Gənclərin milli dəyərlərimizin təbliğindəki rolu...
15.07.2023 [12:20]
Günel ABBAS
Hər bir xalqın tarixi onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin müxtəlif dövrlərində müəyyən işğallara, istilalara, hətta müxtəlif xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə mənəvi-ideoloji baxımdan özünün milli kimliyini qoruyub. Müstəqillik əldə etdikdən sonra isə milli-mənəvi dəyərlərimizin sistematik formada konseptuallaşdırılması, mühafizə və təbliğ edilməsi vəzifəsi xalqımızın qarşısında başlıca məsələ kimi dayanırdı. Bunun üçün isə sistemləşdirilmiş dövlət dəstəyi və qayğısı mütləq şərt idi.
Azərbaycan xalqının ?mummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu istiqamətdə xüsusi strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi. Milli-mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin təşkilatçısı və iştirakçısı olduğu sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycandakı milli azlıqların - müxtəlif xalqların nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya cəlb olunması mövcud strategiyanın praktik olaraq ana xəttini təşkil etdi.
Hazırda isə bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə modernləşdirilmiş formada davam etdirilir. Həyata keçirilən iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin də inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir.
Müasir dövrdə - qloballaşma şəraitində hər bir ölkənin milli inkişaf siyasətinin əsasında dayanan fundamental faktorlardan biri isə milli-mənəvi dəyərlər əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsidir. Şübhəsiz, bu, sistemli və çoxşaxəli məsələ kimi çıxış etdiyinə görə özündə bir çox məsələləri ifadə edir. Bu məsələnin Azərbaycan təcrübəsinə yanaşma üçün bir sıra mühüm nüanslara diqqət yetirmək gərəkdir.
Azərbaycan xalqı sahib olduğu mənəvi dəyərləri zənginləşdirərək, müasir çağırışlarla uzlaşdıraraq yaşatmaqdadır. Xalqımıza məxsus milli-mənəvi dəyərlər əsrlərdən keçərək bu günümüzə qədər gəlib çatıb. Buna təkan verən ən mühüm amillərdən biri isə həm də ötən müddət ərzində tariximizə, milli irsimizə göstərilən diqqət və qayğıdır. Bəlli olduğu kimi, milli dəyərlərin ən mühüm daşıyıcısı komponentlərindən biri məhz milli mədəniyyətdir. Milli mədəni dəyərlərin nəsildən-nəslə ötürülməsi həm də onun qorunması, yaşadılması deməkdir. Milli dəyərlərin təbliği təhsildə, milli ideologiyada, qanunvericilikdə, cəmiyyətdaxili münasibətlərdə və demək olar ki, bütün sahələrdə geniş əksini tapır və yeni nəslə uğurla ötürülən dəyərlər mədəniyyətimizin varisliyini təmin edir.
Prezident İlham Əliyev öz çıxışlarında hər zaman Azərbaycan xalqının milli-mənəvi dəyərlərə sadiq olduğunu söyləyir. Milli-mənəvi dəyərlər bizi bir xalq kimi qoruyub saxlayıb və bu gün, müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz bu dəyərlər üzərində həyata keçirilir. Şübhəsiz, mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hətta bəzi hallarda assimilyasiyaya uğradığı indiki qloballaşan dünyada Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi irsimizin öyrənilib, qorunub saxlanma səviyyəsindən asılı olacaq. Bu amil isə hətta bizim Əsas qanunumuzda öz əksini tapır - milli irsimizin mühafizəsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində belə təsbit olunur: “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”.
Vurğulamaq gərəkdir ki, Azərbaycandakı dövlət quruculuğu prosesi daha böyük anlamda milli dəyərlərə söykənsə də, bu, heç də bəşəri dəyərlərin inkar olunması demək deyil. Çünki öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır. Bildiyimiz kimi, Azərbaycan dünya mədəniyyətinə açıq olmaqla Qərbə inteqrasiya edən bir dövlətdir. Müasir qloballaşma prosesinin təsirləri burada da özünü göstərir - amma qloballaşma çərçivəsində dünya mədəniyyətinin tərkib hissəsi olmaq milli özünəməxsusluğun, milli mədəniyyətin və dəyərlərin itirilməsi ilə müşayiət olunmamalıdır. Milli şüura və milli mədəniyyətə sahib olan cəmiyyətin yetişməsi qloballaşma mühitində milli-mənəvi dəyərlərin, dövlətçiliyin əhəmiyyətini inkar edən düşüncə tərzinin yayılmasının qarşısını alır. Bu gün Azərbaycan dövlətinin bu məsələdə mövqeyi də dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin qorunmasından ibarətdir.
Qeyd olunduğu kimi, bu baxımdan gənclərin milli-mənəvi dəyərlər əsasında - milli ruhda tərbiyə alması vacib məsələdir. Dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində aktiv - dinamik iş??rakçı kimi yer alır. Əlbəttə, burada mədəniyyətin və dəyərlərin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biridir. Beləliklə, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa strateji töhfələr verir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

