Ailə dəyərlərimiz arxa plana keçməməlidir...
23.08.2023 [10:55]
Yeganə BAYRAMOVA
Bəziləri elə başa düşür ki, gender deyəndə yalnız qadın hüquqları qorunmalı və təbliğ edilməlidir. Ona görə də bu yöndə səhv təbliğat aparırlar. Bu da ifrat feminizmə gətirib çıxarır və nəticədə ailə institutlarımızda problemlər yaranır. Ancaq gender təbliğatı elə aparılmalıdır ki, yalnız qadınların deyil, kişilərin də hüquqları tapdalanmasın, eyni zamanda, ailə dəyərlərimizlə bağlı hüquqlar qorunsun.
Son vaxtlar tez-tez gender problemindən danışılır. Yerli televiziyalarda ailə problemləri, o cümlədən də gender bərabərliyi kimi məsələlər vaxtaşırı çözülür. Ailələrdə, cəmiyyətdə baş verənlər müzakirəyə çıxarılır. Demək olar ki, sosial proqramların əksəriyyətinin mövzusu ailədir. Lakin indiki dövrdə cəmiyyətdə qadınların zorakılığa məruz qalması o demək deyil ki, yalnız kişilər günahkardır. Qarşılıqlı hörmət və anlayış əsasında ailədə həll edilməyəcək problem yoxdur. Hər iki tərəf danışıq aparmaq bacarığına, qarşı tərəflə ünsiyyət qabiliyyətinə malik olmalı, biri-birini dinləməyi bacarmalıdır. Belə olduğu halda gender bərabərliyi və “sağlam” ailənin mövcudluğundan danışmaq mümkündür.
Azərbaycan gender bərabərliyinin təmini üçün bəzi beynəlxalq konvensiyalara qoşulub. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrıseçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyaya qoşulub. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən Konvensiyanın digərlərindən fərqi burda sadəcə, cinsi əlamətə görə qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğvinin nəzərdə tutulmasıdır. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir. 2001-ci ildə isə Azərbaycan ona aid Fakültativ Protokolu ratifikasiya edib. 1998-ci ildə ulu öndər Heydər Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə sərəncam imzalayıb. 2000-ci ildə ölkə başçısı “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən psixoloq Aynur Ələkbərova bildirib ki, biz gender bərabərliyinə qadın hüquqlarının müdafiəsi kimi yanaşsaq, Azərbaycan cəmiyyətində qadın hüquqları xüsusilə XX əsrdən etibarən yeni müstəviyə qədəm qoyduğunu söyləyə bilərik: “Təsadüfi deyil ki, Avropa cəmiyyətlərindən əvvəl məhz Azərbaycanda qadınlara seçki hüququ verilib. Yəni, bunu qəfil qəbul edilən qərar kimi səciyyələndirmək olmaz. Bu, Azərbaycan cəmiyyətində qadına göstərilən qayğı və diqqətin məntiqi yekunu idi. Ona görə də ölkədə yalnız istisna hallarda hansısa ailələrdə qadınla kişinin uyğunsuzluğu bütün Azərbaycan cəmiyyətində həmin mentallığın mövcud olmasına dəlalət etmir. Hesab edirəm ki, ölkəmizdə gender bərabərliyi tarixən özünəməxsus formada inkişaf edib, lokal xarakter daşıyır və ya regional modelə malikdir. Mövcud gender bərabərliyi modeli Avropanın təqdim etdiyi modeldən fərqli olsa da, Azərbaycan əxlaqının, milli mənliyinin və ailə institutunun üzərində qurulub. Əgər biz bu modeli zorakı şəkildə Avropa modeli müstəvisinə keçirmək istəsək, Azərbaycan ailələri və ailə institutunun təməli yerlə-yeksan olar. Bu, kifayət qədər həssas məsələdir”.
Psixoloqun sözlərinə görə, müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın: “Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı böyük layihələr uğurla icra olunub. O, Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Ölkəmizdə rəhbər vəzifədə olan qadınlarımızın sayı çoxdur. Hazırda ölkəmizdə qadınlar dövlət və özünüidaretmə orqanlarında, özəl sektorda yüksək postlarda təmsil olunurlar. Milli Məclisin sədri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət İmtahan Mərkəzinin, Ombudsman aparatının da rəhbəri qadınlardır. Bununla yanaşı, dövlətin güc strukturlarında çalışan, yüksək rütbəli rəhbər vəzifə sahibi olan yüzlərlə qadın var. Müxtəlif qurumlarda təmsil olunan, rəhbər vəzifələrdə çalışan qadın mütəxəssislərin Azərbaycanda gender balansının tarazlığı ilə bağlı fikirləri birmənalı şəkildə müsbətdir. Hazırda Azərbaycanda qadınlar dövlət və özünüidaretmə orqanlarında, eləcə də özəl sektorda yüksək vəzifələrə sahibdirlər”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55

