Hüquq və azadlıqlar necə qorunur?
04.05.2023 [10:45]
Nicat Dilqəmli
Demokratik cəmiyyətlərin əsas göstəricilərindən biri də insanların hüquq və azadlıqlarının təmini və qorunmasıdır. Mərkəzində vətəndaşının dayandığı siyasəti özü üçün dövlət siyasəti olaraq müəyyən edən Azərbaycanda da insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyasında da insan hüquq və azadlıqlarının mühüm rolu və yeri var. Bu gün isə Ümummilli Liderin müəllifi olduğu bu siyasət onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə təmin etdirilir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən ölkə başçımızın birbaşa tövsiyəyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Başqa sözlə, insan hüquqları və azadlıqlarının təmin olunması məsələlərinə ölkəmizdə xüsusi diqqət yetirilir və onların reallaşdırılması istiqamətində Azərbaycan dövləti məqsədyönlü siyasət həyata keçirir.
Müasir Azərbaycan dünya birliyinin humanitar sahədə qəbul etdiyi əsas standartlarını tanıyaraq, öz üzərinə insan hüquqlarının təmin edilməsi və müdafiəsinə dair öhdəliklər götürür. Azərbaycanın konstitusion inkişafının müasir mərhələsini səciyyələndirən əsas xüsusiyyətlərdən birini məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sisteminin daim təkmilləşdirilməsi təşkil edir.
“1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı bir çox sahələrdə irəliləyişlərin qeydə alınması ilə yanaşı, hüquqi dövlət qruculuğu prosesinin əsasının qoyulması ilə də nəticələndi. Bu mənada, müasir Azərbaycanda insan hüquq və azadlıqlarının təmini ilə bağlı institusional addımların atılması, Konstitusiyanın qəbulu və fundamental insan azadlıqlarının təmini məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu səsləndirib.
Deputat qeyd edib ki, Azərbaycanın demokratik inkişafının əsas elementi rolunda çıxış edən ölkə Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin əsasını təşkil edir. E.Mirbəşiroğlu fikirlərinə belə davam edib: “Bu mənada, Azərbaycan Konstitusiyası öz demokratikliyi, insan hüquq və azadlıqlarının təmini baxımından mükəmməlliyi ilə seçilir. Əsas qanunun müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Onu da qeyd edim ki, Azərbaycan tolerantlıq nümunəsi olaraq da dünyada fərqlənir. Ölkəmizdə dini, irqi, etnik baxımdan ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında bərabərdir. Digər tərəfdən, ölkəmizdə söz və mətbuat azadlığının mövcud olması Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Bir sözlə, ölkəmizdə fundamental insan hüquq və azadlıqları qanunvericiliyin tələbləri əsasında yüksək səviyyədə təmin edilir”.
Açıqlamasında ölkəmizin insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəklədiyini deyən E.Mirbəşiroğlu vurğulayıb ki, BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib: “O cümlədən Azərbaycan 50-yə yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, hətta bütün dünyada insan hüquqlarının qorunmasına öz töhfəsini verir”.
Millət vəkili insan hüquqlarının müdafiəsinin dövlətin ali vəzifəsi olduğunu qeyd edərək indiyə qədər bu istiqamətdə həyata keçirilən tədbirlərdən də söz açıb: “Bəlli olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlarla əfv sərəncamı imzalanıb, amnistiya aktları qəbul edilib və bunlar on minlərlə insana şamil olunub. Bu, bir daha onu sübut edir ki, dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir və Ulu Öndərin əsasını qoyduğu siyasi kurs ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmininə imkan yaradıb. Bu gün fundamental azadlıqların əsaslı şəkildə təmin edildiyi Azərbaycanda vətəndaş birliyi, siyasi həmrəylik mövcuddur ki, bunu 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi dövründə əyani şəkildə gördük”.
“Ümummilli Lider tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi olan Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. İnsan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirir”, - deyə E.Mirbəşiroğlu fikirlərinə yekun vurub.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01

