Qarabağa yönələn sərmayələr iqtisadi artımı təşviq edir
05.03.2024 [11:40]
“Moody’s” beynəlxalq reytinq agentliyi bu günlərdə nəşr etdiyi hesabatda Azərbaycan iqtisadiyyatı barədə nikbin və ümidverici proqnozlara yer verib. Sənəddə ölkə iqtisadiyyatında artım tempinin ötən ilə nisbətən cari ildə 2 dəfə yüksələcəyi, ÜDM artımının 2024-cü ildə 2,5%-ə qədər sürətlənəcəyi qeyd olunur. İlkin ssenarilərə əsasən, yüksək neft qiymətləri kontekstində dövlət xərclərinin artması qeyri-neft iqtisadiyyatını gücləndirməyə davam edəcək. Bankın öz bizneslərinin böyük hissəsini qurduqları qeyri-neft sektorunun güclənməsi onların kredit portfelinin artmasına, aktivlərin keyfiyyətin və gəlirliliyinə müsbət təsir edəcək.
“Moody’s”ın dəyərləndirmələrində diqqət çəkən ən mühüm məqamlardan biri azad edilmiş ərazilərdə reinteqrasiyanın artıq öz iqtisadi faydalarını verməsi və ölkə iqtisadiyyatının yeni əlavə dəyər yaradan əsaslı bölməsinə çevrilməsi ilə bağlıdır. Təşkilartın analitiklərinin fikrincə, Qarabağda ərazilərin yenidən qurulması üçün yönələn sərmayələr 2024-cü ildə iqtisadi artımın dəstəklənməsində əsas alətlərdən biri olacaq.
Həqiqətən də, Azərbaycanın azad edilmiş ərazilərdə nəhəng tikinti-bərpa layihələri dövlət xərclərinin əhəmiyyətli dərəcədə böyüməsini və ÜDM-də tikinti sektorunun payının yüksəlməsinə səbəb olmaqdadır. 2024-cü ilin yanvar-fevral aylarında iqtisadiyyata 3 milyard manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 40 faiz çox sərmayə yatırılıb. Həmin vəsaitlərin 2 milyard manatdan çoxu – təxminən 75 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Tikinti-quraşdırma və bu tipli layihələrin genişlənməsi 2024-cü ilin yanvar ayında ümumi daxili məhsul (ÜDM) istehsalının 5 faiz artmasında da əsaslı rol oynayıb. Həmin dövlət layihələrinin icrasının böyük bir qismi azad edilmiş əraziləri əhatə edir, bu bölgədə aparılan yenidənqurma və bərpa işlərində istifadə olunan xammal və avadanlıqlar,mal-material, elektrotexniki vasitələr, xüsusi maşın və texnikaların böyük bir qismi xaricdən gətirilir. Həmin avadanlıqların böyük bir hissəsi bahalı sənaye məhsullarıdır, elə texnikalar var ki, dəyəri milyonlarla dollarla ölçülür. Bu isə idxalın dəyərini böyüdür, tikinti sektorunda təmsil olunan şirkətlərin daha çox pul xərcləməsinə, iqtisadi sahəyə daha böyük məbləğdə sərmayə qoymasına səbəb olur. Nəticədə bu kimi amillər iqtisadiyyatın əsas qeyri-neft bölmələrindən biri olan tikintidə əlavə dəyərin həcmini də artırır. Bu da son nəticədə ÜDM-in artmasına səbəb olur.
Hökumətin planlarına əsasən, 2024-cü il ərzində təkcə büdcə vəsaitləri hesabına Qarabağ və Şərqi-Zəngəzurda təxminən 4-5 milyard manat dəyərində sərmayələr istifadə olunacaq. Bura digər mənbələri, eyni zamanda, özəl şirkətlərin öz layihələri üzrə investisiyalarını, həmçinin xarici rezidentlərin sənaye parklarındakı işlərə yatırdıqları sərmaəyələri də nəzərə alsaq azad ərazilərdə görülən işlər iqtisadi artımın böyüməsində təşviqedici rol oynamaqda davam edəcək.
Reytinq agentliyi Azərbaycanın borc yükünün aşağı olmasını ehtiyat yığımların artımında mühüm rol oynadığını vurğulayır, eyni zamanda, böyük həcmdə formalaşmış valyuta ehtiyatlarının güclü təhlükəsizlik yastığı rolunu oynadığını xatırladır. Qiymətləndirmələrə görə, qlobal mühitdə enerji dalğalanmaları və aşağı neft qiymətləri yaranacağı halda, Azərbaycanın yüksək valyuta ehtiyatları büdcə xərclərini tam icra etməyə, maliyyə sabitliyini qorumağa və bütün öhdəliklərin yerinə yetirilməsinə imlan yaradır.
Onu da qeyd edək ki, “Moody's” bir müddət əvvəl Azərbaycanın borc üzrə uzunmüddətli reytinqlərini “Ba” səviyyəsində stabildən pozitivə doğru dəyişib. Pozitiv mənzərə daha çox idarəetmə və siyasət effektivliyinin artırılması ilə bağlıdır və bu ölkənin kredit profilini daha da yaxşılaşdıra bilər. Qurumun analitiklərinin mövqeyinə əsasən monetar və makro siyasət çərçivəsinin gücləndirilməsi bank və xarici sektorun şoklara qarşı dayanıqlılığını artırmağa, likvidlik və xarici sektorun risklərinin mitiqasiyasına xidmət edəcəkdir. Bu, həmçinin Azərbaycanla bağlı növbəti illərdə iqtisadi artımın baş verməsi ilə bağlı proqnozların pozitivə doğr dəyişilməsi gələcək inkişaf üçün imkanların olduğunu da göstərir.
“Moody's” mövcud dəyərləndirmələrindən əldə edilən nəticə bundan ibarətdir ki, Azərbaycanın maliyyə-büdcə siyasətinin effektiv səviyyədə təmin olunması, valyutanın qorunan həddə sabitliyi, strateji valyuta ehtiyatlarından səmərəli istifadə, inflyasiyanın idarə olunan səviyyədə saxlanılması, tədiyyə balansı göstəriciləri və digər amillər maliyyə dayanıqlılığını möhkəmləndirəcək. Həmçinin Azərbaycan iqtisadiyyatının inkişaf ssenarisi ilə bağlı dizaynların reallaşması, müasir elektron dövlət qurucluluğu və rəqəmsallaşmanın strateji alətlərdən biri kimi öz səmərəsini göstərməsi, işğaldan azad olunmuş torpaqların reinteqrasiyası ilə bağlı yeni investisiya siyasətinin şaxələnməsi və sürətlənməsi iqtisadi artımın optimal həddə saxlanmasına imkan verəcəkdir.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

