Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Çin qlobal iqtisadi gücə çevrilir

Çin qlobal iqtisadi gücə çevrilir

02.04.2024 [11:00]

Azərbaycanın bir nömrəli tərəfdaşı olan Asiya nəhəngi regionda kommunikasiyaların da açarını ələ keçirir 

Dünyanın ən nəhəng iqtisadi qütblərindən biri olan Çinin 2035-ci ilə qədər əsas rəqibi ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük iqtisadiyyatına çevrilməsi ehtimal olunur. Bu barədə Çin Xalq Universitetinin Çonyanq Maliyyə Araşdırmaları İnstitutunun hesabatında deyilir. Sənədə əsasən, qarşıdakı illər ərzində Çinin illik ümumi daxili məhsul (ÜDM) istehsalı  5% artım tempi nümayiş etdirərək 2035-ci ilə qlobal ÜDM-də əsas paya sahib olacaq.

Qeyd edək ki, 2023-cü ilin sonunda Çində ÜDM-in artımı 5,2% təşkil edərək 126 trilyon yuan və 17,7 trilyon dollar həcminə olub. ABŞ-ın ÜDM-i isə 2,5% artaraq 26,39 trilyon dollar təşkil edib. Ümumilikdə son illər iqtisadi artım dinamikasına əsasən, Çin Hindistan, Kanada, Rusiya və ABŞ-ı daha sürətlə keçərək əlavə dəyərin yaradılmasına ön planda yer alması müşahidə edilir.  Hazırda qlobal ÜDM-in yaranmasında iki əsas güc mərkəzi mövcuddur, onlardan ABŞ təxminən qlobal ÜDM-in 30 faizinə, Çin isə 20 faizə sahib olmaqla birlikdə dünya iqtisadiyyatının yarısını formalaşdırır.

Çinin iqtisadi artım tempinin dünya iqtisadiyyatının lokomotivi olan ABŞ-ı ötməsi qlobal iqtisadiyyat üçün nə vəd edir?

İlk növbədə onu qeyd etmək lazımdır ki, inkişaf etməkdə olan ölkələrdə ÜDM-in 3-4 faizdən çox artmaması, əvəzində Asiya nəhənginin əlavə dəyər yaranmasında dayanıqlı mövqe sərgilməsi gələcəkdə Çinin qlobal iqtisadi artımın əsas mühərriki olmasını möhkəmləndirmiş olur. Çin iqtisadiyyatın bütün sahələri ilə yanaşı, texnoloji inkişafın flaqmanı kimi diqqəti cəlb edir. İnnovasiya və texnologiyalar, rəqəmsal ödəniş arxitekturası, blokçeyn texnologiyaları və digər sferalarda dünyanın ən qabaqcıl ölkələrindən biridir və əksər ölkələr məhz bu texnokrat təşəbbüslərdən faydalanır. Bir sözlə, Çin “iqtisadi möcüzəsi” anlayışı qlobal trend kimi gerçəkləşir.

İkincisi, Çinin dünya iqtisadiyyatında hökmran mövqe qazanması qlobal maliyyə bazarlarında da dəyişikliyə, xüsusilə də valyuta sistemində və qlobal ödənişlərdə mütənasibliyi poza bilər. Dünyada əsas pul vahidi olan dolların beynəlxal1 ödəniş vasitəsi kimi rolunun azalmasına, Çin yuanının isə beynəlxalq ödəniş arxitekturasında möhkəmlənməsinə səbəb ola bilər.

Çin Yeni İpək Yolunun müəllifi kimi qlobal tranzit coğrafiyalarında üstün paya sahib olmaqla ticarət əməliyyatlarında da payını artırmaqda qərarlıdır və buna doğru addımlayır.

Çinin dünya iqtisadiyyatında iqtisadi liderə çevrilməsi Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır. Hazırda bu Asiya ölkəsi ilə Azərbaycan arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və s. sahələrdə münasibətlərin hərarəti durmadan artır. İki ölkə arasında qarşılıqlı iqtisadi anlaşmaların artması davamlı şəkildə mal və sərmayə dövriyyələrinin həcminin də yüksəlməsinə səbəb olub, iqtisadi əlaqələr 2010-cu ildən sonra ən yüksək səviyyəyə çatıb. 2015-ci ildə isə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dolları ötüb. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019 və 2020-ci illərdə 2,1 milyard dollar olub.

2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,2 milyard dollar, 2023-cü ildə isə 3,1 milyard dollar təşkil edib. Son 9 ildə mal mübadiləsi 6 dəfə yüksəlib. Yəni, Çin Azərbaycanın əsas ticarət partnyorlarından birinə çevrilib.

Hazırda Çin Azərbaycanın 5 böyük ticarət tərəfdaşından biridir, 4-cü yerdə qərarlaşır. İdxalda isə 3-cü yeri tutur. Çin həm də ölkəmizdə potensial investorlardan hesab edilir. İndiyə qədər 1,5 milyard dollara qədər sərmayə yatırılıb. Öz növbəsində, Azərbaycan bu Asiya-Sakit region ölkəsinə çoxhəcmli investisiya qoyuluşlarında xüsusi paya malikdir, investisiyaların həcmi 1,7 milyard dolları ötməkdədir.

Çin şirkətləri ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində təmsil olunur və hazırda onların sayı 120-yə yaxındır. Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza prosedurunu da tətbiq edir. Azərbaycan Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşir və bu strateji mövqe ölkəmiz üçün çoxlu imkanlar yaradır. Azərbaycan Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub 2015-ci ildə Azərbaycan və Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb. Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb və Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizləri ailəsinin fəal üzvü olan Azərbaycan “Bir kəmər, bir yol” layihəsinə qoşulduqdan sonra öz nəqliyyat infrastrukturunu tam yeniləşdirib və Orta Dəhliz quruculuğunda çox vacib rol oynayan Azərbaycan Bakı-Tbilisi-Qars və digər nəhəng nəqliyyat-logistika qovşaqlarını istifadəyə hazırlamaqla  “İpək Yolu İqtisadi Kəməri” konsepsiyasının bütün hədəflərini gerçəkləşdirməyə nail olub.

Hesablamalara görə, “Bir kəmər, bir yol” layihəsi tam işə düşdükdən sonra hazırda il ərzində Xəzər dənizi vasitəsilə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü 25-30 milyon tona qədər artırılacaq. Bu dəhlizin ən strateji xətlərindən biri Naxçıvan ilə quru əlaqələrin bərpası və Naxçıvanın Xəzər- Aralıq dənizini birləşdirən körpüyə çevrilməsidir. Naxçıvanla kommunikasiya sisteminin qurulması İpək yolunun məsafə və yüklərin çatdırılma sürəti baxımından əhəmiyyəti daha üstündür. Naxçıvan yolu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğundan 1,7 dəfə, təxminən 343 kilometr az olmaqla daşınmaların xərcini və müddətini azaldır və Mərkəzi Asiya və Avropa arasında ən rentabelli körpü rolunu oynaya bilər.

Beləliklə, Çinin qlobal iqtisadi gücə çevrilməsi Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı fonunda ölkəmizin də iqtisadi-ticari imkanlarının artması baxımından nikbin perspektiv vəd edir.

Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30