Çoxşaxəli əməkdaşlığın yeni modeli
01.09.2023 [11:33]
Azərbaycan dünyanın maraq dairəsindədir
Günel ABBAS
Bu gün Azərbaycan dünyada tam müstəqil siyasət yürüdür, özünün siyasi dəst-xətti, dövlətçilik siması, tərəqqi yolu ilə nüfuz qazanır. Bununla yanaşı ölkəmiz həm də milli inkişaf strategiyasını, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyasını, vahid ideologiyasını uğurla formalaşdırıb. Dövlətimizin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi prinsiplərin reallaşdırılması istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq tam gerçəkləşdirilməsini təmin edib.
Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verib.
Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
Ölkəmiz hazırda dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT, ATƏT, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar, habelə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İngiltərə və digər dövlətlərlə sıx əməkdaşlıq edir.
Bu əlaqələri, eyni zamanda, Azərbaycanın mövcud təhlükəsizlik mühitində ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə qarşı mümkün təhdidlərin nəzarət altında saxlanması və aradan qaldırılmasını zəruri edir.
Politoloq İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan bir çox sahələrdə olduğu kimi, region ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində də reform və islahatlar siyasətinin davamlı tərkib hissəsi olaraq xüsusi addımlar atır: “Strateji əməkdaşlıq imkanlarını yüksək səviyyədə dəyərləndirərək, son dövrdə Avropa Birliyi və onun institutları ilə, Birləşmiş Millətlər Təşkilatı və onun müvafiq qurumları ilə sıx əməkdaşlıq imkanlarını və perspektivlərini genişləndirmək istiqamətində addımlar atmaqdadır. O cümlədən Azərbaycan dövləti özünün həyata keçirdiyi qısamüddətli və uzunmüddətli layihə və proyektlərdə xarici siyasətdəki mühüm faktor kimi əsas milli amili ön planda tutmaqdadır.
Prezident İlham Əliyevin müvafiq qərarına uyğun olaraq Xarici İşlər Nazirliyi də, müvafiq qurumlar da ölkəmizin milli maraqlarının qorunması istiqamətində lazım addımlar atır. 44 günlük İkinci Qarabağ döyüşündən sonra Cənubi Qafqazda sabitliyin bərpa olunması ilə regionda geostrateji lider kimi Azərbaycan dövləti vacib addımlar atır. Şübhəsiz ki, dünya ictimaiyyəti, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən də yürüdülən siyasət yüksək qiymətləndirilməkdədir”.
Politoloq qeyd edib ki, son dövrlər ölkəmizə olan marağın və inamın nəticəsində Azərbaycan dövlətinə bir çox sahələrdə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı təkliflər artmaqdadır: “Bu da Azərbaycan dövlətinin güvənilir bir dövlət, ölkə başçısı İlham Əliyevin güvənilir bir şəxsiyyət, dövlət xadimi, ölkə rəhbəri olması və eyni zamanda dünya liderləri arasında xüsusi çəkiyə malik olmasının da bariz nümunəsidir. Bu baxımdan, əlbəttə ki, dünya birliyinə inteqrasiya prosesinin sürətlə getdiyini biz sadəcə görmürük, eyni zamanda bu dövrün müasirləri olaraq hər birimiz öz sahəmizdə hiss edir və yaşayırıq. Şübhəsiz ki, Azərbaycan dövləti atmış olduğu bütün addımlarını beynəlxalq hüquq normalarına əsaslanaraq, ədalət prinsipinə söykənərək, ən əsası ölkəmizin milli maraqlarını rəhbər tutur. Bu da yalnız və yalnız Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmətin vacib bir nümunəsidir ki, dövlət başçımızın rəhbərliyi altında bu, həyata keçirilir”.
İ.Hüseynov hesab edir ki, indiki Ermənistan ərazisindən, əslində isə öz tarixi ata-baba yurdundan deportasiya edilmiş soydaşımız öz vətənlərinə dönəcək: “Dünya ictimaiyyəti bilir ki, həmin soydaşlarımız erməni vandallığının və Ermənistanın faşist siyasətinin nəticəsində öz yurdlarından köçürülüb. Biz şahid olduq ki, Azərbaycan dövlətinin qətiyyəti və iradəsinin nəticəsi olaraq Qarabağ müharibəsində uğur qazandıq. Beynəlxalq hüquq, norma və prinsipləri çərçivəsində Qərbi Azərbaycandan gələn soydaşlarımızın da yaxın gələcəkdə öz yurduna-yuvasına dönməsi ilə bağlı atılan addımlarda da biz yeni-yeni uğurların, nəticələrin də şahidi olmuş olacağıq.
Azərbaycan hüquqi dövlətdir. Ölkəmiz demokratik təsisatlara əsaslanmaqdadır. Azərbaycan dövləti ölkə rəhbərimizin başçılığı altında Avropaya və dünyaya inteqrasiya prosesini xüsusi çəki formatında həyata keçirməklə bərabər, öz milli maraqlarını qoruyan milli unitar bir dövlətdir. Əminəm ki, yaxın gələcəkdə biz bu prosesin yüksələn xətlə inkişafının nəticəsi olaraq ölkəmizin daha da güclənməsinin, qüdrətlənməsinin, nüfuzunun və gücünün daha da artmasının şahidi olacağıq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22

