Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 8 elektrik stansiyası istismara veriləcək
21.02.2024 [11:23]
Vaşinqtonda səfərdə olan energetika naziri Pərviz Şahbazov Dövlət Departamentində ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk və ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşlər keçirib.
Nazirlikdən bildirilib ki, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk ilə görüşdə COP29 tədbirinə sədrliyi dövründə Azərbaycanın yaşıl enerji keçidini sürətləndirən kursu, Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC), yaşıl enerji dəhlizi üzrə ABŞ ilə əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Azərbaycanın yaşıl inkişafına nail olmaq məqsədilə qısa müddətdə enerji sahəsində yeni qanunvericilik bazasının yaradıldığı, elektrik enerjisində bərpa olunan enerjinin payının artırılması və neft-qaz əməliyyatlarının, o cümlədən Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyasının istismara veriləcəyi bildirilib. Həmçinin Xəzər dənizinin 157 qiqavat külək enerjisi potensialı əsasında “yaşıl elektrik enerjisi” və “yaşıl qaz”ların ixracı məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “yaşıl enerji dəhlizi”nin icra olunduğu qeyd edilib. ABŞ ilə bu enerji dəhlizi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bundan başqa, SOCAR-ın “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) qoşulması, məşəldə yandırmaları sıfıra endirmək, sıfır metana çatmaqla bağlı hədəfləri ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə sadiqliyinin göstəricisi kimi dəyərləndirilib.
ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşdə isə müasir enerji təhlükəsizliyi çağırışları kontekstində Cənub Qaz Dəhlizi kimi enerji təchizatını şaxələndirən infrastrukturların inkişafı əsas müzakirə mövzusu olub. Azərbaycanın hazırda 8 ölkəyə qaz təchiz etdiyi, əlavə qaz tədarükünün Cənub Qaz Dəhlizi ilə yanaşı, “Həmrəylik Halqası”nın ötürücülük gücünün artırılmasını tələb etdiyi qeyd edilib. Cənub Qaz Dəhlizinin birinci mərhələsində olduğu kimi genişləndirilməsi prosesinə də ABŞ-nin dəstəyi istiqamətində əməkdaşlıq edilməsi razılaşdırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

