Hüquqi islahatların müəllifi
02.08.2023 [10:50]
Günel ABBAS
Heydər Əliyevin təşəbbüsü ilə yaranan Ombudsman aparatının fəaliyyət istiqaməti
Azərbaycanda demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması, insan hüquqlarının inkişafı ilə bağlı hüquqi islahatların həyata keçirilməsində ulu öndər Heydər Əliyevin müstəsna rolu var. Heydər Əliyev tərəfindən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrin inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmiz çoxsaylı uğurlara imza atmaqdadır.
Azərbaycan XX əsrin sonlarında öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi ümumbəşəri dəyərlərə əsaslanaraq demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmiş, lakin müstəqilliyinin ilk illərində çox böyük çətinliklərlə qarşılaşıb. Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra bu sahədə kompleks tədbirlər həyata keçirilib və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Ombudsman Səbinə Əliyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, müasir dövrdə qanunun aliliyi prinsipinə əməl olunması hüquqi dövlətin əsas əlamətlərindən biri kimi xarakterizə olunur: “Bu nöqteyi-nəzərdən cəmiyyət həyatının bütün sferalarını əhatə edən ictimai münasibətlərin hüquqi cəhətdən nizama salınması ilə bağlı islahatların həyata keçirilməsi daim öz aktuallığını qoruyub saxlayır. Bu bir həqiqətdir ki, demokratik hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları sahəsində davamlı islahatların həyata keçirilməsi müasir standartlara cavab verən qanunvericilik bazasının olmasını şərtləndirir. Dünyanın qabaqcıl ölkələrinin müsbət təcrübəsi nəzərə alınmaqla insan hüquq və azadlıqlarının müdafiəsində səmərəli mexanizm kimi çıxış edən Ombudsman təsisatının yaradılması da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı nəticəsində ölkəmizdə məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılaraq səmərəli fəaliyyət göstərməsi üçün hüquqi və maddi-texniki bazanın formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Belə ki, 2001-ci il 28 dekabr tarixində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olunub, 2002-ci il 5 mart tarixində onun tətbiq edilməsi barədə Fərman imzalanıb, 2002-ci il 2 iyul tarixində bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilib, bundan bir qədər sonra - 2002-ci il 28 oktyabr tarixindən isə Ombudsman Aparatında müraciətlərin qəbuluna başlanılıb”.
Onun sözlərinə görə, insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda, onların bərpası üçün səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə ölkə Prezidentinə müraciət etmək, Milli Məclis qarşısında məruzə ilə çıxış etmək, dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək, şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək Ombudsmanın səlahiyyətlərinə aiddir.
S.Əliyeva qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılaraq aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən müstəqil bir qurum olan Ombudsman təsisatı 20 ildir bu istiqamətdə fəaliyyət göstərir: “Hazırda fəaliyyətini ümumbəşəri prinsiplər əsasında davam etdirən təsisat cəmiyyətdə hüquqi şüurun, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, idarəetmənin daha da demokratikləşdirilməsi prosesinin sürətləndirilməsinə öz töhfəsini verməkdədir. Sevindirici haldır ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın isə fəal dəstəyi ilə yeni dövrün prioritet çağırışlarına uyğun şəkildə davam etdirilir. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan insan hüquqları sahəsində mühüm nailiyyətlər əldə edərək bir çox parametrlər üzrə inkişaf edən ölkələr sırasında layiqli yerlərdən birini tutub.
Aparılan hüquqi islahatlar çərçivəsində ötən dövr ərzində ölkəmizin hərtərəfli, daha dinamik inkişafına xidmət edən yeni dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, strateji yol xəritələri kimi mühüm sənədlər təsdiq edilərək icra olunmuş, dövlətimiz insan hüquq və azadlıqları sahəsində çoxsaylı beynəlxalq müqavilələrə tərəfdar çıxmış və bu proses hazırda da davam etdirilməkdədir. Son illərdə qanunvericiliyə edilmiş dəyişikliklər Ombudsmanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiq edilməsinə, bununla da təsisatın beynəlxalq nüfuzunun artırılmasına yönəlib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun məntiqi davamı kimi həyata keçirilən islahatlar nəticəsində ölkəmiz yeni dövrün çağırışlarına, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bundan irəli gələn tövsiyələrə uyğun olaraq insan hüquqlarının təmini sahəsində daha da inkişaf edəcək və xalqımız yeni uğurlara imza atacaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

