Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Azərbaycanın müdafiə naziri Hulusi Akarla görüşüb

Azərbaycanın müdafiə naziri Hulusi Akarla görüşüb

16.04.2025 [20:53]

Aprelin 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik Z.Həsənov qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin Azərbaycan və Türkiyə arasında bütün sahələrin, o cümlədən hərbi əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

H.Akar öz növbəsində Azərbaycana cari ildə ilk səfərindən razılıq ifadə edib, hər zaman olduğu kimi göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən qonaq Azərbaycan və Türkiyənin strateji müttəfiqlik səviyyəsinə çatan hərbi əlaqələrinin daim inkişaf etdiyini xüsusi vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran, o cümlədən regional təhlükəsizliyə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1008 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30