Ölkəmizə olan etimad nümunəsi!
21.12.2023 [11:00]
Beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycanda...
Bu gün dünyada söz sahiblərindən birinə çevrilən Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi ilə diqqət çəkir. Ölkəmiz beynəlxalq tədbirlərin təşkili və belə tədbirlərdə iştirak baxımından olduqca mühüm məsələlərlə yadda qalır. Azərbaycan 2024-cü ildə dünyanın ən böyük beynəlxalq konfransı olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP 29-a ev sahibliyi edəcək.
Xüsusilə son illər dünyada beynəlxalq təşəbbüslərin lideri olaraq tanınan Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun göstəricisidir. Pandemiya dövründə peyvəndin bərabər bölünməsi və kasıb ölkələrin peyvəndə əlçatanlığının təmini barədə ölkəmizin çağırışları ilə əlaqədar BMT-nin xüsusi sessiyasının çağırılması bütün dünyaya bəllidir. Peyvənd millətçiliyinə son qoyulması və kasıb ölkələrin peyvəndə əlçatanlığının təmini məsələsinə diqqət çəkilməsində Azərbaycanın oynadığı rol olduqca mühümdür.
Qeyd edək ki, təşkilata üzv olan ölkələr COP 29-un gələn il Azərbaycanda keçirilməsinə namizədliyimizi dəstəkləyib. Yekdil qərar əsasında tədbirin Azərbaycanda keçirilməsi mümkün olacaq. Konfransın keçirilməsi üçün Azərbaycanın namizədliyinin dəstəklənməsi, həm də ölkəmizin dünyada artan nüfuzunun əyani təzahürüdür.
Beynəlxalq təşkilatlarla əməkdaşlığa töhfə...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən politoloq Zaur Məmmədov Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyində böyük təcrübəsi olduğunu söyləyib. Onun sözlərinə görə, ölkəmizin müxtəlif beynəlxalq tədbirlərdə aparıcı rol oynaması Respublikamızın dünya birliyinə inteqrasiyası üçün əsas zəmin rolunu oynayır: “Azərbaycanın daha əvvəl ev sahibliyi etdiyi Beynəlxalq Astronavtika Konqresi, Qoşulmama Hərəkatının iclası, Humanitar Forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər tədbirlər bu sahədə bizə beynəlxalq təcrübə qazandırıb. Gələn il növbəti dəfə ölkəmiz dünyanın diqqətində olacaq. COP29-un yüksək səviyyədə təşkili həm də Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirəcək. Bütün bunlar Azərbaycanın region həmçinin digər ölkələrlə əməkdaşlığınının gücləndirilməsində mühüm əhəmiyyətə malikdir”.
Qoşulmama Hərəkəti Azərbaycanın sədrliyi ilə yüksəldi
Politoloq qeyd edib ki, Azərbaycan həmçinin iqlim dəyişikliyi ilə bağlı beynəlxalq forumlarda da fəal iştirak edir: “Ölkəmiz iqlim dəyişikliyi ilə bağlı təşəbbüslərini inkişaf etdirməyə davam etsə də, bu aktual problemin effektiv həlli üçün qlobal miqyasda davamlı səylərə və əməkdaşlığa ehtiyac var. Bu səbəbdən də COP29 xüsusi əhəmiyyət daşıyır. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük təşkilat olsa da, onun beynəlxalq arenada nüfuzu Azərbaycanın sədrliyi dövründə yüksəldi, qlobal miqyasda önəmli bir qurum oldu. Bu cəhətdən, COP29-a evsahibliyi “yaşıl enerji”nin inkişafına və ətraf mühitin qorunmasına xidmət edən əhəmiyyətli bir tədbir kimi yadda qalacaq. Eyni zamanda, Azərbaycanı qlobal iqlim müzakirələrində ön sıralara çıxaracaq. Belə mötəbər tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsinə, iqlimlə bağlı məsələlərdə müxtəlif xalqlarla yüksək səviyyəli diplomatik dialoqlar aparılmasına əsas yaradır.
Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayaraq iqlim məsələlərində regional əməkdaşlığı inkişaf etdirmək üçün COP29-dan istifadə edəcək. Bu, qonşu ölkələr arasında əməkdaşlığı təşviq edərək iqlimə davamlılıq və təsirlərin yumşaldılması istiqamətində kollektiv səyləri də canlandıracaq”.
Xarici siyasətimizdəki növbəti uğur...
Z.Məmmədovun sözlərinə görə, ölkəmizin COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Prezidentin növbəti təntənəli qələbəsidir: “Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Dövlət başçısı Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu günbəgün artmaqdadır. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, beynəlxalq təşkilatlarla, eləcə də müxtəlif ölkələrə uğurlu əməkdaşlıq ölkəmizə olan hörməti daha da artırıb”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45

