “Apple” qurulduğu günə qədər Stiv “Attari” şirkətində işləyirdi. Şirkətin adını “Apple” qoyaraq siyahılarda əlifba sırası ilə Attaridən öndə olmasını istəyirdi. Həmçinin Cobs şirkətə 6 saat ərzində ad tapılmadığı təqdirdə, onun adını Alma (“Apple”) olacağını deyib. Şirkətin ilk loqosunda İssak Nyuton və başına düşən alma əks etdirilib. Az müddətdən sonra loqonun həddindən artıq qəliz olmasına görə şirkət yeni loqo fikirləşib. Hazırkı loqoda almanın dişlənmiş olması pomidorla səhv salınmaması üçündür. “Apple” dəqiqədə təxminən 300 min dollar qazanır. Yüksək reytinqlərdə olan kompaniyanın özünəməxsus satış siyasəti var. Məsələn, “Apple”-nin siyasətinə görə istifadəçilərə cihazların yanında siqaret çəkməyə icazə vermir, çəkilən halda isə zəmanət itir. Əslində, şirkətin bu fikri onun sağlamlıq barədə təşəbbüsündən irəli gəlir. Əgər “Apple”-nin istehsalı olan “iPhone” reklamlarına diqqət etmisinizsə, vaxt 9:41-i göstərir, çünki 2007-ci ildə həmin saatda Stiv Cobs ilk dəfə “iPhone”-u təqdim etmişdi. “Apple”-nin ağıllı köməkçisi SİRİ ilə məsləhətləşən zaman isə unutmayın ki, dediyiniz hər şey “Apple”-nə göndərilərək analiz edilir, məlumat bazasında saxlanılır.
Manhattanda 5-ci prospektdə yerləşən “Apple Cube” dünyanın ən çox fotoşəkil çəkilən yerlərindən biridir. “Apple” rəsmi olaraq 25 ölkədə 500-dən çox mağazaya malikdir Hazırda bu şirkət bazar kapitallaşmasına görə dünyada birinci yeri tutur. Onun 2017-ci il sentyabrın 5-nə olan ümumi dəyəri 850 milyard dollar dəyərləndirilirdi.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

